Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2692/2024 05.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın etibarsız hesab edilməsi və cərimənin silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin əməkdaşlarının tərtib etdikləri xx.xx.2024-cü ildə yazılmış 028650 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 385,99 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin abonentidir, Yaşadığı evə "xxxx" ASC-nin Lənkəran elektrik şəbəkəsi tərəfindən elektrik sayğacı quraşdırılıb. Hər ay istifadə etdiyi elektrikə görə borcunu tam olaraq ödəmişdir və heç vaxt borcu qalmamışdır. 1 ay əvvəl Lənkəran elektrik şəbəkəsinin işçiləri heç bir xəbərdarlıq etmədən, onun elektrik sayğacının kartını bloklamışlar. Karta pul yükləmək mümkün olmadığı üçün evdə qaranlıqda qalmalı olmuşdur. Bunun səbəbini öyrənmək üçün Lənkəran elektrik şəbəkəsinə müraciət etmişdir. Orada ona bildirilmişdir ki, güya onun sayğacının sağ tərəfi zədəli olub və sayğacda cızıqlar aşkar edilib. Bu səbəbdən də ona 385.99 manat borc yazmışlar. İddiaçı onlara heç bir borcu olmadığını, sayğaca da heç vaxtı müdaxilə etmədiyini bildirsə də, heç bir xeyri olmadığını əlavə etmişdir. Bu məsələ ilə əlaqədar 028650 saylı akt tərtib edilmiş və həmin akta əsasən ona 385,99 manat məbləğində cərimə hesablanmışdır. İddiaçı sayğaca heç vaxtı müdaxilə etmədiyini, aktdan da xəbərinin olmadığını bildirmişdir. İddiaçı həmin aktın qanunsuz yazıldığını bildirərək onun surətini tələb etmiş və ona aktın surətini vermişlər. İddiaçı cavabdehin tərtib etmiş olduğu aktlardan xəbərsiz olduğunu qeyd etmişdir . Bu aktlar tərtib edilərkən onun iştirakı təmin edilməyib. Aktın surəti ona qeyd etdiyi müraciətindən sonra təqdim edilmişdir. İddiaçı tərtib edilmiş aktı qanunsuz hesab edir. Sayğaca müdaxilə etməmişdir, tərtib olunmuş akt qanunsuzdur və elektirik enerjisindən istifadə qaydalarının tələbləri pozulmaqla tərtib edilmişdir. Odur ki, "xxxx"ASC-in əməkdaşları tərəfindən xx.xx.2024-cü ildə yazılmış 028650 saylı akt ləğv edilməli və həmin akt əsasında hesablanmış 385,99 manat məbləğində cərimə hesabından silinməlidir. İddiaçı məhkəmə baxışında iştirak edərək iddia tələbini müdafiə etmişdir və izahatında əlavə olaraq bildirmişdir ki, o, heç vaxt elektrik sayğacına müdaxilə etməmişdir, istifadə etdiyi elektrik enerjisinin pulunu hər zaman vaxtında ödəmişdir. Onun üçün hesablanmış 385,99 manat borc tamamilə əsassızdır. Elektrik sayğacı küçədə yerləşir və hər ay nəzarətçi həmin sayğacı yoxlamış və həmin ay istifadə etdiyi elektrik enerjisinə dair borcu ilə əlaqadar ona bildiriş təqdim etmişdir. Sayğac həyətyanı sahəsində deyil, küçədə yerləşir və həmin sayğacın saz vəziyyətdə saxlanmasına o, deyil, cavabdeh təşkilat məsuliyyət daşıyır. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evində olan elektrik sayğacına baxış zamanı müəyyən edilmişdir ki, abonentin sayğacının gövdəsi sağ tərəfdən zədəlidir. Həmçinin sayğacın daxilinə baxış zamanı hesab mexanizmin üzərində cızıqlar aşkar olunmuşdur. Bu barədə xx.xx.2024-cü il tarixdə müvafiq akt tərtib edilmişdir və bunun əsasında müvafiq komissiya tərəfindən abonent üçün 385 manat 99 qəpik borc hesablanmışdır. Sayğacda yararsızlıq aşkar edilərkən "xxxx" ASC əməkdaşları tərəfindən heç bir video və foto çəkiliş aparılmamışdır. Məhkəməyə bu barədə tərtib edilmiş aktdan başqa heç bir sübut təqdim edilə bilmir. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2024-cü ildə tərtib edilmiş 028650 saylı aktın surətindən görünür ki, Lerik rayonu, Parakənd kəndində yaşayan abonent İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman müəyyən edilmişdir ki, abonentin sayğacının gövdəsi sağ tərəfdən zədəlidir .Həmçinin sayğacın daxilinə baxış zamanı hesab mexanizmin üzərində cızıqlar aşkar olunmuşdur. Abonent İddiaçı həmin aktı imzalamamışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, Lerik rayonu, Parakənd kəndində yaşayan “**********00341” nömrəli abonent İddiaçı üçün xx.xx.2024-cü ildə tərtib edilmiş 028650 saylı akt əsasında 385 manat 99 qəpik borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1 Qaydalarının 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Eyni qaydaların 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin qaydaların 8.17-ci bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Hazırki halda cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu (elektrik sayğacının yararsız hala salınması) cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, həmçinin məhkəmə iclasında araşdırılmış hallardan da iddiaçının (istehlakçının) ünvanına qurlaşdırılmış sayğacda yaranmış qüsurların onun təqsiri nəticəsində baş verməsi müəyyən edilmədiyindən cavabdeh təşkilat tərəfindən tərtib edilmiş akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. “X1” Qaydalarının tələbinə əsasən, İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü ildə yazılmış 028650 saylı aktda “Lerik rayonu, Parakənd kəndində yaşayan abonent İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman abonentin sayğacının gövdəsi sağ tərəfdən zədəli olduğu, həmçinin sayğacın daxilinə baxış zamanı hesab mexanizmin üzərində cızıqlar müəyyən edildiyi qeyd edilsə də, həmin sayğaca müdaxilənin məhz abonent İddiaçı tərəfindən həyata keçirilməsi ilə əlaqadar məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Qeyd edilənlənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia qismən təmin olunsun. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 028650 saylı akt əsasında abonent İddiaçı (abunə kodu: **********00341) hesablanmış 385 manat 99 qəpik məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-2692/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2692/2024
05.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver