Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2606/2024 05.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə , Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 01 may 1971 -ci il tarixdən 25 dekabr 1971-ci il tarixədək və 01 yanvar 1972-ci il tarixdən 31 avqust 1972-ci il tarixədək Lənkəran rayonu Boladi kəndində yerləşmiş Nizami adına sovxozda fəhlə kimi işlədiyi dövrdə aldığı əmək haqqının cədvəlini özündə əks etdirən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X11 filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli A/823-1 saylı arxiv arayışının ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi, xx xxxxxxxx 1954-cü il tarixdə Lənkəran rayonu, Boladi kəndində anadan olmuşdur. İlk əmək fəaliyyətinə 01 may 1971-ci il tarixdə Lənkəran rayonu, Boladi kəndində yerləşmiş Nizami adına sovxozda fəhlə kimi başlamış və 25 dekabr 1971-ci il tarixə kimi həmin sovxozda işləmişdir . Daha sonra yenidən 01 yanvar 1972-ci il tarixdə həmin sovxoza fəhlə kimi qəbul edilmiş və 31 avqust 1972-ci il tarixə kimi həmin sovxozda işləmişdir. Bundan sonra digər yerlərdə müxtəlif təşkilatlarda, müxtəlif işlərdə işləmişdir. İşlədiyi bütün təşkilatlarda onun soyadı Tahirov kimi qeyd edilmişdir.Təkcə 01 may 1971-ci il tarixdən 25 dekabr 1971-ci il tarixədək və 01 yanvar 1972-ci il tarixdən 31 avqust 1972-ci il tarixədək Lənkəran rayonu , Boladi kəndində yerləşmiş Nizami adına sovxozda fəhlə kimi işlədiyi dövrdə əmək haqqı cədvəllərində soyadı Hüseynov kimi qeyd edilmişdir. Həmçinin onu da qeyd edir ki, doğum haqqında şəhadətnaməsində, məktəbdə oxuduğu dövrdə sinif jurnallarında, orta məktəbi bitirməyi barədə atesttatda , hərbi biletində və digər hüquqmüəyyənedici sənədlərdə də onun soyadı Tahirov kimi qeyd edilmişdir. Sonradan Azərbaycan Respublikası Milli X8 Heyətinin xx.xx.2010-cu il tarixli rəyinə əsasən xx.xx.2015-ci il tarixdə “Tahirov" dan “ Tahirsoy" soyadına dəyişiklik olunmuşdur. Hazırda o, başqa işdə işləmək istəyir. Yeni iş yerindən əvvəllər işlədiyi təşkilatlarda işləməyi barədə əmək kitabçasını ondan tələb etdilər. O, da əmək kitabçasını onlara təqdim etmişdir. 01 may 1971-ci il tarixdən 25 dekabr 1971-ci il tarixədək və 01 yanvar 1972-ci il tarixdən 31 avqust 1972-ci il tarixədək Lənkəran rayonu , Boladi kəndində yerləşmiş Nizami adına sovxozda fəhlə kimi işlədiyi dövr əmək kitabçasında qeyd edilmədiyi üçün o bununla əlaqədar X11 filialına müraciət etmişdir. Orada ona 01 may 1971-ci il tarixdən 25 dekabr 1971-ci il tarixədək və 01 yanvar 1972-ci il tarixdən 31 avqust 1972-ci il tarixədək Lənkəran rayonu , Boladi kəndində yerləşmiş Nizami adına sovxozda fəhlə kimi işlədiyi dövrdə aldığı əmək haqqının cədvəlini özündə əks etdirən arxiv arayışı verilmişdir . Həmin arxiv arayışında 01 may 1971-ci il tarixdən 25 dekabr 1971-ci il tarixədək və 01 yanvar 1972-ci il tarixdən 31 avqust 1972-ci il tarixədək Lənkəran rayonu , Boladi kəndində yerləşmiş Nizami adına sovxozda fəhlə kimi işlədiyi dövrü özündə əks etdirən əmək haqqı cədvəllərində soyadı Hüseynov kimi qeyd edilmişdir. Buna görə də o qeyd olunan uyğunsuzluğu aradan qaldırmaq lazım olduğunu düşünmüş və bununla bağlı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X11 rayon Filialına müraciət etmişdir . Oradan ona rəsmi məktub vermişlər ki, hazırda Lənkəran rayonu Boladi kəndində yerləşmiş Nizami adına sovxoz mövcud olmadığı üçün və həmin sovxoz çoxdan ləğv edildiyi üçün onların o dövrdə arxivə təqdim etdikləri sənədlərə düzəliş edə bilmərik. Ona görə də o, həmin uyğunsuzluğu aradan qaldırmaq üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verərək. əlavə olaraq bildirdi ki, onun anası X4, atası X12 olmuşdur. Atası ilə anasının rəsminikah qeydiyyatı olmadığına görə doğum haqqında şəhadətnamısində soyadı anasının soyadına əsasən “Tahirova” kimi qeyd edilmişdir. Məktəbin ilk siniflərində oxuyarkən sinif jurnallarında soyadının kənd yeri olduğuna görə atasının soyadını daşıdığını zənn edib “Hüseynova kimi qeyd etmişlər. Artıq altıncı sinifdə oxuyarkən məktəbdə jurnalda soyadında olan həmin səhv düzəldilmiş və “Tahirov” kimi qeyd edilmişdir. Orta məktəbi “Tahirov” soyadı ilə bitirmişdir. Həmçinin əmək fəaliyyətinə başlayarkən Nizami adına sovxozda da soyadının yazılışında bu formada səhvə yol verilmişdir. Sonradan əmək kitabçasında həmin uyğunsuzluq aradan qaldırılmışdır. Ərizəsinin təmin edilməsini məhkəmədən xhiş etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İşmateriallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən: Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X11 filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli A/823-1 saylı arxiv arayışından görünür ki, X9 01 may 1971 -ci il tarixdən 25 dekabr 1971-ci il tarixədək və 01 yanvar 1972-ci il tarixdən 31 avqust 1972-ci il tarixədək Lənkəran rayonu Boladi kəndində yerləşmiş Nizami adına sovxozda fəhlə kimi işləmişdir. AZ-İİİ seriyalı, 612735 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1954-cü l təvəllüdlüdür, anası X1r. Ölüm akt qeydi barədə arayışdan görünür ki, X4 14 fevral 1989-cu il tarixdə vəfat etmişdir. Ölüm akt qeydi barədə arayışdan görünür ki, X12 17 avqust 1979-cu il tarixdə vəfat etmişdir. AZE seriyalı ******** nömrəli şəxsiyyt vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1954-cü il təvəllüdlüdür və Lənkəran rayonu, Boladi kəndində qeydiyyatdadır. İT-İ seriyalı ******* nömrəli əmək kitabçası X5 adlna tərtib edilmişdir. NZ seriyalı ******* nömrəli hərbi bilet X6 adına tərtib edilmişdir. İş materiallarında olan 1961-ci ildə tərtib edilmiş 1-ci sinfə dair jurnaldakı qeyddə X9, 1969-cu ildə tərtib edilmiş 10-cu sinfə dair jurnaldakı qeyddə Tahirov Asif qeyd edilmişdir. Lənkəran rayonu Boladi kənd N.Axundov adına 1 №-li tam orta məktəbindən verilmiş 187, nömrəli xx.xx.2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, 1954-cü il təvəllüdlü X16 həqiqətən 1961-ci ildə ildə Lənkəran rayonu N.Axundov adına Boladi kənd 1 saylı tam orta məktəbinin İ (birinci) sinfinə X2 qəbul edilmiş, 1969-cu ildən (İX-X siniflərdə) soyadı dəyişilərək X3 tam orta məktəbi bitirmişdir. “Soydın dəyişdirilməsi haqqında” 3582nömrəli, xx.xx.2023-cü il tarixli akt qeydiyyatından çıxarışda qeyd edilmişdir ki, X10 xx.xx.1954-cü ildə Lənkəran rayonu: Boladi kəndində anadan olmuşdur. Onun doğum qeydi Lənkəran rayonu. Boladi kənd icra nümayəndəliyində xx.xx.1954-cü ildə 181 saylı aktla qeydə alınmışdır. Azərbaycan Respublikasının Milli X8 Heyətinin xx.xx.2010-cu il tarixli rəyinə əsasən 22.10.201 5-ci il tarixdə “Tahirov”-dan “Tahirsoy” soyadına dəyişiklik olunmuşdur. Lənkəran ŞİHB-nın Boladi kənd inzibati ərazi dairəsi nümayəndəliyindən verilmiş 12- 30/418 nömrəli, xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, X14 xx.xx.1954-cü ildə Lənkəran rayonunun Boladi kəndində anadan olmuşdur və hal- hazırda Lənkəran rayonunun Boladi kəndində yaşayır, təhsil aldığı Boladi kənd 1 saylı tam orta məktəbin arayışına əsasən həqiqətən 1 (birinci) sinifinə səhvən X9 kimi qəbul edilmiş və 1969 -cu ildən (İX-X siniflərdə ) soyadı dəyişərək X3 tam orta məktəbi bitirmişdir. Lənkəran ŞİHB-nın Boladi kənd inzibati ərazi dairəsi nümayəndəliyindən verilmiş 12- 30/234 nömrəli, xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Ərizəçi valideyinləri Lənkəran rayonunun Boladi kə ıd sakinləri olmuş, atası 1927-cı il təvəllüdlü X7r anası isə 1925-ci il təvəllüdlü X1r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır. Məhkəmə qeyd edir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hazırki iş üzrə ərizəçiyə əmək fəaliyytinə dair həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsi göstərilən sənəddə olan əmək hüquqlarına dair onun hüquqlarını reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənəddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 01 may 1971 -ci il tarixdən 25 dekabr 1971-ci il tarixədək və 01 yanvar 1972-ci il tarixdən 31 avqust 1972-ci il tarixədək Lənkəran rayonu Boladi kəndində yerləşmiş Nizami adına sovxozda fəhlə kimi işlədiyi dövrdə aldığı əmək haqqının cədvəlini özündə əks etdirən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X11 filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli A/823-1 saylı arxiv arayışının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 01 may 1971 -ci il tarixdən 25 dekabr 1971-ci il tarixədək və 01 yanvar 1972-ci il tarixdən 31 avqust 1972-ci il tarixədək Lənkəran rayonu Boladi kəndində yerləşmiş Nizami adına sovxozda fəhlə kimi işlədiyi dövrdə aldığı əmək haqqının cədvəlini özündə əks etdirən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X11 filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli A/823-1 saylı arxiv arayışının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-2606/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2606/2024
05.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver