Məhkəmə qərarları › İş №2(049)-2737/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2737/2023

27.11.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2737/2023 27.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Lənkəran Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 06 may 2005-ci il təvəllüdlü qızı X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxxx 1981-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. Hazırda ailəsi ilə birlikdə yaşayır. X5 onun qızıdır, o, xx.xx.2005-ci il tarixdə anadan olmuşdur. X12 uşaq serebrial xəstədir. Uşaqlıqdan 2006-cı ildən X9 qeydiyyatdadır. Xəstəxanada ona serebrial iflic diaqnozu qoyulmuşdur. O, uşaqlıqdan əlildir. X6 birlikdə yaşayır və xəstələndiyi gündən bəri onun qulluğundadır. X11 müalicə elətdirsələr də, heç bir nəticə vermədiyi üçün onu təqaüdə çıxarmaqdan ötrü Tibbi Sosial Ekspert Komissiyasına təqdim edib, orada qızı müayinə olunmuş və ona müddətsiz İ qrup əlilik dərəcəsi təyin edilmişdir. X12 öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyildir, onun ümumiyyətlə danışıq nitqi yoxdur. Ona görə də X12 qüsuru nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilməməsini nəzərə alıb, fəaliyyət qabliyyəti olmayan hesab edilməlidir. Hazırda o, komissiyadan keçsə də, müavinəti ala bilmir. Odur ki, hazırki, ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun izahat verdi və ərizədəki tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs Lənkəran Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Lənkəran Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəyə əlavə edilmiş və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş: Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 06 may 2005-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. X8, anası Ərizəçidır. Nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X13 ilə X7 nikahı xx.xx.2003-cü il tarixdə Lənkəran şəhər Nikah Evində 618 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Əkbərov, arvada Əkbərova soyadı verilmişdir. Tibbi Sosial Ekspert Komissiyasının e-gov.az portal çıxarışından görünür ki, xx.xx.2022-ci il tarixli göndərişindən görünür ki, 06 may 2005-ci il təvəllüdlü X3 “G80.0 Kvadroplegik spastik serebral iflic, uşaq serebral iflicinin qalıqları” diaqnozu qoyulmuş və ona müddətsiz 1-ci qrup əlillik təyin edilmişdir. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 2713 saylı rəyindən görünür ki, X2 “uşaq serebral iflici nəticəsində yaranan əqli gerilik (F72) müəyyən edilir. Bunu mülki iş materiallarında və tibbi sənədlərdə olan qeydlər - anadangəlmə patologiyanın qeyd olunması, psixi inkişafda geri qalması, X9, dəfələrlə stasionar müalicədə olması, xəstəliyi ilə əlaqədar İ dərəcəli əlil hesab edilməsi və sair sübut edir. X2 intellekt geriliyi qeyd olunduğundan öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X2 uşaq serebral iflici nəticəsində yaranan əqli gerilik müəyyən edilir. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də, X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, ərizənin verilməsinə görə Ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlara obyektiv, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi qızı Ərizəçi G80.0 Kvadroplegik spastik serebral iflic, uşaq serebral iflicinin qalıqları diaqnozu müəyyən edimişdir. Ona müddətsiz 1-ci qrup əlillik təyin edilmişdir. Bu səbəbdən o, fəaliyyət qabliyyəti olmayan hesab edilməlidir. İşin göstərilən halları iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, qardaşbacıların) ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 06 may 2005-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar