Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2727/2025 21.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə «akt əsasında yazılmış cərimənin silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərişıq ASC tərəfindən xx.xx.2023-cü ildə yazılmış 304460 saylı akt əsasında hesablanmış 804.84 manat cərimənin silinməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, o Lənkəran rayonu Tükəvilə kəndində ata evində yaşayır. Atası 2014-cü ildə rəhmətə gedib. O vaxtdan sonra təsərrüfata o başçılıq edir. İndiyə qədər evdə işlətdiyləri elektrik enerjisinin dəyərini həmişə ödəyib. Heç vaxtı da kənar xəttən istita etməuib. Azərişıq idarəsinin işçiləri onları xəbərimiz olmadan, barəsində akt tərtib edərək 804.84 AZN cərim yazıblar. Həmin aktın surətini ancaq idarəyə müraciət etdikdən sonra ala bilib. Aktda güya evində sayğacdan kənar xəttin olması göstərilib. Onun evində sayğacdan kənar heç bir xətt olmayıb və sayğaca da müdaxilə etməyib. Akt yazılan zaman da onun iştirakı olmayıb, aktı yalnız özləri imzalayıblar. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin mahiyyəti ilə oxşar məzmunu izahat verib, heç vaxt elektrik enerjisindən qanunsuz istifadə etməmiş, qanunsuz qoşulma etməmişdir. Borcun silinməsini məhkəmədən xahiş edir. Adına cərimə yazılmış şəxs onun mərhum atasıdır. Atası 2014-cü il tarixdə vəfat etmişdir. Bundan sonra təsərrüfata başçılığı o etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 tələbin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Abunə haqqında cədvəldən görünür ki, X2 xx.xx.2023-cü il tarixdə Rİ № 304460 saylı Akt əsasında ona 804.84 manat borc hesablanmışdır. xx.xx.2023-cü il tarixli, AKT R № 304460 saylı Aktdan görünür ki, Lənkəran rayonu, Tükəvilə kəndində yaşayan Xanəhməd Paşayev istifadəsində olan elektrik sayğacına baxış keçirilən zaman məlum oldu ki, abonent sayğacdan kənar elektrik enerjisindən istifadə edir. Naqilin en kəsiyinin ölşüsü 2x10mm-dir. Damarlı aliminiumdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, tərtib edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 oktyabr tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə” Qaydalarına riayət edilmədiyindən, yəni 2 nəfər hal şahidinin iştirakı təmin olunmadığından, eləcə də məhkəmə iclasında cavabdehin hər hansı əsaslı və mötəbər sübutları təqdim edilmədiyindən iddia təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, AKT R № 304460 saylı akt etibarsız hesab edilməli və həmin akt əsasında hesablanmış borc silinməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə işüzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" İstehsalat Birliyi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 304460 saylı akt əsasında hesablanmış 804.84 manat cərimə silinsin. İddianın verilməsi üçün ödənilməli olan 30 manat dövlət rüsumu cavabdeh "xxxx" İstehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №2(049)-2727/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2727/2025
21.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver