Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2691/2024 20.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X2 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi, İddiaçı, cavabeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh «Azərişıq” ASC-nə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında xx.xx.2024-cü il tarixdə baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC tərəfindən yazılmış 127683 və 226466 saylı aktların etibarsız hesab edərək əsassız yazılmış 415 manat və 439 manat cərimələrin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, Lənkəran rayonu Gəgiran kəndində yaşayır. Evinə Lənkəran işıq idarəsi tərəfindən elektrik sayğacı quraşdırılıb və o, də hər ay istifadə etdiyi işığa görə tam ödənişlər etmişdir. Bu yaxınlarda Lənkəran elektrik şəbəkəsinin Gəgiran kəndi nəzarətçisi ona bildirmişdir ki, o, 2019-cu ildə 415 manat, 2021-ci ildə isə 439 manat cərimə olunmuş və həmin pulu ödəməlidir. Həmin cərimələrin hansı səbəbə yazıldığını soruşsa da heç nə bildmədiyini deyərək idarəyə getməyini məsləhət görmüşdür. O da, Lənkəran işıq idarəsinə müraciət etmiş, onlar ona xx.xx.2019-cu il tarixdə yazılmış 127683 nömrəli və xx.xx.2021-ci il tarixdə yazılmış 226466 nömrəli aktları göstərərək həmin aktlara görə cərimə edildiyini bildirmişlər. Həmin aktlara görə də güya o, evinə kənar xətt çəkmişdir. Bu səbəbdən də həmin cəriməni ödəməyi tələb etmişlər. Onun evində heç vaxtı kənar xətt olmamışdır. Onların sayğaca da heç kim baxış keçirməmişdir. Sadəcə öz iş otaqlarında rahat oturaraq istədikləri adama akt yazıb cərimə edirlər. Əgər onun evində kimsə kənar xətt görmüşdürsə niyə onu və ya ailə üzvlərindən kimsəni çağırıb onlara göstərməmişlər, onları aktlarla tanış etməmişlər ? O cümlədən “X1 Qaydalarının” 8.33-cü bəndinə görə əgər kənar xətt mövcud olsaydı, akt yazılanda onlar 2 nəfər hal şahidini və onu çağırmalı və aktda da hal şahidləri imza etməli idilər. Onlar isə qanunun tələbini pozaraq heç bir baxış keçirmədən və kənar xətt olmayan evə cərimə yazmışlar. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyib onun təmin olunmamasını xahiş etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: İş materiallarında olan xx.xx.2019-cu il tarixli 127683 saylı aktın surətində deyd edilmişdir ki, İddiaçı yaşadığı evin sayğacınin giriş xəttinin kabeli soyularaq sayğacdan kənar enerji istifadə edilir. Yoxlama zamanı sayğacdan kənar istifadə edilən kabeldən axan yük i=5,61 amper, amper maşa ilə təyin edildi. Kənar xətt ləğv edilsin, sayğacın giriş xətti dəyişdirilsin. Həmin aktı tərtib edən şəxslər, "xxxx" ASC-nin əməkdaşları, EŞ mühəndisi Ş.Əhədov, nəzarətçi mühəndis M.Axundov və elektomontyor İddiaçı imzalamışlar. İş materiallarında olan “Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər” adlandırılan sənədin surətindən görünür ki, “Abunə haqqında” sənəddən görünür ki, xx.xx.2019-cu il tarixli 127683 saylı akt əsasında iddiaçıya 415.10 borc hesablanmışdır. İş materiallarında olan “ xx.xx.2021-ci il tarixli 226466 saylı aktın surətində deyd edilmişdir ki, İddiaçı yaşadığı evin sayğacınin giriş xəttinin kabeli soyularaq sayğacdan kənar enerji istifadə edilir. Sayğacın giriş xətti dəyişdirilsin. Həmin aktı tərtib edən şəxslər, "xxxx" ASCnin əməkdaşları Vilayət Məmmədov, Şəmsəddin Əhədov və Cabir Həsənzadə imzalamışlar. İşdə olan “Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər” adlandırılan sənədin surətindən görünür ki, “Abunə haqqında” sənəddən görünür ki, xx.xx.2021-ci il tarixli 226466 sayılı akt əsasında iddiaçıya 439.26 borc hesablanmışdır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirdiyi aktlar “X1 Qaydalarının” 8.33 bəndinin ləğv edildiyi xx.xx.2022-ci il tarixdən əvvəl tərtib edildiyindən, hazırki mübahisənin həlli üçün həmin 8.33-cü bəndə istinad edilməlidir. Cünki, MPM 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Aktlar tərtib olunan zaman qüvvədə olmuş “X1 Qaydalarının” 8.33 bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə təqdim edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Lakin hazırkı iddia tələbinin verilməsinə əsas olan aktlar tərtib edilərkən cavabdeh təşkilat tərəfindən yuxarıda qeyd olunan Qaydanın 8.33-cü bəndinin tələbləri pozulmuş, iki nəfər hal şahidinin iştirakları təmin edilməmişdir. Buna görə də həmin aktlar etibarsızdırlar. Bu səbəbdən də, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı iddia tələbi təmin edilməli, 127683 və 226466 saylı aktların etibarsız hesab edərək 415.10 manat və 439.26 manat borc ləğv edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərtbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddırlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda dövlət rüsumu 30 manat miqdarında tutulur. İddianın qiyməti ümumilikdə 854.36 manat olduğundan dövlət rüsumu 30 manat təşkil eləyir. İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və iddia tələbi 854.36 manat məbləğində borcun silinməsi hissəsində təmin edildiyindən həmin 30 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan tutularaq dövlət hesabına köçürülməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.20219-cu il tarixli 127683 və xx.xx.2021-ci il tarixli 226466 saylı aktlar etibarsız hesab edərək, həmin aktlar əsasında hesablanmış, müvafiq olaraq 415.10 manat və 439,26 manat, cəmi 854.36 manat borc ləğv edilsin. 30 manat dövlət rüsumu cavabdeh « Azərişıq” ASC-nə aid edilsin və ondan tutularaq dövlət hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №2(049)-2691/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2691/2024
20.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver