Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-271/2023 21.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi ilə, Ərizəçi «hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi» haqqında xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında məhkəməyə ərizə ilə müraciət edərək, Lənkəran rayon Nərimanabad qəsəbə XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 01 nömrəli protokoldan çıxarışın, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X11 filialı tərəfindən verilmiş 07 fevral 2022-ci il tarixli A/102 nömrəli arxiv arayışının və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X11 filialı tərəfindən verilmiş 10 mart 2022-ci il tarixli A/179 nömrəli arxiv arayışının ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Lənkəran rayon Nərimanabad qəsəbə XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 01 nömrəli qərarı ilə ona Lənkəran rayonunun Nərimanabad qəsəbəsində torpaq fondunun 0,06 ha torpaq fondunun 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində 3 otaqlı 55 kv metr sahəsi olan fərdi yaşayış evinin tikilməsinə icazə verilməsi qərara alınmışdır. Bundan başqa Lənkəran rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 20 nömrəli qərarı ilə ona fərdi yaşayış evi tikilməkdən ötrü 0,06 ha həyətyanı torpaq sahəsinin verilməsi haqqında Nərimanabad qəsəbə XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 01 nömrəli qərarı nəzərə alınmış və ona RİK-nin memarlıq şöbəsinin layihəsi əsasında sahəsi 60 kv.metr olan 3 otaqdan ibarət birmərtəbəli yaşayış evinin tikilməsinə icazə verilmişdir. Lakin, Nərimanabad qəsəbə XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 01 nömrəli qərarında və Lənkəran rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 20 nömrəli qərarında onun adı Ərizəçi əvəzinə X3 qeyd olunmuşdur. Ona verilmiş doğum haqqında şəhadətnamədə onun adı Ərizəçi kimi qeyd olunmuşdur. Bundan başqa Lənkəran rayon Nərimanabad qəsəbə icra nümayəndəliyi tərəfinədn verilmiş arayışlarda onun adı Ərizəçi əvəzinə səhvən X3 qeyd olunduğu göstərilmişdir. Baxmayaraq ki, ona məxsus ilkin sənəddə yəni doğum haqqında şəhadətnamədə adı Nofik kimi qeyd olunmuşdur. O Nərimanabad qəsəbə XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 01 nömrəli qərarında və Lənkəran rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 20 nömrəli qərarı əsasında tikdiyi evin qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi ilə bağlı ƏMDX yanında DƏDK və Reyestri Publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Ərizəçi məhkəməyə müraciət edərək, işə onu iştirakı olmadan baxılmasını xahiş etmiş, maraqlı şəxsin nümayəndəsi isə məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə ərizəçinin və nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçi tələbinin əsaslı olduğu təsdiq edən aşağıdakı sübutları məhkəməyə təqdim etmişdir: Lənkəran rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli iclasının 20 nömrəli protokolundan Çıxarışdan görünür ki, Nərimanabad qəsəbə sakini X7 fərdi yaşayış evi tikilməkdən ötrü 0,06 ha həyətyanı torpaq sahəsinin verilməsi haqqında Nərimanabad qəsəbə XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 01 nömrəli qərarı nəzərə alınmış və ona RİK-nin memarlıq şöbəsinin layihəsi əsasında sahəsi 60 kv.metr olan 3 otaqdan ibarət birmərtəbəli yaşayış evinin tikilməsinə icazə verilmişdir. X11 filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arxiv Çıxarışından görünür ki, Nərimanabad qəsəbə sakini X9 ailə başçısıdır. Özünə məxsus fərdi yaşayış evi və torpaq sahəsi yoxdur. Odur ki, atası ilə bir təsərrüfatda yaşayır. Onun atasının ailə üzvü olmasını ailə və şəraitinin pis olmasını nəzərə alaraq ona Nərimanabad qəsəbəsində yaranmış torpaq fondundan 6 hektar torpaq sahəsi və həmin torpaq sahədə X9 3 otaqlı 55 kv metr sahəsi olan fərdi yaşayış evi tikməsinə icazə verilmişdir. X11 filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arxiv Çıxarışından görünür ki, Nərimanabad qəsəbə sakini X7 fərdi yaşayış evi tikməkdən ötrü 0,06 ha hektar həyətyanı torpaq sahəsinin verilməsi haqqında Nərimanabad qəsəbə XDS icraiyyə komitəsinin 26 yanvar 1988-ci il tarixli, 1 №-li qərarı nəzərə alınmış, ona RİK-in memarlıq şöbəsinin layihəsi əsasında sahəsi 60 kv.metr olan 3 otaqdan ibarət birmərtəbəli yaşayış evi tikməyə icazə verilmişdir. DƏDRX-in 10 saylı Lənkəran Ərazi İdarəsinin X1 ünvanladığı xx.xx.2022-ci il tarixli Bildirişdən görünür ki, Lənkəran rayon XDS İcraiyyə komitəsinin 18 noyabr 1988-ci il tarixli iclas protokolundan çıxarış əsasında fərdi yaşatyış evinin tikinisi üçün etibarlı nümayəndəsi olduğunuz şəxsə ayrılmış torpaq sahəsinə dair hazırki hüquqmüəyyənedici sənəd üzrə mülkiyyətçi sayılan Ərizəçi xarici ölkə vətəndaşıdır. Eyni zamanda ilkin torpaq ayırma sənədində və layihədə həmin şəxsin adı səhv yazılmışdır. Bu səbəbdən, həmin xarici ölkə vətəndaşı olduğundan qanunvericiliyin tələbinə əsasən ümumilikdə ilkin hüquqmüəyyənedici sənəd üzrə göstərilən torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair əvvəllər yaranmış hüquqların qeydiyyata alınması mümkün deyildir. Lənkəran ŞİHB-nın Nərimanabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-cü il tarixli arayışdan görünür ki, X11 Filialı tərəfindən verilmiş A/102 №-li Arxiv çıxarışıda Ərizəçi adı, soyadı, atasının adı X3 yazılmışdır. Adı səhv yazılmış şəxs Nərimanabad qəsəbəsində anadan olmuşdur. Lənkəran ŞİHB-nın Nərimanabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-cü il tarixli arayışdan görünür ki, Lənkəran rayon Nərimanabad qəsəbə XDS İcraiyyə Komtəsinin xx.xx.1988-ci il tarixli 01 №-li iclas protokolundan Arxiv çıxarışında xx.xx.1957-ci il tarixdə anadan olmuş Ərizəçi adı, soyadı, atasının adı X3 yazılmışdır. Xahiş edir ki, doğum haqına şəhadətnaməsində yazıldığı kimi qeyd edilsin. Adı səhv yazılmış şəxs Nərimanabad qəsəbəsində doğulmuşdur. X11 Filialı tərəfindən verilmiş A/102 №-li Arxiv çıxarışıda Ərizəçi adı, soyadı, atasının adı X3 yazılmışdır. Adı səhv yazılmış şəxs Nərimanabad qəsəbəsində anadan olmuşdur. Rusiya Federasiyasının ümumvətəndaş pasportundan görünür ki, Rusiya Federasiyasının vətəndaşı Ərizəçi xx.xx.1957-ci il tarixdə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində doğulmuşdur. Doğum haqqında arayışdan görünür ki, Ərizəçi 05 mart 1957-ci il tarixdə Lənkəran rayonu Nərimanabad qəsəbəsində doğulmuşdur. X5, atası X4r. Lənkəran ŞİHB-nın Nərimanabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X2 Nofəl yox, Nofik adında oğlu olmuş və Ərizəçi yaxın qohumlarından əldə edilən məlumata əsasən 1990-cı ilə kimi Lənkəran rayonu Nərimanabad qəsəbəsində yaşamışdır. Lənkəran ŞİHB-nın Nərimanabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Əliyev X6 rayonu Nərimanabad qəsəbəsində ailə üzvləri həyat yoldaşı X13, qızı X8 və X19 ilə birgə yaşamışdır. Beləliklə qeyd olunan sübutlarla müəyyən edilir ki, Ərizəçi, Rusiya Federasiyasının vətəndaşı olmaqla 05 mart 1957-ci il tarixdə Lənkəran rayonu Nərimanabad qəsəbəsində doğulmuşdur. X5, atası X4r. Kitabulla Əliyevin Ərizəçi başqa digər oğlu, konkret olaraq Nofəl adlı oğlu olmamışdır. 1990-cı ilədək Ərizəçi ailə üzvləri həyat yoldaşı X13, qızı X8 və X19 ilə birlikdə Lənkəran rayonu Nərimanabad qəsəbəsində yaşamışdır. Lənkəran rayonu Nərimanabad qəsəbəsində yaşadığı müddətdə Nərimanabad qəsəbə XDS icraiyyə komitəsinin 26 yanvar 1988-ci il tarixli, 1 №-li qərarına Ərizəçi fərdi yaşayış evi tikməkdən ötrü 0,06 ha hektar həyətyanı torpaq sahəsinin verilmiş, daha sonra Lənkəran rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli iclasının 20 nömrəli qərarına əsasən Nərimanabad qəsəbə XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 01 nömrəli qərarı ilə ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsində Ərizəçi RİK-nin memarlıq şöbəsinin layihəsi əsasında sahəsi 60 kv.metr olan 3 otaqdan ibarət birmərtəbəli yaşayış evinin tikilməsinə icazə verilmişdir. İşin göstərilən halları ərizəçinin izahatı, bunu tamamlayan iş materiallarında olan yuxarıda sadalanan sübutlarla tam təsdiq olunur. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə gsrə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Lənkəran rayon Nərimanabad qəsəbə XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 01 nömrəli protokoldan Çıxarışın, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X11 filialı tərəfindən verilmiş 07 fevral 2022-ci il tarixli A/102 nömrəli arxiv arayışının və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X11 filialı tərəfindən verilmiş 10 mart 2022-ci il tarixli A/179 nömrəli arxiv arayışının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-271/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-271/2023
21.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver