Məhkəmə qərarları › İş №2(049)-2630/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2630/2024

18.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2630/2024 18.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X11 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, İddiaçı nümayəndəsi, Lənkəran Vəkil bürosunun vəkili Vəkil İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Səyad oğlu, Cavabdeh3, Cavabdeh4 Səyad oğlu, Cavabdeh5, Cavabdeh6 qızı və Cavabdeh7 qızına qarşı mirasda payın müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə xx.xx.2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı iddia ərizəsi ilə müraciət edərək mərhum anası X4 mülkiyyətində olmuş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(089)- 218/2015 saylı hökmü ilə müəyyən olunmuş 140 000 ABŞ dolları məbləğində pulun üzərində payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlər onun bacı və qardaşlarıdırlar. Mərhum ataları X7 anaları X8 ailə həyatı qurub evlənmiş və onların birgə nikahlarından o və cavabdehlər doğulmuş və hal-hazırda sağ və salamat olmaqla iddia ərizəsində qeyd etdiyi ünvanda yaşayırlar. Ataları xx.xx.1990-cı il tarixdə, anaları X8 isə xx.xx.2018-ci il tarixdə vəfat etmişlər. Hazırda anasının vərəsələri olaraq o və cavabdehlərdən başqa digər vərəsələri yoxdur. Mərhum analarının sağlığında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(089)-218/2015 saylı hökmü ilə X2 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsi barədə cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış və ona vurulmuş olan maddi ziyan olan 140 000 ABŞ dolları məbləğinin təqsirləndirilən şəxsdən alması üçün ona məhkəmədə mülki icraat qaydasında iddia qaldırmaq hüququ izah edilmişdir. Həmin hökm Apellyasiya və Kassaasiya instansiyalarında dəyişdirilmədən saxlanılmışdır. Vurulmuş həmin maddi ziyanın mülki qaydada tələb etmək zərurəti yaranmışdır. Lakin anası vəfat etdiyindən və vərəsəlik məsələsi həll olunmadığından, hazırda həmin iddianın qaldırılması üçün subyektiv hüququ yaranmamışdır. Həmin hüququn yaranması üçün mərhum anasının vərəsəsi olmağı barədə şəhadətnamə tələb olunur. Həmin şəhadətnaməni də digər vərəsələr arasında mübahisə olduğundan məhkəmədən kənar qaydada əldə edə bilmir. Hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmədən öncə, mübahisə yaratmadan qanuni əsaslarla, qanunverciliyin tələbin əsasən, mülki mübahisəni məhkəmədən kənar həll etməkdən ötrü cavabdehlərin özlərinə müraciət etmişdir. Lakin, onlar X12 xidmət Mərkəzinə, notariat kontoruna gəlməkdən imtina etdiklərindən, notariat kontoru tərəfindən xx.xx.2024-cü il tarixli, 369 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi barədə qərar qəbul etmişdir. Bundan başqa qeyd edir ki, anasının da vərəsəlik məsələsi həll olunmadığına görə zərərçəkmiş şəxs olan mərhum anasına vurulmuş maddi ziyanla bağlı olaraq məhkəmə iddia qaldırmaq da mümkün deyildir. Vərəsəlik məsələsini həll etməkdən ötrü vərəsələr arasında mübahisə yarandığı üçün məcburiyyət qarşısında qalıb hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə edib əlavə olaraq bildirmişdir ki, iddiaçı anasının vəfatından sonra sonuncudan miras qalmış evdə yaşamaqla mirası faktiki olaraq qəbul etmişdir. O, digər vərəsələrin də mirası qəbul etdiyini bildirmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(089)-218/2015 saylı hökmün surətindən görünür ki, X2 Azərbaycan Respublikası CMnin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsi barədə cinayət işi üzrə Cavabdeh7 qızı və X9 zərərçəkmiş şəxs qismində tanınmış və onlara vurulmuş müevafiq olaraq 10 000 və 140 000 ABŞ dolları məbləğlərində olan maddi ziyanla bağlı təqsirləndirilən şəxsə qarşı mülki icraat qaydasında məhkəmədə iddia qaldırmaq hüquqları izah edilmişdir. İş materiallarında olan doğum, ölüm, nikah haqqında və Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Şıxakəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışlarından görünür ki, xx.xx.2018-ci il tarixində vəfat etmiş tərəflərin anaları X4 ölümündən sonra aşağıdakı vərəsələri vardır:

1. Oğlu - Cavabdeh1 Sayad oğlu -1958

2. Oğlu - Cavabdeh2 Səyad oğlu -1960

3. Oğlu - Cavabdeh3 -1962

4. Qızı - X6-1963

5. Oğlu - Cavabdeh4 Səyad oğlu - 1964

6. Oğlu - Cavabdeh5 - 1966

7. Qızı - X10 - 1968

8. Oğlu - İddiaçı – 1969

İş materiallarında olan Azərbaycan Respublikasinin Ədliyyə Nazirliyi Lənkəran Regional “Asan Xidmət” mərkəzində, notariat ofisinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, 03 yanvar 2018-cı il tarixdə vəfat etmiş X3 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə müraciəti nəzərdən keçirildikdə müəyyən olunmuşdur ki, vərəsələr arasında mübahisə olduğuna görə vərəsəlik işini notarial qaydada rəsmiləşdirmək mümkün deyildir. Məhkəmə qeyd edir ki, işdə olan digər sənədlər işin həlli üçün əhəmiyyət kəsb etmədiklərindən, onların tədqiq etməsinə lüzum bilmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə görə, miras istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə tərindən qəbul edilir. Vərəsə miras açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirasın qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. xx.xx.2023-cü il tarixdə qüvvədən düşmüş, lakin mərhumənin öldüyü zaman qüvvədə olmuş Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə, vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mübahisələndirilməyən hal ondan ibarətdir ki, iddiaçının nümayəndəsi bildirmişdir ki, cavabdedehlər də iddiaçı ilə bərabər miras əmlakı qanunla müəyyən edilmiş müddətdə faktiki olaraq qəbul etmişlər. Buna görə də məhkəmə hesab edir ki, mərhumə X3 miras qalmış əmlakı iddiaçı ilə bərabər cavabdehlər də qəbul etmişlər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər mərhum analarının vərəsələri olmaqla 8 nəfərdirlər. Buna görə də, iddiaçının məhum anasından miras qalmış əmlakın 1/8 hissəsinə iddiaçının payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

NƏTİCƏ HİSSƏ:

Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi: İddia təmin edilsin. X1 mülkiyyətində olmuş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(089)-218/2015 saylı hökmü ilə müəyyən olunmuş 140 000 ABŞ dolları məbləğində pulun 1/8 hissəsi üzərində İddiaçı payı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar