Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2695/2023 20.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh Lənkəran rayon 1 saylı Notariat Ofisinin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və Lənkəran rayon 1 saylı Notariat Ofisinəqarşı «xx.xx.2022-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, daşınmaz əmlak üzərində aparılmış hüquqların dövlət qeydiyyatının ləğv olunması və Çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran rayon 1 saylı Notariat Ofisi tərəfindən mərhum X1 miras qalmış Lənkəran şəhəri, X19 küçəsi, ev 78/19-da yerləşən 69 saylı mənzilə dair xx.xx.2022-ci il tarixdə Cavabdeh verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsində həmin Daşınmaz əmlak (Lənkəran şəhəri, X19 küçəsi, ev 78/19-da yerləşən 69 saylı mənzillə bağlı) üzərində aparılmış hüquqların dövlət qeydiyyatının ləğv olunması və Lənkəran şəhəri, X19 küçəsi, ev 78/19-da yerləşən 69 saylı mənzilə dair Cavabdeh verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli (reyestr nömrəsi: **********08-05101-093045) Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını, Cavabdeh əməlində cinayətin əlamətlərinin olub-olmaması məsələsinin araşdırılması və müvafiq hüquqi qiymətin verilməsi üçün Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahişetmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə uyğun olaraq İddiaçı iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Lənkəran rayon 1 saylı Notariat Ofisi tərəfindən mərhum X1 miras qalmış Lənkəran şəhəri, X19 küçəsi, ev 78/19-da yerləşən 69 saylı mənzilə dair xx.xx.2022-ci il tarixdə Cavabdeh verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsində həmin Daşınmaz əmlak (Lənkəran şəhəri, X19 küçəsi, ev 78/19-da yerləşən 69 saylı mənzillə bağlı) üzərində aparılmış hüquqların dövlət qeydiyyatının ləğv olunması və Lənkəran şəhəri, X19 küçəsi, ev 78/19da yerləşən 69 saylı mənzilə dair Cavabdeh verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli (reyestr nömrəsi: **********08-05101-093045) Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını, cavabdehlər Lənkəran rayon 1 saylı Notariat Ofisinin xüsusi notariusu X11 və Cavabdeh əməllərində cinayətin əlamətlərinin olub-olmaması məsələsinin araşdırılması və müvafiq hüquqi qiymətin verilməsi üçün Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini məhkəmədənxahişetmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun xx.xx.2021-ci il tarixdə vəfat etmiş həyat yoldaşı X9 bacısıdır. Hüseyn Əbülfətovla 1-ci dəfə 1998-ci ildə ailə həyatı qurmuşdur. Onların bu barədə olan ilk nikahı xx.xx.1999-cu il tarixdə Lənkəran şəhər Nikah evində 106 sayla rəsmiləşdirilmişdir. Hüseynlə aralarında olan narazılıqlara görə 2004-cü ildə məhkəmə qaydasında boşansalar da, lakin 2012-ci ilin 30 mart tarixində yenidən rəsmi nikah bağlamışlar. X13 ilə 1998-ci ildə ailə həyatı qurduqdan sonra həmin vaxt Hüseynin yaşadığı Lənkəran şəhəri H.Əliyev (indiki Z.Əliyeva) küçəsi 78/19, mənzil 69-da yerləşən 2 otaqlı evə gəlin getmiş və 2004-cü ilin dekabr ayının 13-ə kimi Hüseynlə təsərrüfatı birgə idarə etməklə həmin ünvanda onunla ər-arvad kimi birlikdə yaşamışlar. Sonradan isə məhkəmə qətnaməsi ilə yuxarıda qeyd olunan evə köçürülmüşdür. Cavabdeh anası X2 ölümündən təxminən 26 il sonra ondan miras qalmış əmlakla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Lənkəran rayon 1 saylı Notariat Ofisinə müraciət etmiş və notarius tərəfindən xx.xx.2022-ci il tarixdə əsassız olaraq Lənkəran şəhəri H.Əliyev (indiki Z.Əliyeva) küçəsi 78/19, mənzil 69-da yerləşən 2 otaqlı mənzilə dair yalnız Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hesab edir ki, notarius tərəfindən həmin vərəsəlik hüququ haqqında şəhadətnamə qanuni əsaslarla verilməmişdir. Belə ki, hazırda qanuni qüvvəsini almış Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-1390/2022 saylı qətnaməsinə əsasən cavabdehin yuxarıda sözügedən mənzilin yalnız özünə çatan hissəsinə vərəsəlik hüququ tanına bilər və ona da məhz o hissədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilər. Cavabdeh isə hansısa saxta yolla buna nail olmuşdur. Həyat yoldaşı Hüseyn vəfat etdikdən bir müddət sonra Cavabdeh iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək mərhum anası X1 ona, yəni Cavabdeh miras qalmış Lənkəran şəhəri B.O.Abbasov (indiki Zərifə Əliyeva) küçəsi, bina 78/19, mənzil 69-da yerləşən beş mərtəbəli binada 2 otaqlı, yaşayış sahəsi 30.9 kv.m, ümumi sahəsi 59.3 kv.m olan 69 saylı mənzilin onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(049)-750/2022 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən narazı qaldığı üçün apelyasiya şikayəti ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət edərək Lənkəran Rayon Məhkəməsinin sözügedən qətnaməsinin ləğv edilməsini və iddianının təmin edilməməsini xahiş etsə də, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-1390/2022 saylı qətnaməsinə əsasən apelyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(049)-750/2022 saylı qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş və mərhum X1 qalmış, Lənkəran şəhəri, Zərifə Əliyeva (B.O.Abbasov) küçəsi, bina 78/19-da yerləşən 2 otaqlı, yaşayış sahəsi 30.9 kv.m, ümumi sahəsi 59.3 kv.m olan 69 saylı mənzildən ibarət mirasdakı payının Cavabdeh tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-1390/2022 saylı qətnaməsinin əsaslandırıcı hissəsində (8-ci səhifə 3-cü abzas) məhkəmə qeyd edilmişdir: “Məhkəmə kollegiyası belə hesab edir ki, iddiaçının mərhum anasından qalmış mirasdan yalnız özünə çatası paya qanun üzrə vərəsəlik hüququ olduğundan, onun yalnız mirasdan özünə çatası payın qəbul edilməsi faktı müəyyən edilməlidir.”Lakin buna baxmayaraq Cavabdeh Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-1390/2022 saylı qətnaməsindən kassasiya şikayəti verməyib, əksinə Lənkəran Rayon Məhkəməsinin tamamilə ləğv olunmuş xx.xx.2022-ci il tarixli, 2(049)-750/2022 saylı qətnaməsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət edərək aldatma yolu ilə Lənkəran şəhəri, Zərifə Əliyeva (B.O.Abbasov) küçəsi, bina 78/19-da yerləşən 2 otaqlı, yaşayış sahəsi 30.9 kv.m, ümumi sahəsi 59.3 kv.m olan 69 saylı mənzilə tam payla mülkiyyət hüququnu təsdiq edən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli (reyestr nömrəsi: **********08-05101- 093045) Çıxarış alaraq onun əmlak hüquqlarını əldə etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli (reyestr nömrəsi: **********08-05101-093045) Çıxarış qanuni əsaslarla verilməmişdir. Belə ki, heç bir ilkin hüquqi sənədlə Lənkəran şəhəri, Zərifə Əliyeva (B.O.Abbasov) küçəsi, bina 78/19-da yerləşən 2 otaqlı, yaşayış sahəsi 30.9 kv.m, ümumi sahəsi 59.3 kv.m olan 69 saylı mənzilin tam payla Cavabdeh tərəfindən özgəninkiləşdirilməsi halı öz təsdiqini tapmır. Çünki, hal-hazırda qanuni qüvvəsini almış Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-1390/2022 saylı qətnaməsi ilə Cavabdeh mərhum anasından qalmış mirasdan yalnız özünə çatası paya qanun üzrə vərəsəlik hüququ vardır. Bu da öz növbəsində həmin əmlaka Cavabdeh tam payla mülkiyyət hüququ əldə etməsini istisna edir. İddiaçı həmçinin tələbində (iddianın dəyişdirilməsi barədə ərizədə) qeyd etmişdir ki, hesab edir ki, mərhum X1 miras qalmış Lənkəran şəhəri, X19 küçəsi, ev 78/19-da yerləşən 69 saylı mənzilə dair onun gözlənilən mülkiyyət hüququ vardır. Belə ki, mərhum həyat yoldaşının birinci dərəcəli vərəsəsidir və vaxtında da ondan miras qalmış əmlaka dair ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən ötrü ərizə ilə Lənkəran rayon 1 saylı Notariat Ofisinə müraciət etmişdir. O,yəni, İddiaçı- Lənkəran şəhəri Z.Əliyeva küçəsi ev 78/19, mənzil 69-da pasport qeydiyyatındadır. (buna dair sənədlərşəxsiyyət vəsiqəsi və etibarnamə işə təqdim olunur.) Lakin,Cavabdeh həmin ünvanda qeydiyyatda olmasını təsdiq edən heç bir hüquqi sənəd mövcud deyildir. (şəxsiyyət vəsiqəsinə əsasən Cavabdeh qeydiyyatı Lənkəran şəhəri, Ü.Hacıbəyov küçəsi ev 32 dir.)O, yəni, İddiaçı- xx.xx.2021-ci il tarixdə vəfat etmiş X13 ilə 1-ci dəfə 1998-ci ildə ailə həyatı qurmuş. Onların bu barədə olan ilk nikahları xx.xx.1999-cu il tarixdə Lənkəran şəhər Nikah evində 106 sayla rəsmiləşdirilmişdir. Hüseynlə aralarında olan narazılıqlara görə 2004-cü ildə məhkəmə qaydasında boşansalar da, lakin 2012-ci ilin 30 mart tarixində yenidən Hüseynlə rəsmi nikah bağlamışlar.(buna dair müvafiq hüquqi sənədlər /nikah və ölüm haqqında şəhadətnamələr ərizəyə əlavə olunur.) O, İddiaçı- xx.xx.2021-ci il tarixdə vəfat etmiş X13 ilə 1998-ci ildə ailə həyatı qurduqdan sonra həmin vaxt Hüseynin yaşadığı Lənkəran şəhəri H.Əliyev (indiki Z.Əliyeva) küçəsi 78/19, mənzil 69-da yerləşən 2 otaqlı evə gəlin gəlmiş və 2004-cü ilin dekabr ayının 13-nə kimi Hüseynlə təsərrüfatı birgə idarə etməklə həmin ünvanda onunla ər-arvad kimi birlikdə yaşamışdır. Sonradan isə məhkəmə qətnaməsi ilə yuxarıda qeyd olunan evə köçürülmüşdür. (buna dair müvafiq hüquqi sənəd /qanuni qüvvəsini almış məhkəmə qətnaməsi-xx.xx.2006-cı il tarixli, 2-99-2006 saylı/ ərizəyə əlavə olunur.)O, İddiaçı- Lənkəran Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(049)-1292/2011 saylı qətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyata alınmışdır. Qeyd olunan qətnamənin 3-cü vərəqinin 3-cü abzasında göstərilmiş və həmin məhkəmə araşdırması zamanı tədqiq olunmuş Lənkəran şəhər MİKMİ-nin 19 may 2011-ci il tarixli, 2377 saylı arayışından görünür ki, İddiaçı həqiqətən Lənkəran şəhəri A.Bağırov küçəsi ev 20-də qeydiyyatdadır və Lənkəran şəhəri Z.Əliyeva küçəsi 78/19, mənzil 69-dayaşayır, ailə tərkibi özü, həyat yoldaşı və 1 övladından ibarətdir.(buna dair müvafiq hüquqi sənəd /xx.xx.2011-ci il tarixli, 2(049)- 1292/2011 saylı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi/ ərizəyə əlavə olunur.)O, İddiaçı- xx.xx.2021-ci il tarixdə vəfat etmiş X13 ilə 1998-ci ildə ailə həyatı qurduqdan sonra ünvan 1 ünvanında istər rəsmi ər-arvad kimi yaşadıqları dövrdə, istərsə də ayrıldıqları müddətdə onun xəstəliyi ilə əlaqədar mütəmadi olaraq ona qulluq etmişdir. Belə ki, Hüseyn Əbülfətovla rəsmi boşanmaqlarına baxmayaraq sonuncu 07 mart 2011-ci il tarixdə öz qanuni hüquqlarını ona etibar etmiş, daha sonra onun müraciəti əsasında Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli sərəncamına əsasən o, İ qrup əlil olan Hüseyn Əbülfətovun üzərində qəyyum təyin olunmuş və xx.xx.2019-cu il tarixdən sonuncunun ölümünə qədər olan müddət ərzində buna görə təqaüd almışdır. (buna dair müvafiq hüquqi sənədlər xəstəliklə bağlı xx.xx.1998-ci il tarixli arayış, xx.xx.2011-ci il tarixli etibarnamə, xx.xx.2011-ci il tarixli 199 saylı sərəncam və xx.xx.2022ci il tarixli **********4 saylı arayış / etiraza əlavə olunmuşdur.)O, İddiaçı- ona xx.xx.2021-ci il tarixdə vəfat etmiş X5 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən ötrü qanunla müəyyən edilmiş müddətdə Lənkəran Rayon 1 saylı Notariat Ofisinə müraciət etmişdir. (buna dair müvafiq hüquqi sənəd /xx.xx.2022-ci il tarixli, **********303 saylı ərizə/ etiraza əlavə olunmuşdur.) İddiaçı iddianın dəyişdirilməsi barədə ərizəsində həmçinin göstərmişdir ki, mərhum X1 miras qalmış Lənkəran şəhəri, X19 küçəsi, ev 78/19-da yerləşən 69 saylı mənzilə dair xx.xx.2022-ci il tarixdə Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamə məhz Lənkəran rayon 1 saylı Notariat Ofisi tərəfindən verildiyindən və eləcə də həmin şəhadətnamə verilərkən notarius tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozulduğundan notarius hazırki işdə cavabdeh qismində iştirak etməlidir. Çünki, notarius Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(049)-750/2022 saylı qətnaməsinin apelyasiya şikayətinə əsasən apelyasiya qaydasında tamamilə ləğv olunduğunu bilə-bilə Şirvan Apelyasiya Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2022ci il tarixli, 2(106)-1390/2022 saylı qətnaməsini tamamilə səhv icra etmişdir. Bununla yanaşı notarius həmin (ŞAM-nin xx.xx.2022-ci il tarixli, 2(106)-1390/2022 saylı) qətnamənin ona məhz Şirvan Apelyasiya Məhkəməsi tərəfindən göndərilməli olduğunu bilə-bilə hansısa səbəbdən Lənkəran Rayon Məhkəməsi tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli, 2(049)-750/2022 saylı məktub əsasında icra edərək başqa bir kobud pozuntuya yol vermişdir. Onu da qeyd edir ki, notarius artıq bilməli idi ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(049)-750/2022 saylı qətnaməsi apelyasiya qaydasında tamamilə ləğv olunmuşdursa, Lənkəran Rayon Məhkəməsi tərəfindən göndərilmiş və xx.xx.2022-ci il tarixdə “qəbul etdim” yazaraq imzalayıb qəbul etdiyi məktubda olan 2(049)-750/2022 nömrə altında olan işin də artıq hüquqi qüvvəsi yoxdur. Hesab edir ki, cavabdehlər, yəni Lənkəran rayon 1 saylı Notariat Ofisi və Cavabdeh qabaqcadan əlbir olmaqla ona məxsus mülkiyyət hüququnun özgəninkiləşdirilməsinə nail olmuşlar. Göstərdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Zəruri prosessual hərəkətlər edildikdən sonra iş üzrə məhkəmə baxışı iclası barədə işdə iştirak edən şəxslərə qanunamüvafiq qaydada məlumat verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə vaxtında məlumat verilmiş Cavabdeh və 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan halda məhkəmə hazırki vəziyyətdə işə Cavabdeh və 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib onun məzmununa uyğun izahat verərək və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edib onun məzmununa uyğun izahat verərək və tələbin hüquqi əsası ilə bağlı çıxış edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Lənkəran rayon 1 saylı Notariat Ofisinin nümayəndəsi X14 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, notarius tərəfindən xx.xx.2022-ci il tarixdə iş üzrə Cavabdeh verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə tam qanuni əsaslarla verilmiş və heç bir pozuntuya yol verilməmişdir. Belə ki, notarius tərəfindən həmin şəhadətnamə məhkəmənin icra vərəqinə əsasən verilmişdir. Bu səbəbdən də iddiaçının tələbi əsassızdır. Odur ki, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh ona qarşı verilmiş iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı ilə aralarında olan əvvəlki mübahisə üzrə Şirvan Apelyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 2(106)- 1390/2022 saylı qətnamə ilə razılaşdığındanhəmin qətnamədən kassasiya şikayəti verməmişdir. xx.xx.2022-ci il tarixdə Lənkəran rayon 1 saylı Notariat Ofisinin notariusu tərəfindən ona verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə tam qanuni əsaslarla verilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.1999-cu il tarixdə verilmiş Vİİ-JQ seriyalı, 362186 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X13 ilə X12 arasında rəsmi nikah 21 iyul 1999-cu il tarixdə 106 nömrə ilə qeydə alınmış və arvada “Əbülfətova” ər soyadı verilmişdir. xx.xx.2006-cı il tarixdə Lənkəran Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2-99- 2006 saylı qətnamənin surətindən görünür ki, həmin qətnaməyə əsasən İddiaçı bir azyaşlı uşağı ilə birlikdə ünvan 2ənzil ünvanda yerləşən mərhum X2 adına olan 2 otaqlı 2 otaqlı mənzilin günbatan tərəfindəki otağına köçürülmüşdür. xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 110605 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X13 ilə İddiaçı arasında olan rəsmi nikah 12 avqust 2010-cu il tarixdə pozulmuşdur. xx.xx.2011-ci il tarixdə Lənkəran Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(049)- 1292/2011 saylı qətnamənin surətindən görünür ki, həmin qətnaməyə əsasən İddiaçı ünvan 3 ünvanında yerləşən mənzildə qeydiyyata alınması Lənkəran ŞRPŞ-nin Şəxsiyyət Vəsiqəsi və Qeydiyyat Bölməsinə həvalə edilmişdir. xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 759386 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X13 ilə İddiaçı arasında rəsmi nikah 30 mart 2012-ci il tarixdə 196 nömrə ilə qeydə alınmışdır. xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 228481 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X13 29oktyabr 2021-ci il tarixdə kəskin miokard infarktı səbəbindən vəfat etmişdir. xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş **********303 nömrəli ərizədən görünür ki, İddiaçı həmin tarixdə xx.xx.2021-ci il tarixdə vəfat etmiş X5 qalmış mirası qəbul etdiyini bildirərək ona bu barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün notariat orqanına müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş **********237 nömrəli ərizədən görünür ki, Cavabdeh həmin tarixdə xx.xx.1996-cı il tarixdə vəfat etmiş anasından qalmış mirası qəbul etdiyini bildirərək ona bu barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün notariat orqanına müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 2(106)- 1390/2022 saylı qətnamədən görünür ki, həmin qətnaməyə əsasən Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(049)-750/2022 saylı qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilmiş və mərhum X1 qalmış, Lənkəran şəhəri, Zərifə Əliyeva (B.O.Abbasov) küçəsi, bina 78/19-da yerləşən 2 otaqlı, yaşayış sahəsi 30.9 kv.m, ümumi sahəsi 59.3 kv.m olan 69 saylı mənzildən ibarət mirasdakı payının Cavabdeh tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə ünvan 5 ünvanlanmış 2(049)-750/2022 saylı məktubdan görünür ki, həmin məktubda Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(049)-750/2022 saylı qətnaməsinin apelyasiya şikayətinə əsasən apellyasiya qaydasında tamamilə ləğv olunduğunu, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-1390/2022 saylı qətnaməsindən kassasiya şikayəti verilmədiyini, odur ki, sonuncu qətnamənin icra edilməsi üçün göndərildiyi qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixdə Lənkəran Rayon Notariat Ofisi tərəfindən Cavabdeh verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, həmin tarixdə Lənkəran Rayon Notariat Ofisinin xüsusi notariusu X11 xx.xx.1996-cı il tarixdə vəfat etmiş X6 vərəsəsi-ünvan 6 ünvanında qeydiyyatda olan Cavabdeh xx.xx.1992-ci il tarixdə X3 verilmiş 1/252 qeydəalma nömrəsi ilə 1 nömrəli kitabda qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 59.3 kv.m olan mənzildən tam hissədə pay almalıdır. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışdan (Qeydiyyat nömrəsi: **********, Reyestr nömrəsi: **********08-05101-093045)görünür ki, Lənkəran şəhəri, X19 küçəsi, ev 78/19, mənzil 69-da yerləşən ümumi sahəsi 51.6 kv.m olan mənzil tam payla Cavabdeh xüsusi mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra vəməhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Qeyd olunan Məcəllənin 14.1-ci maddəsinin tələbinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaqla yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 217.3-cü maddəsinə əsasən iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, hazırki mübahisənin obyektiv həlli ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə belə qənaətə gəlir ki, mübahisənin düzgün həlli baxımından mübahisə predmetinə aid olan məsələ ilə bağlı, yəni xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışa əsasən hazırda Cavabdeh xüsusi mülkiyyətinə verilmiş Lənkəran şəhəri, X19 küçəsi, ev 78/19, mənzil 69-da yerləşən ümumi sahəsi 51.6 kv.m olan mənzilin əvvəlki qanuni sahibinin iddiaçıya və Cavabdeh münasibəti aydınlaşdırılmalı, həmin əmlakdan iddiaçıya həqiqətən pay çatıb-çatmaması müəyyən edilməli, pay çatdığı halda hansı formada çatması və bunun hüquqi əsasının nədən ibarət olması aydınlaşdırılmalı, Cavabdeh xx.xx.2022-ci il tarixdə yuxarıda qeyd olunan əmlaka dair tam payla verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin digər şəxsin və ya şəxslərin hüquqlarını pozub-pozmaması araşdırılmalı vənəticədə10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən Cavabdeh verilmiş Çıxarışın(Qeydiyyat nömrəsi: **********, Reyestr nömrəsi: **********08-05101-093045) verilməsi zaman aparılmış qeydiyyatının düzgün olub-olmamasına hüquqi qiymət verilməlidir. Məhkəmə işin faktiki hallarını mülki iş materilalları ilə və məhkəmə iclaslarında dindirilmiş şəxslərin izahatları ilə əlaqəli şəkildə tədqiq edib hesab edir ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışda (Qeydiyyat nömrəsi: **********, Reyestr nömrəsi: **********08-05101-093045) qeyd olunmuş Lənkəran şəhəri, X19 küçəsi, ev 78/19, mənzil 69-da yerləşən ümumi sahəsi 51.6 kv.m olan mənzil həqiqətən xx.xx.1996-cı il tarixdə vəfat etmiş mərhum X1 qalmış miras əmlakdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, bundan əvvəlki abzasda göstərilmiş miras əmlaka dair miras qoyan (X7) vəfat etdiyi zaman onun 2 vərəsəsi-Cavabdeh və X4 olmuşdur. xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş xx.xx.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə görə vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş e`lan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 532-ci maddəsinə görə qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Həmin Məcəllənin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırki iş üzrə İddiaçı Lənkəran şəhəri, X19 küçəsi, ev 78/19, mənzil 69-da yerləşən ümumi sahəsi 51.6 kv.m olan mənzilin əvvəlki qanuni sahibinin (miras qoyanın) oğlu X9 arvadı olmuşdur. Belə ki, məhkəmədə tədqiq edilmiş nikah haqqında şəhadətnamə ilə müəyyən edilmişdir ki, iş üzrə İddiaçı ilə Hüseyn Əbülfətov arasında rəsmi nikah 2-ci dəfə 30 mart 2012-ci il tarixində 196 nömrə ilə müvafiq orqanda qeydə alınmış və onlar 29 oktyabr 2021-ci il tarixədək, yəni Hüseyn Əbülfətov vəfat edənədək ər-arvad olmuşlar. Sonuncunun qeyd olunan tarixdə vəfatından sonra iş üzrə iddiaçı xx.xx.2022-ci il tarixdə, yəni qanunla müəyyən edilmiş müddət ərzindəaidiyyəti üzrə notariat orqanına ərizə ilə müraciət edərək xx.xx.2021-ci il tarixdə vəfat etmiş X5 qalmış mirası qəbul etdiyini bildirərək ona bu barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinixahiş etmişdir. Məhkəmə qeyd edir ki, bundan əvvəlki 3 abzas üzrə müəyyən edilmiş hallar işin təkzibedilməz hallarıdır və mötəbər sübutlarla təsdiq olunmaqdadır. Məhkəmə, bundan əvvəlki 4 abzas üzrə olan araşdırmanın nəticəsi olaraq belə hesab edir ki, mərhum X13Lənkəran şəhəri, X19 küçəsi, ev 78/19, mənzil 69-da yerləşən ümumi sahəsi 51.6 kv.m olan mənzilə münasibətdə mərhum anasının birinci növbəli vərəsəsindən olduğundan həmin əmlakdan ona da miras payın çatması istisna edilmir. İş üzrə İddiaçı da öz ərinin, yəni mərhum Hüseyn Əbülfətovdan (xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.) qalmış mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş müddətdə notariat orqanına müraciət (xx.xx.2022-ci il tarixdə) etdiyindən sonuncuya çatmalı olan miras paydan iddiaçıya da müvafiq qaydada payın çatması mümkündür və qanunidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Yuxarıda qeyd olunan hal araşdırma zamanı tədqiq edilmiş Şirvan Apelyasiya Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli, 2(106)-1390/2022 saylı qətnaməsi və eləcə də digər sübutlarla təsdiq olunmaqdadır ki, bu da İddiaçı yuxarıda qeyd olunan mənzildən pay çatmasının hüquqi əsaslarının olmasını özündə ehtiva edir və həmin əsasın əksi də iş materialları ilə təkzib olunmur. Məhkəmə, xx.xx.2022-ci il tarixdə Cavabdeh yuxarıda qeyd olunan əmlaka dair notariat orqanı tərəfindən məhz tam payla verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və bunun nəticəsində 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş Çıxarışın (Qeydiyyat nömrəsi: **********, Reyestr nömrəsi: **********08-05101-093045) qanuni əsaslarla verilib-verilməməsinə münasibətdə aparılmış araşdırmanın nəticəsi olaraq qeyd edir ki, Cavabdeh Lənkəran şəhəri, X19 küçəsi, ev 78/19, mənzil 69-da yerləşən ümumi sahəsi 51.6 kv.m olan mənzilə tam payla sahib olması istisna olunur. Belə ki, qeyd olunan əmlakın ilk qanuni sahibi, yəni Cavabdeh anası vəfat edən vaxt (xx.xx.1996-cı il)ondan qalmış mirasa münasibətdə birinci növbəli 2 vərəsənin mövcudluğu təsdiq olunur. Eyni zamanda araşdırma zamanı o da təsdiq olunur ki, sözügedən 2 vərəsədən biri hesab olunan X13 anasının vəfatından sonra həmin evdə öz arvadı, iş üzrə İddiaçı və azyaşlı uşaqları ilə birlikdə yaşamışlar. Bununla yanaşı İddiaçı 2006 və 2011-ci illərdə Hüseyn Əbülfətova qarşı fərqli-fərqli iddia tələbləri ilə çıxış etmiş və onun həmin tələblərinin əsasını da məhz hazırki işdə mübahisə predmeti olan hüquqi sənədlərdə göstərilən əmlak təşkil etmişdir. Məhkəmə qeyd edir ki, nəzərə alınmaldır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsin-vərəsənin iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Hazırki işin hallarını bu baxımdan araşdırıb məhkəmə müəyyən etmişdir ki, iddiaçınınmərhum əri Hüseyn Əbülfətov anası vəfat etdikdən sonra ondan qalmış mirasa faktiki olaraq yiyələnmiş və öz ailə üzvləri ilə həmin evdə birgə təsərrüfat aparmaqla yaşamışdır. Beləliklə məhkəmə qeyd edir ki, Cavabdeh mərhum X9 Lənkəran şəhəri, X19 küçəsi, ev 78/19, mənzil 69-da yerləşən ümumi sahəsi 51.6 kv.m olan mənzilə münasibətdə vərəsə olmaqla bu əmlakda onun da özü kimi miras pay sahibi olduğunu inkar edə bilməz. Lakin vərəsəlik hüququ haqqında şəhadətnamə verilən zaman ləğv edilmiş qətnamə əsas götürülmüş, eyni zamanda vərəsələrin əhatə dairəsi düzgün müəyyən edilməmişdir. Birinci əsasa münasibətdə qeyd olunmalıdır ki, MPM-nin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İkinci əsas üzrə göstərilməlidir ki, Mülki Məcəllənin 1300-cü maddəsinə görə əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər (Mülki Məcəllənin 1301.1 və 1301.2-ci maddələri). Bu səbəbdən də məhkəmə hesab edir ki, notariat orqanı tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh verilmiş (tam payla) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə İddiaçı qanunla qorunan hüquqlarını pozmaqdadır. Odur ki, həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməetibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin İİ hissəsində göstərilmişdir ki,hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə, 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş Çıxarışa (Qeydiyyat nömrəsi: **********, Reyestr nömrəsi: **********08-05101-093045) münasibətdə aparmış olduğu araşdırma zamanı müəyyən etmişdir ki, Cavabdeh Lənkəran şəhəri, X19 küçəsi, ev 78/19, mənzil 69-da yerləşən ümumi sahəsi 51.6 kv.m olan mənzilə dair hüququnun qeydə alınması Azərbaycan Respublikası Mülki Məcəlləsi və digər aidiyyəti qanunla müəyyənləşdirilmiş qaydada olmamışdır. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh sözügedən mənzilə dair qeydə alınmış hüququ dəqiq və tam deyildir və bu hal iş materialları, işin faktiki və həqiqi halları ilə tam sübuta yetirilmişdir. Belə ki, mübahisələndirilən xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməninetibarsız hesab edilməsi barədə tələb təmin olunduğuna görə digər tələb üzrə hüquqi araşdırmaya zərurət qalmır. Çünki miras qalmış evə mülkiyyət hüququna dair Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat üçün hüquqi əsas - qanun üzrə vərəsəlik şəhadətnaməsi olmuşdur. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 149.2-ci maddəsinə görə əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi (iddianın xüsusi qərardadın çıxarılması ilə bağlı olan hissəsi istisna olmaqla) qanuni və əsaslıdır və təqdim etdiyi sübutlarla da təsdiq olunmaqdadır. Məhkəmə iddiaçının cavabdehlərin barəsində xüsusi qərardadın çıxarılması ilə bağlı olan hissəsinə münasibət bildirərək qeyd edir ki, hazırki halda cavabdehlərin əməllərində hər hansı bir cinayətin əlamətləri aşkar edilmədiyindən iddianın həmin hissəsi əsaslı hesab olunmaqla təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə işdə iştirak edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, yuxarıda sadalanan prosessual hüquq normalarının tələbləri baxımından qeyd edir ki, iddiaçı öz tələbinin hüquqi əsası kimi istinad etdiyi halları məhkəməyə təqdim etmiş və onun sübutları məhkəmə araşdırması zamanı tədqiq edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehlər tərəfindən onlara qarşı verilmiş iddia tələbinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir. İş üzrə iddaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Lənkəran rayon 1 saylı Notariat Ofisi tərəfindən mərhum X1 miras qalmış Lənkəran şəhəri, X19 küçəsi, ev 78/19da yerləşən 69 saylı mənzilə dair xx.xx.2022-ci il tarixdə Cavabdeh verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsində həmin Daşınmaz əmlak (Lənkəran şəhəri, X19 küçəsi, ev 78/19-da yerləşən 69 saylı mənzillə bağlı) üzərində aparılmış hüquqların dövlət qeydiyyatı ləğv olunmalı, Lənkəran şəhəri, X19 küçəsi, ev 78/19-da yerləşən 69 saylı mənzilə dair Cavabdeh verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli (reyestr nömrəsi: **********08-05101-093045) Çıxarış etibarsız hesab edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən fövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul cavabdehlər Cavabdeh və Lənkəran rayon 1 saylı Notariat Ofisindən müştərək qaydada tutularaq İddiaçı verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Lənkəran rayon 1 saylı Notariat Ofisi tərəfindən mərhum X1 miras qalmış Lənkəran şəhəri, X19 küçəsi, ev 78/19-da yerləşən 69 saylı mənzilə dair xx.xx.2022-ci il tarixdə Cavabdeh verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsində həmin Daşınmaz əmlak (Lənkəran şəhəri, X19 küçəsi, ev 78/19-da yerləşən 69 saylı mənzillə bağlı) üzərində aparılmış hüquqların dövlət qeydiyyatı ləğv olunsun. Lənkəran şəhəri, X19 küçəsi, ev 78/19-da yerləşən 69 saylı mənzilə dair Cavabdeh verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli (reyestr nömrəsi: **********08- 05101-093045) Çıxarış etibarsız hesab edilsin. Qalan hissədə iddia təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul cavabdehlər Cavabdeh və Lənkəran rayon 1 saylı Notariat Ofisindən müştərək qaydada tutularaq İddiaçı verilsin. Qətnamədən,tərəfələ rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Lənkəran rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-2695/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2695/2023
20.09.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver