Məhkəmə qərarları › İş №2(049)-2671/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2671/2023

22.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2671/2023 22.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, ilkin iddia üzrə İddiaçı nümayəndəsi X2 və ilkin iddia üzrə cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X4 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «aktın etibarsız hesab edilməsi» tələbi barədə ərizəsinə və qarşılıqlı iddia üzrə iddiaçı «Azəriqaz» İstehsalat Birliyinin cavabdeh İddiaçı qarşı «5501,89 manat borcun ödənilməsi» tələbi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Azəriqaz” X7 X14 İdarəsi tərəfindən tərtib edilmiş ******* saylı, xx.xx.2019-cu il tarixli və ******* saylı, xx.xx.2023-ci il tarixli aktın, əsassız olaraq müəyyən olunmuş 2160 m3 qaz itkisinə görə 216,00 manat və 34560 m3 qaz itkisinə görə hesablanmış 4147,20 manat ümümilikdə 4363,20 manat miqdarında cərimənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin “Azəriqaz” İstehsalat Birliyi məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək cavabdeh İddiaçı 5427,22 manat məbləğində borcun, 74,27 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının, cəmi 5501,89 manat məbləğində pul vəsaitinin tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı nümayəndəsi X10 məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı onun həyat yoldaşıdır. Həyat yoldaşı qaz istehlakçısı olan İddiaçı adına Lənkəran rayonu Sütəmürdov kəndində yerləşən fərdi yaşayış evinin qaz təminatı xətti üzərində Lənkəran X14 İdarəsinin Lənkəran Xidmət Sahəsi tərəfindən G-4 smart markalı, **********480 nömrəli nömrəli plomblu qaz sayğacı quraşdırılmışdır. Tərtib edilmiş cərimə aktı həyat yoldaşı cavabdeh İddiaçı adına rəsmiləşmişdir. İddiaçı qaz sayğacı vasitəsi ilə istehlak edilmiş qazın dəyərini vaxtı vaxtında ödəyir. xx.xx.2023-ci il tarixində o, evdə olmadığı vaxt sayğaca baxış keçirilmiş, guya o, 360 gün olaraq mütəmadi gündəlik 24 saat olaraq əlavə xətt çəkmiş və ondan istifadə etmişdir. Bununla bağlı 18 may 2023-cü il tarixli ******* saylı akt tərtib edilmiş və ona 4147,20 manat cərimə yazmışlar. xx.xx.2019cu il tarixində ******* saylı akt tətib edilmiş və həmin akta görə 2160 m3 qaz səfıyyatı olmaqla 216 manat cərimə yazılımşdır. İddiaçı bütün bunları qəbul etmir. Sonradan Azəriqaz İB-nin əməkdaşları xx.xx.2023-cu il tarixli ******* saylı aktda da qeyd edilmişdir ki, sayğac yararlı halda qəbul edilmiş, lakin həmin aktda onun imzadan imtina edilməsi sözü vardır. Evlərində yoxlama onların iştirakları təmin olunmamışdır. Gündəlik yaşadıqları evdə qaza sərfıyyatı yazılmayan aktda necə olur ki qaz sərfıyyatı 4 m3 olmaqla , 24 saat gündəlik iş rejimi olmaqla 360 gün fasiləsiz qaz işlənmişdir? Belə çıxır ki, o, qazdan dayanmadan və yatmadan 24 saat gündəlik olmaqla istifadə etmişdir. Bütün bunlar qaz idarəsi tərəfindən tərtib edilmiş aktın və hesablanmış qaz sərfiyyatın saxta oduğunu və bunun qərəzli olduğu anlamına gətirib çıəxarır. İstehlakçı olaraq onunla Lənkəran Xidmət sahəsi və ya Lənkəran X14 İdarəsi ilə qazın alqı-satqısı barədə müqaviləsi vardır. Müqavilədə “Qazdan istifadə Qaydalarf'nm təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarının 6.7 bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda bu Qaydaların 6.1.2 bəndi istisna olmaqla qaz paylayıcı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya verilməlidir. Ancaq ona qarşı tərtib edilən aktın yazılmasında iştirak etməmişdir və aktın surəti ona verilməmişdir. Hamının bildiyi kimi sahədə xidmət edən qaz nəzarətçisi ildə 2(iki) dəfə texniki baxış keçirməklə ayda 2(iki) dəfə istehlakçıların qaz təminatı xətlərinə nəzarət edir, istehlak edilmiş qaz;n sərfini götürür və sonra onun dəyərini özündə əks etdirən qəbzi istehlakçılara təqdim edir. Xüsusən qaz təminatı dayandırılmış ünvanlarda tez- tez olmaqla nəzarəti həyata keçirir. “X12’nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarının 6.7 bəndinə əsasən qazm verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda bu Qaydaların 4.8-ci bəndində Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcı (yəni Lənkəran X14 İdarəsi), hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavbabdehliyi isə özləri daşıyırlar. Odur ki, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında izahat verərək bildirdi ki, “Azəriqaz” İstehsalat Birliyi ilə X8 arasında bağlanmış 06 mart 2018-ci il tarixli, 26874 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı- satqısı barədə müqavilə” yə əsasən “Azəriqaz” İstehsalat Birliyi üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabdeh həmin müqavilənin şərtlərini pozaraq istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmiş və 22 iyul 2023-cü il tarixinə “Azəriqaz” İstehsalat Birliyinə 5427,22 manat məbləğində borcu yaranmışdır. Borcun yaranmasına səbəb “Təbii X12nın pozulması haqqında” 30 dekabr 2019-cu il tarixli ******* saylı akt əsasında hesablanmış 216,00 manat, “Təbii X12nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 4147,20 manat, cəmi 4363,20 manat məbləğində dəymiş ziyanın və sayğac vasitəsilə istifadə qlunmuş təbii qaza görə 1064,02 manat borcun ödənilməməsi olmuşdur. Belə ki, iddiaçı Vəliyeva X6 rayonu, Sütəmurdov kəndində yaşamaqla Lənkəran X14 İdarəsinin Lənkəran Xidmət Sahəsində **********01680 saylı kodla abonent qeydiyyatındadır. Belə ki, “Azəriqaz” X7 RQİİ-nin Lənkəran XS-nin mütəxəssisləri tərəfindən Lənkəran Xidmət Sahəsində abonentlərin ünvanlarına quraşdırılmış məişət tipli qaz sayğaclarına baxış keçirilən zaman abonent İddiaçı fərdi evinə gedən qaz xəttinin üzərində quraşdırılmış Elster tipli, G-4 markalı, 26022500 saylı qaz sayğacı xx.xx.2019-cu il tarixli, ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt əsasında çıxarılaraq Dövlət yoxlamasından keçirilməsi üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” X3 Departamentinin Sayğacların müayinəsi laboratoriyasına göndərilmiş, həmin laboratoriyanın 30.10. 2019-cu il tarixli, 29/1710-3166 saylı aktına əsasən “G-4 markalı 26022500 nömrəli sayğaca ümumi baxış keçirildi. Sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik-çızıq izləri var” rəyi verilmiş və qüsura görə nəticə qaz itkisi, müdaxilə hesab edilmişdir. İddiaçı məxsus yaşayış sahəsinə xx.xx.2019-cu il tarixdə “Təbii X12nın pozulması haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 11 nömrəli, xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii X12nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərnin bərpasının hesablanması” Qaydalarına əsasən Qaz sayğacının nominal qaz sərfi 4 m3, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, cəmi 2160 m3 olmaqla 216,00 manat məbləğində dəymiş ziyan hesablanmış və abonent İddiaçı abonent hesabına daxil edilmişdir. Abonent İddiaçı tərəfindən 216,00 manat ödənilməmiş qalmışdır. Bundan başqa, “Azəriqaz” X1 satılan qaza nəzarət şöbəsinin əməkdaşları tərəfindən 18 mart 2023-cü il tarixdə Lənkəran rayonu, Sütəmurdov kəndində yaşayan İddiaçı məxsus yaşayış sahəsində, sonuncunun iştirakı ilə təbii qazın uçotu və təbii X12na riayət olunması vəziyyəti yoxlanılarkən istehlakçı İddiaçı “X12”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talaması faktı aşkar edilmişdir. Odur ki, “Azəriqaz” X1 satılan qaza nəzarət şöbəsinin əməkdaşları tərəfindən təbii X12nın pozulması haqqında 18 may 2023cü il tarixdə ******* nömrəli akt tərtib edilmiş və bu halı təsbitləyən video çəkiliş aparılmışdır. “Azəriqaz” X1 satılan qaza nəzarət şöbəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 14 mart 2011-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii X12nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarına uyğun olaraq 22 may 2023-cü il tarixdə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Yaşayış sahəsində istifadədə olan qaz cihazlarinın sərfiyyatına uyğun olaraq cəmi 34560 m3 olmaqla İddiaçı abonent hesabına 4147 manat 20 qəpik pul hesablanmışdır. Abonent İddiaçı tərəfindən 4147,00 manat ödənilməmiş qalmışdır. Bundan əlavə, abonent İddiaçı sayğac vasitəsilə istifadə etdiyi təbii qaza görə 1064,02 manat borcu ödənilməmiş qalmışdır. İddiaçı tərəfindən ümumilikdə 5427,22 manat ödənilməmiş və o, 18 may 2023cü il tarixli, ******* nömrəli aktın etibarsız hesab olunması, 4147 manat 20 qəpik pulun silinməsi tələbi barədə iddia ərizəsi ilə Lənkəran rayon Məhkəməsinə müraciət etmişdir. Lənkəran rayon Məhkəməsinin 08 avqust 2019-cu il tarixli 2(049)-1213/2020 saylı qətnaməsi ilə İddiaçı xx.xx.2019-cu il tarixədək istehlak etdiyi təbii qaza görə yaranmış 1012,00 manat debitor borcun, ödənilmiş 30,00 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının, cəmi 1042,40 manat məbləğində pul vəsaitinin tutularaq Lənkəran RQİİnin Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilməsi qət edilmişdir. 22 iyul 2023-cü il tarixə İddiaçı 5427,22 manat məbləğində borcu vardır. Odur ki, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi X5 tərəfindən məhkəməyə ərizə təqdim edilərək, hazırki iş üzrə İddiaçı qarşı olan iddia tələbi üzrə iddia müddətinin tətəbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş “Azəriqaz” X7 X14 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 18 may 2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, Lənkəran rayonu Sütəmurdov kəndində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evində sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə qazdan istifadə olunduğu aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş “dəymiş ziyanın bərpasına dair” xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, həmin tələbnamə əsasında abonent İddiaçı 18 may 2023-cü il tarixli, ******* nömrəli akta əsasən, qaz sayğacının nominal saatlıq qaz sərfinin 4 kub metr/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 4 X 24 X 360 = 34560 kub.metr qaz itkisinə görə abonentə borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş “Azəriqaz” X7 X14 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 28 iyun 2023-cü il tarixli ******* nömrəli akt tərtib olunaraq, qaz sayğac yenisi ilə əvəz edilmiş və 30 dekabr 2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, Lənkəran rayonu Sütəmurdov kəndində yaşayan istehlakçı İddiaçı Tacıla qızına məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilərkən müəyyən edilmişdir ki, sayğacın hesablayıcı mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik, cızıq izləri var. Ona görə də istehlakçı İddiaçı 2160 m3 metr qaz itkisinə görə 216 manat məbləğində borc hesablanmışdır. İşin məhkəmə baxışında baxış keçirilməklə tədiq edilən “Azəriqaz” İB-nin nümayəndəsi tərəfindən sübut kimi məhkəməyə təqdim edilən videoçəkilişdən müəyyən edilir ki, Lənkəran rayonu Sütəmurdov kəndində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evində sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə qazdan istifadə olunduğu aşkar edilmişdir. İddiaçı nümayəndəsi X5 da işin məhkəmə baxışı zamanı videoçəkilişdə olan evin İddiaçı aid olduğunu təsdiqləmişdir. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid ifadəsində bildirdi ki, “Azəriqaz” X7 X14 İdarəsində şöbə rəisi vəzifəsində işləyir. 18 may 2023-cü il trixdə Lənkəran rayonu Sütəmurdov kəndində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evində sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə qazdan istifadə olunduğu aşkar edilmişdir. Baxış zamanı şəxsən özü də iştirak etmişdir və bu barədə videoçəkiliş aparılmışdır. Məhkəmə tərəfləri və şahidi dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 19-cu maddəsində əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19 sentyabr 1995-ci il tarixli, 1113 saylı Azərbaycan Respublikasının Qanunu 3-cü maddəsinə əsasən istehlakçının öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə haqlıdır. Həmin qanunun 14-cü maddəsinin 1-ci bəndinə əsasən bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdir. Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Qeyd olunan Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki,: 18 may 2023-cü il tarixdə istehlakçi İddiaçı yaşadığı fərdi yaşayış evində “X12”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir. Bu səbəbdən iddia 18 may 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsinə dair hissədə təmin oluna bilməz. Həmçinin həmin akt əsasında abonent üçün qaz sayğacının nominal saatlıq qaz sərfinin 4 kub metr/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 4 X 24 X 360 = 34560 kub.metr qaz itkisinə görə 4147.20 manat borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X12” nın 5.2-ci bəndində qeyd edilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Göründüyü kimi qaz paylayıcısı istehlakçıdan yalnız verdiyi qazın dəyərinin ödənilməsini tələb edə bilər. «X12»na 2 nömrəli əlavədə verilmiş qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqaviləninin 2.1.7-ci bəndinə əsasən istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) paylayıcının vəzifəsidir. Paylayıcı yalnız qaz sayğacının göstəricisinə əsasən istifadə olunan qazın həcminin və dəyərinin tam və dəqiq uçotunu aparmalıdır. Bundan başqa, itirilmiş qazın bərpası ilə bağlı tərtib edilmiş sənəddə 360 gün hesabat dövrü göstərilsə də, nəzərə alınmamışdır ki, qaz sayğacı bilavasitə küçə qaz xəttinin üzərində quraşdırılmış və paylayıcının işçiləri tərəfindən qaz sayğacının göstəricilərinin çıxarılması üçün ayda bir dəfədən az olmayaraq qaz sayğacına baxış keçirilir və bu zaman istehlakçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi, eləcə də həmin müdaxilənin qaz paylayıcının işçiləri tərəfindən aşkar edilməməsi halları istisna edilir. Məhkəmə iddianın 34560 kub metr qaz sərfiyyatına görə hesablanmış borcun silinməsinə münasibətdə həmçinin qeyd edir ki, tərtib edilmiş ******* nömrəli aktdan görünür ki, baxışın keçirilməsi və qeyd olunan nöqsanın aşkar edilməsi 18 may 2023-cü il tarixə təsadüf edir. Həmçinin iş materiallarına əlavə edilmiş “abonentin saldosundan” görünür ki, 2023-cü ilin may ayında 12.50 manat məbləğində sərfiyyata görə ödəniş edilmişdir. Bu isə onu deməyə əsas verir ki, eyni ilin may ayında da istifadəçinin sayğacına baxış keçirilmişdir. Belə olan halda dəymiş ziyan məbləği hesablanarkən 30 gün hesabat müddəti hesablanmalı olduğu halda, 360 gün hesabat müddəti hesablanmışdır. Bundan başqa dəymiş ziyan məbləği hesablanarkən orta günlük iş rejimi 24 saat olduğu qeyd edilmişdir. Lakin 1 günün 24 saatdan ibarət olması nəzərə alınarsa orta günlük iş rejimi 12 saat hesablanmalıdır. Beləliklə qeyd olunanlar nəzərə alınmaqla aşağıdakı qaydada hesabat aparılmalı və borc məbləği azaldılaraq aşağıdakı qaydada müəyyən edilməlidir: 4 kub.metr x 12 saat x 30 gün = 1.440 kub.metr Cəmi: 1.440 kub metr Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ******* nömrəli akta münasibətdə iddia qismən təmin edilməklə, 18 may 2023-cü il tarixli, ******* saylı akta əsasən hesablanmış ziyanın həcmi alazdılaraq 1.440 kub metr müəyyən edilməlidir. Məhkəmə ******* saylı, xx.xx.2019-cu il tarixli akt əsasında hesablanmış borcun silinməsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X12»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.3 - 4.7-ci bəndlərinə əsasən, qaz sayğacları AİBNDA tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir, qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd edilən hissədə iddia tələbi təmin edilməklə “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş “təbii X12nın pozulması haqqında” 30 dekabr 2019-cu il tarixli, ******* nömrəli akt ləğv edilərək abonent İddiaçı hesablanmış 216 manat məbləğində borc silinməlidir. Məhkəmə abonent İddiaçı sayğac vasitəsilə istifadə etdiyi təbii qaza görə 1064.02 manat borc tələbinə dair qarşılıqlı iddiaya münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş abonentin saldosundan müəyyən edilir ki, son üç il ərzində abonentin sayğac vasitəsilə istifadə etdiyi təbii qaza görə “Azəriqaz” İB-nə borcu 165.92 manat borcu yaranmışdır. İddiaçı nümayəndəsi X5 tərəfindən məhkəməyə ərizə təqdim edilərək, qarşılıqlı iddia tələbi üzrə iddia müddətinin tətəbiq edilməsi məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2 maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Həmin məcəllənin 373.3 maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında iddia müddəti institutunun mahiyyətinə, qanunvericilikdə təsbit edilmə məqsədinə və yerinə yetirdiyi hüquqi funksiyaya aydınlıq gətirməklə göstərmişdir ki, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli Qərarında iddia müddətinin məqsədi ilə bağlı göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə belə qənaətə gəlir ki, iddia müddəti tətbiq edilməklə qarşılıqlı iddia tələbi qismən təmin edilərək İddiaçı sayğac vasitəsilə istifadə etdiyi təbii qaza görə ondan 165.92 manat pul vəsaiti alınaraq “Azəriqaz” İB-nə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, qarşılıqlı iddiaçı Azəriqaz İB tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün 74,27 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbinin təmin edildiyi hissəyə münasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 4,57 manat məbləğində pul vəsaiti qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı alınaraq “Azəriqaz” İB-nə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş “təbii X12nın pozulması haqqında” 30 dekabr 2019-cu il tarixli, ******* nömrəli akt ləğv edilərək abonent İddiaçı (abonent № **********01680) hesablanmış 216 manat məbləğində borc silinsin. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş 18 may 2023-cü il tarixli, ******* saylı akta əsasən hesablanmış ziyanın həcmi alazdılaraq 1.440 kub metr müəyyən edilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İddiaçı sayğac vasitəsilə istifadə etdiyi təbii qaza görə ondan 165.92 manat pul vəsaiti alınaraq “Azəriqaz” İB-nə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 4,57 manat məbləğində pul vəsaiti qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı alınaraq “Azəriqaz” İB-nə ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar