Məhkəmə qərarları › İş №2(049)-2594/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2594/2024

05.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2594/2024 05.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona və 2 yetkinlik yaşına çatmayan övladlarına xx.xx.2017-ci il tarixdə vəfat etmiş həyat yoldaşı X3 mirasından hər birinə 1/3 (üçdə bir) hissədə irs almağı barədə xx.xx.2024-cü il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə miras əmlak kimi göstərilmiş 10875,50 (on min səkkiz yüz yetmiş beş manat əlli qəpik) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar ödənilmiş 124 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 22 noyabr 2005-ci il tarixdə X7 ilə nikahlarını rəsmiləşdirməklə ailə qurub evlənmişlər. Birgə nikahlarından 2 uşaqları anadan olmuşdur:

1. X6 - 22 yanvar 2007-ci il, 2. X8 - 06 noyabr 2008-ci il. Həyat yoldaşı X7 19 noyabr 2017ci il tarixdə miokard infarktı səbəbindən vəfat etmişdir. O, vəfat etməmişdən təxminən 3 il əvvəl Lənkəran rayonunun Şilavar kəndində 0,03 ha həyətyanı torpaq sahəsi alaraq ev tikdirməyə başlamışdı. Həmin torpaq sahəsinə dair mərhum həyat yoldaşına xx.xx.2014-cü il tarixdə DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən seriya RX № ******* saylı daşınmaz əmlakın Dövlət reyestrindən çxarış da verilmişdir (qeydiyyat nömrəsi- **********30). 2017-ci ildə həyat yoldaşının vəfatından sonra onun yuxarıda qeyd olunan əmlakları ilə bağlı cavabdehlə aralarında uzun müddət davam edən məhkəmə çəkişmələri olmuşdur. Belə ki, iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək cavabdeh Ağayeva (Əzimova) Aysel Mirheybət qızından Lənkəran rayonunun Şilavar kəndində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsində mərhum əri X7 tərəfindən inşa edilmiş iki mərtəbəli evin tikintisinə çəkilmiş xərcin əvəzi kimi 48000 manat, vurulmuş mənəvi zərərin əvəzi olaraq 2000 manat pulun, həmçinin ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-123/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən tələbi qismən təmin olunaraq Cavabdeh inşa edilmiş evə xərclənmiş 21.757 manat vəsaitin yarısı, yəni 10875,50 (on min səkkiz yüz yetmiş beş) manat 50 qəpik pulun alınaraq ona verilməsi qət edilmiş, qalan məbləğə münasibətdə isə tələb açıq saxlanılmışdır. Bundan sonra cavabdeh həmin qətnamədən narazı olduğundan apelyasiya şikayəti vermiş və Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-144/2024 saylı, 30.01,2024cü il tarixli qətnaməsinə əsasən cavabdehin apelyasiya şikayəti təmin olunmayaraq Lənkəran Rayon Məhkəməsinin 2(049)-123/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Sözügedən qətnamədən cavabdeh kassasiya şikayəti vermədiyindən iş materialları Lənkəran Rayon Məhkəməsinə qaytarılmış və iş üzrə xx.xx.2024-cü il tarixdə icra vərəqəsi verilərək Lənkəran Rayon Məhkəməsinin 2(049)- 123/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin xx.xx.2024-cü il tarixdən qüvvəyə mindiyi göstərilmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-123/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş və evin tikilməsinə xərclənən 21.757 manat vəsaitin yarısının, yəni 10875,50 (on min səkkiz yüz yetmiş beş) manat 50 qəpik pul vəsaitinin miras əmlak kimi vərəsəlik qaydasında qəbulundan ötrü 11,07.2024-cü il tarixində aidiyyəti üzrə notariat orqanına müraciət etmiş və Lənkəran regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən ona və 2 yetkinlik yaşına çatmayan övladlarıına həmin (yuxarıda qeyd olunan) miras əmlakdan 1/3 (üçdə bir) hissə irs almaqları barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Buna görə də hüquqlarının müdafiəsi üçün hazırki iddia ilə müraciət etmək məcburiyyətində qalmışdır. Həyat yoldaşı Mais Quliyev vəfat edənədək 21.757 manat məbləğində pul vəsaiti faktiki olaraq mövcud olmuş və o, da həmin vəsaiti yuxarıda qeyd olunan evin tikintisinə xərcləmişdir. Sözügedən vəsaitin yarısı, yəni 1/2 hissəsi birgə nikah dövründə əldə edilmiş vəsait kimi müəyyən edilməklə məhkəmə qaydasında cavabdehdən tutulsa da, lakin digər yarısı hal-hazıradək cavabdehin qanunsuz sahibliyində qalmaqdadır. Bu da onu deməyə əsas verir ki, cavabdeh həmin məbləğə, yəni 10875,50 (on min səkkiz yüz yetmiş beş manat əlli qəpik) manat məbləğində pul vəsaitinə münasibətdə əsassız varlanan şəxsdir. Onunla birlikdə mərhum X3 mirasından bərabər qaydada irs almalı olan vərəsələr-övladları yetkinlik yaşına çatmadıqlarından və onlar öz fəaliyyətləri ilə məhkəmədə hüquqlarını həyata keçirmək qabiliyyətinə malik olmadıqlarından övladlarının qanuni nümayəndəsi kimi hazırki iddia tələbi ilə cavabdehin Lənkəran rayonunda qeydiyyatda olmasını nəzərə alaraq iddianı onun rəsmi qeydə alındığı yerə yurisdiksiyası şamil edilən Lənkəran Rayon Məhkəməsinə təqdim edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı (həmçinin qanuni nümayəndə) İddiaçı məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və vəkilini dinləyib, iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilən: Lənkəran Rayon Məhkəməsinin 2(049)-123/2023 nömrəli, 04 sentyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı Cavabdeh qarşı “tikintiyə çəkilən xərcin ödənilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh inşa edilmiş evə xərclənmiş 21.757 manat vəsaitin yarısı, yəni 10875,50 (on min səkkiz yüz yetmiş beş) manat 50 qəpik məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi və idiaçının inşa edilmiş evə çəkilmiş vəsaitin mərhum X5 aid hissədə tələbinə hüquqi qiymət verilmədən açıq saxlanılmşdır. Qətnamənin təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, “cavabdeh evə sərf olunmuş xərcin iddiaçı ilə sonuncunun əri tərəfindən nikah dövründə ümumi gəlirləri hesabına əldə olunduğunu inkar edə bilmədiyi üçün, məhkəmə hesab edir ki, qeyd olunan evə çəkilmiş xərclər iddiaçı ilə onun ərinin nikah dövründə əldə olunmuş ümumi gəlirlər hesabına həyata keçirilmişdir. Məhkəmə onun da qeyd edir ki, həmin vəsait iddiaçı ilə onun ərinin nikah dövründə ümumi gəlirləri hesabına əldə olunsa da, həmin vəsaitin ½ hissəsi iddiaçıya, digər ½ hisəsi isə onun ərinə məxsus olmuşdur.” Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-144/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək, Lənkəran Rayon Məhkəməsinin 2(049)-123/2023 nömrəli, 04 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lənkəran regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən tərtib edilmiş 2V -483 N9 reyestr nömrəli, 11 iyul 2024-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə ilə müəyən edilmişdir ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-123/2023 nömrəli, 04 sentyabr 2023-cü il tarixli qətnaməsinə əsasən, mərhum xx.xx.2017-ci il tarixdə vəfat etmiş X3 miras əmlakı kimi müəyyən edilmiş 10.875 manat məbləğdən onun vərəsələri: xx.xx.1985-ci il təvəllüdlü İddiaçı, xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2008-cü il təvəllüdlü X8 hər biri miras əmlakdan 1/3 (üçdə bir) pay almalıdırlar. AZ-İ seriyalı 889483 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. AZ-İ seriyalı 900180 nömrəli doğum haqqında şəhadtnamədən görünür ki, X6 xx.xx.2007-ci il təvəllüdlüdür. X1, anası İddiaçıdır. AZ-İİ seriyalı 199674 nömrəli doğum haqqında şəhadtnamədən görünür ki, X8 xx.xx.2008-ci il təvəllüdlüdür. X1, anası İddiaçıdır. Ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 124 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.3 maddəsinə əsasən, yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. Həmin məcəllənin 49.4. On dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci madəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. İşin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, məhkəmə qətnaməsi ilə müəyyənləşdirilmiş və xx.xx.2017-ci il tarixdə vəfat etmiş X2 miras qalmış pul vəsaiti kimi miras əmlakda notarius tərəfindən təsdiqlənmiş “Qanun üzrə vərəsəlik haqqında” şəhadətnaməyə əsasən hazırki iş üzrə İddiaçı və onun iki azyaşlı övladları X6 və X4 hər birinin 1/3 (üçdə bir) payları müəyyən edilmişdir. İddiaçının övladları yetkinlik yaşına çatmadıqlarından onları məhkəmədə qanuni nümayəndə qismində təmsil edir. MPM-nin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X3 miras qalmış 10.875,50 (on min səkkiz yüz yetmiş beş manat əlli qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 124 manat dövlət rüsumu da cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. 10.875,50 (on min səkkiz yüz yetmiş beş manat əlli qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 124 (yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar