Məhkəmə qərarları › İş №2(049)-2772/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2772/2024

26.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2772/2024 26.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı (həm də cavabdeh) İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, cavabdeh (həm də iddiaçı) Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri” X51 10 saylı Lənkəran ərazi idarəsinə və Lənkəran regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə və iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “evdən istifadə hüququna pul kompensasiyası ödənilməsi yolu ilə xitam verilməsi” tələbi barədə iddia ərizələrinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 adına Lənkəran regional "ASAN xidməti" mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş reyestrdə 2V-115 nömrə ilə qeyd edilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli çıxarışını ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (İş № 2(049)- 2772/2024). Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 18 avqust 1989-cu il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. 21,09.2007-ci il tarixdə X12 ilə nişanlanmışdır və xx.xx.2008ci ildə Cavid Süleymanovla “Sultan” sarayında toyları olmuşdur. Həmin gün el-adəti ilə Lənkəran şəhəri, Ş.Zahid küçəsi ev 6-ya gəlin köçmüşdür. Gəlin köçən zamanı bütün cehizləri üç otaqlı evə yerləşdirmişdir. Gəlin köçən zaman evin sanuzelləri və iki otağın təmirə eytiyacı var idi. Bu səbəbdən mərhum Cavid Süleymanovun toy vaxtı ona hədiyyə verdiyi 15.000 manat dəyərində olan qızıl-zinət əşyalarını razılığı əsasında gəlin köçəndən iki gün sonra satıb evin təmirinə sərf etmişdir. Bu barədə nişan kaseti və video çəkilişləri vardır. xx.xx.2011 -ci il tarixdə Lənkəran rayon qeydiyyat şöbəsində 139 sayla Cavid Süleymanovla nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahmlarından xx.xx.2011 -ci il tarixdə Süleyman adlı uşaqları olmuşdur. Sözügedən evə gəlin köçəndən bu günə kimi orada yaşayır. Gəlin köçəndə evdə mərhum qaynatası X21 və X11 olmuşdur. Qaynatasının üç övladı olmuşdur. Baldızı Aytəkin rəhmətə getmişdir. Əri 2023-cü ildə vəfat etmişdir. Həmin fərdi yaşayış evi qaynatası X13 adına dövlət qeydiyyatına alınmışdır. X11 xx.xx.2011-ci il tarixdə, X2 isə xx.xx.2006-ci il tarixdə vəfat etmişdir. X6 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Hazırda o, və Süleyman adlı oğlu sözügedən evdə birlikdə bu yaşayırlar. Onlar ailəvi və qaynatası ölənə qədər bir yerdə yaşamışlar və qulluğunda durmuşdur. İş üzrə Cavabdeh2 özünə məxsus Bakı şəhəri, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsi, d.1. ev 15 evi olmuşdur. Cavabdeh uzun müddətdir ki, 1993-cü ildən sözü gedən evdə yaşamamışdır. O, ailə qurandan sonra Bakı şəhərində yaşamışdır. X2 vəfat etdikdən sonra onun adına olmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi övladları olan onlara miras qalmışdır. Əri, yəni X10 oğlu X15 uzun müddət idi ki, qaraciyər serrozundan əziyyət çəkirdi. Bu səbəbdən xx.xx.2023-cü il tarixdə vəfat etmişdir, əri X31 dəfələrlə atasından və anasından qalmış miras əmlakı sözü gedən evi video çəkilişlə ona və oğlu Süleymana vəsiyyət etmişdir. Bir neçə dəfə Lənkəran şəhər icra nümayəndəliyindən ona müraciət etmişlər ki, evin sənədlərinə imza etmək lazımdır, lakin həmin təklifə imtina etmişdir, əri rəhmətə gedəndən sonra X10 və X11na məxsus evə səndələri hazırlamaq üçün Lənkəran şəhər icra nümayəndəliyinə vərəsəlik arayışı götürmək üçün şifahi müraciət etmişdir, hər dəfə müxtəlif bəhanələr gətirmişlər. 2024-cü il iyun ayında ona məlum olmuşdur ki, Lənkəran şəhər icra nümayəndəliyində baldızı Cavabdeh2 vərəsəlik arayışı verilmişdir. Həmin vərəsəlik arayışında X6, o, özü yəni İddiaçı və oğlu Süleyman vərəsə kimi qeyd edilməmişdir. Bu səbəbdən Lənkəran Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisi Cavabdeh2 xx.xx.2024-cu il tarixli 2V-115 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermiş, həmin vərəsəlik şəhadətnaməsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh2 adına ********** qeydiyyat nömrəli xx.xx.2024-cu il tarixli çıxarış verilmişdir. O, vəziyyəti belə görüb, bununla əlaqədar Lənkəran Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinə müraciət etmişdir. Orada Cavabdeh2 adına yazılmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri ona göstərmişlər. Ona məlum olmuşdur ki, iş üzrə cavabdeh olan baldızı Cavabdeh2 qaynatası və qaynanasından ərinə qalan mirası yəni daşınmaz əmlakları ələ keçirmək üçün notariat kontoruna müraciət edərək digər yəni onu və oğlu Süleymanı vərəsələri gizlədərək, yəni onların adlarını qeyd etməyərək özünü yeganə vərəsəsi kimi təqdim edərək sonda təkcə öz adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri əldə etmişdir. Hazırki, halda artıq cavabdehin adına verilmiş həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və çıxarış etibarsız hesab edilməlidir. Ona görə də hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı Cavabdeh2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran şəhəri, Şeyx Zahid küçəsi, ev 4 ünvanında yerləşən 0.04 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 104 kvm olan onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən cavabdeh İddiaçı və azyaşlı uşağı X19 istifadə hüququna 12.000 (on iki min) manat pul kompensasiyası ödənilməsi yolu ilə xitam verilməsi, onun və ailə üzvləri ilə birlikdə əmlakları ilə bərabər həmin fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (İş № 2(049)-2973/2024). İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.1975-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. Cavabdeh və uşağının onun mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatları olmasa da faktiki olaraq ona məxsus fərdi yaşayış evidə yaşamırlar. Belə ki, o, məcbur qalıb Bakı şəhərində kirayədə yaşayır. Lənkəran şəhəri, Şeyx Zahid küçəsi, ev 4 ünvanında mülkiyyətində fərdi yaşayış evi ola-ola o, ailə üzviləri ilə birlikdə kirayədə yaşamalı olur. Kirayə pulunu ödəyə bilmir. Cavabdehin ona məxsus fərdi yaşayış evində qeydiyyatı da yoxdur. Bu səbəbdən də o, şəxsi mülkiyyət hüququ əsasında ona məxsus olan fərdi yaşayış evindən eavabdehlərin istifadə hüququna xitam verilməsini qanuni yolla tələb edir. Belə ki. məhkəməyə təqdim etdiyim Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, həmin fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-2973/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmənin icraatında olan 2(049)-2973/2024 saylı mülki iş 2(049)- 2772/2024 saylı mülki işə birləşdirilmiş və birləşdirilmiş mülki iş üzrə 2(049)-2772/2024 qeydiyyat nömrəsi saxlanılmışdır. Lənkəran Rayon Məhkəməsinin 2(049)-2772/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri” X51 10 saylı Lənkəran ərazi idarəsinə və Lənkəran regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi “çıxarışın ləğv edilməsi” hissəsində baxılmamış saxlanılmışdır. Məhkəmənin qərardadı ilə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Lənkəran şəhər 1 nömrəli sahə dairəsi üzrə nümayəndəliyi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı iclasında iddia tələbini müdafiə etməklə, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq qeyd etdi ki, o, 2008-ci ildə gəlin köçdükdən hal-hazıradək övladı Süleymanla birlikdə əvvəllər qaynatasına məxsus olan Lənkəran şəhəri, Şeyx Zahid küçəsi, ev 4 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasında həmçinin Aynur Məmmədovanın ona qarşı iddia tələbinə münasibət bildirərək, qeyd etdi ki, iddiaçı tərəfindən ona təklif edilmiş 12.000 manat kompensasiya məbləği olduqca az bir məbləğdir. Belə ki, mübahisəli evin dəyəri olduqca böyükdür və o, təklif edilən kompensasiya ilə oğlu ilə birlikdə yaşaması üçün həmin şəraitdə yaşayış evi ala bilməz. Odur ki, Cavabdeh2 ona qarşı iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə etməklə, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini, həmçinin Cavabdeh2 iddiasının təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında İddiaçı iddia tələbini qəbul etmədiyini bildirərək, izahatında bildirdi ki, mübahisəli miras əmlaka dair mübahisələndirilən “qanun üzrə vərəsəlik haqında” şəhadətnamə tam olaraq qanuni əsasla tərtib edilmişdir. Eyni zamanda İddiaçı həyat yoldaşı Cavid Süleymanovun vərəsəsi olması müəyyən edilmədiyindən onun hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Qeyd edilənlərə əsasən Cavabdeh2 iddia tələbinin təmin edilməsini, İddiaçı iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri” X51 10 saylı Lənkəran ərazi idarəsinə, Lənkəran regional “ASAN xidmət” mərkəzində notariat ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Lənkəran şəhər 1 nömrəli sahə dairəsi üzrə nümayəndəliyinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə həmin cavabdeh təşkilatların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsi və vəkilinin izahalartını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri” X51 10 saylı Lənkəran ərazi idarəsinə və Lənkəran regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməli, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “evdən istifadə hüququna pul kompensasiyası ödənilməsi yolu ilə xitam verilməsi” tələbi barədə iddiası təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: Lənkəran regional “ASAN xidmət” mərkəzində xüsusi notariusu tərəfindən tərtib edilmiş 2V-115 reyestr nömrəli xx.xx.2024-cü il tarixli “qanun üzrə vərəsəlik haqqında” şəhadətnamədə qeyd edilmişdir ki, DƏQRX-nin Ərazi İdarəsi tərəfindən xx.xx.2024 tarfxdə X16 verilmiş **********47 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ünvan 2 ünvanında 0,04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 104 kv.m. olan fərdi yaşayış evinə dair miras əmlakdan onun vərəsəsi olan Cavabdeh2 tam hissədə pay almalıdır. Həmin vərəsəlik işinin nömrəsi: V-84/2024-dür. V-84/2024 qeydiyyat nömrəli vərəsəlik işinin materiallarında olan: 81 saylı, xx.xx.2024-cü il tarixli “ölüm akt qeydi haqqında” arayışdan görünür ki, X21 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. “Hüququn ölmüş şəxsə məxsus olması haqında dövlət reyestrindən” xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli arayışdan görünür ki, ünvan 2 ünvanında 0,04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 104 kv.m. olan fərdi yaşayış evi X8 məxsusdur. xx.xx.2024-cü il tarixli, 3-16-5/07-xx-xx/2024 nömrəli “nikah akt qeydi haqqında” arayışdan görünür ki, X14 və X44 xx.xx.1969-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. 80 saylı, xx.xx.2024-cü il tarixli “ölüm akt qeydi haqqında” arayışdan görünür ki, X44 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. “Elektron notariat” X4 vasitəsilə əldə edilmiş “X20” AQİS-dən Çıxarışdan görünür ki, xx.xx.1941-ci il təvəllüdlü X21 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Lənkəran şəhər 1 nömrəli sahə dairəsi üzrə nümayəndəsi Şahlar İsmayılov tərəfindən tərtib edilmiş 12-18/20 nömrəli, xx.xx.2024cü il tarixli arayışda mərhum X13 ailə üzvləri kimi: həyat yoldaşı X44 və övladı Cavabdeh2 qeyd edilmişdir. “Hüquqların dövlət qeydiyyatı haqqındadaşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********47-10301 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında 0,04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 104 kv.m. olan fərdi yaşayış evi Cavabdeh2 xüsusi mülkiyyətindədir. Məhkəmə sorğusu əsasında Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Lənkəran şəhər 1 nömrəli sahə dairəsi üzrə nümayəndəsi Şahlar İsmayılov tərəfindən təqdim edilmiş 12-5/831 saylı, xx.xx.2024-cü il tarixli məktubun məzmununda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə 05/09/S/203045-24 saylı Ədliyyə Nazirliyinin Lənkəran regional "ASAN xidmət" mərkəzinin qeydiyyat şöbəsinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X7 bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və arvadı X44 və qızı Cavabdeh2 ibarət ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir. Qeyd olunanlara əsasən 1 nömrən sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü ıl tarixdə X13 ailə üzvləri barədə X17 №12-18/29 nömrəli arayış verilmişdir.Hazırda da X13 ailə üzvləri barədə məlumat Ədliyyə Nazirliyinin Lənkəran regional "ASAN xidmət" mərkəzinin qeydiyyat şöbəsinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində eyni ilə 21.01,2024-cü ıl tarixdə 05/09/S/203045-24 saylı verilən məlumatlarla eynidir. Qeyd edilən məktuba əlavə edilmiş Lənkəran regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 05/09/S/203045-24 nömrəli arayışda xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh2 ailə üzvlərinə dair məlumat atası: X21, anası: X44 və qızı: X27 göstərilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Lənkəran regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-20-427/24 nömrəli məktubla mərhum X7 vərəsələri barədə “Vətəndaşlıq vəziyyəti aktlarının” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılaraq aşkar edilmiş akt qeydlərinin surəti təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş: 98 nömrəli, xx.xx.2006-cı il tarixli “ölüm haqqında akt qeydi”nin surətindən görünür ki, X21 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. 930 nömrəli, xx.xx.1970-ci il tarixli “doğum haqqında akt qeydi”nin surətindən görünür ki, X22 xx.xx.1970-ci il təvəllüdlüdür. Atası: X14, anası: X35r. 55 nömrəli, xx.xx.1991-ci il tarixli “ölüm haqqında akt qeydi”nin surətindən görünür ki, X22 xx.xx.1989-cu il tarixdə vəfat etmişdir. 374 nömrəli, xx.xx.1973-cü il tarixli “doğum haqqında akt qeydi”nin surətindən görünür ki, X25 xx.xx.1973-cü il təvəllüdlüdür. Atası: X14, anası: X35r. Akt qeydində həmin şəxsin soyadını “Süleymanov”a, adını “Cavid”ə dəyişdiyi qeyd edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 843240 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X36 xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur və nikah bağlandıqdan sonra arvada “Şərifova” soyadı verilmişdir. Lənkəran rayon qeydiyyat şöbəsindən təqdim edilmiş 421 saylı, xx.xx.2024-cü il tarixli arayışda qeyd edilmişdir ki, X15 xx.xx.1973-cü il tarixdə anadan olmuşdur. Lənkəran rayon qeydiyyat şöbəsində qeyd edilmiş xx.xx.2013-cü il tarixli 31 saylı “soyadın, adın və ata adının dəyişdirilməsi haqqında” akt qeydinə əsasən soyadı “Şərifov”dan “Süleymanov”a, adı “Ceyhun”dan “Cavid”ə dəyişdirilmişdir. AZ-İİ seriyalı, 391524 saylı nikah haqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. AZ-İİİ seriyalı, 138133 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.2011-ci il təvəllüdlüdür. X5, anası İddiaçıdır. Məhkəmə sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X51 10 saylı Lənkəran Ərazi İdarəsindən təqdim edilmiş 3-21-3-43/2-3635/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “ünvan 3 ünvanı ilə “ünvan 4hər İcra Hakimiyyəti başçısının Lənkəran şəhər 1 nömrəli sahə dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx-xx/1588 nömrəli, xx.xx.2024-cü il tarixli arayışda qeyd edilmişdir ki, Şərifova X42 rayonu, Göyşaban kəndində qeydiyyatda olmaqla, Lənkəran şəhəri, Şeyx Zahid küçəsi, ev 6 ünvanında yaşayır. Ailə üzvləri kimi: həyat yoldaşı X15 və övladı X23 qeyd edilmişdir. Asan-Lənkəran tərəfindən tərtib edilmiş “yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2027-cü il tarixli arayışdan görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X3 şəhəri, Şeyx Zahid küçəsi, ev 6 ünvanında qeydiyyatdadır. Lənkəran regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 05/09/S/055485-24 nömrəli arayışda xx.xx.1973-cü il təvəllüdlü X9 ailə üzvlərinə dair məlumat atası: arvadı İddiaçı və oğlu X26i kimi göstərilmişdir. Azərbaycan Respublika Ədliyyə Nazirliyindən Aytən Şərifoya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, onun müraciəti əsasında aparılmış araşdırma nəticəsində müvafiq vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına dair akt qeydlərində uyğunsuzluqlara baxmayaraq baldızı Cavabdeh2 ailə üzvləri haqqında arayışın verildiyi, bu və digər ziddiyyətli sənədlərə əsasən həmin notariat ofisində qayınatasının adına vərəsəlik işinin aparıldığı, nəticədə mərhum əri Cavid Süleymanova (əvvəlki adı Ceyhun Şərifov) atasından qalan mirasdan ərizəçinin və övladınının pay almaq hüquqlarının pozulduğu müəyyən edilmişdir. Aşkar edilmiş pozuntularla bağlı qeydiyyat şöbəsinin rəisi vəzifəsini icra edən V.Qasımova yazılı xəbərdarlıq edilmiş, vərəsəlik işini rəsmiləşdirmiş notarius Səfər İsmayılovun isə intizam məsuliyyətinə cəlb edilməsi barədə məsələ qaldırılmışdır. Məhkəmə İddiaçı iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsələr sayılırlar. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. “Notariat haqqında” Azərbaycan Respublikasının qanunun 59-cü maddəsində qeyd edilmişdir ki, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. 102-ci maddəsində qeyd edilmişdir ki,vərəsələrin miras qoyanla qohumluq və digər münasibətləri aşağıdakı sənədlərlə sübut edilir: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnamələri, arayışları, eləcə də akt qeydlərindən çıxarışlar, qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri. Sadalanan maddi hüquq normalarını tələbin qanuni əsası kimi tətbiq edərək məhkəmə qeyd edir ki, miras qoyan mərhum X7 övladı olan hazırki iddia tələbi üzrə iddiaçı olan İddiaçı həyat yoldaşı Süleymanov (Şərifov) Cavid (Ceyhun) Məmmədqulu oğlu Məmmədqulu Şərifovun birinci növbə qanun üzrə vərəsəsi hesab olunur. Belə ki, o, miras qoyandan sonra vəfat edərək, mirasın açıldığı vaxt sağ olmuşdur. Miras mülkə dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə tərtib edilərkən Cavid Süleymanovun həyat yoldaşı İddiaçı sağ olmaması səbəbindən onun atasından (M.Şərifovdan) ona çatası paydan bərabər miras hüquqa malikdir. Lakin Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Lənkəran şəhər 1 nömrəli sahə dairəsi üzrə nümayəndəsi Şahlar İsmayılov tərəfindən tərtib edilmiş 12-18/20 nömrəli, xx.xx.2024-cü il tarixli arayışda İddiaçı adı qeyd edilmədiyindən, həmçinin Cavabdeh2 tərəfindən də bu barədə notariat orqanına məlumat verilmədiyindən nəticə olaraq notariat hərəkətləri zamanı “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 59-cu maddəsinin tələbləri pozulmaqla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, bununla da iddiaçı mirasdan bərabər şəkildə pay almaq hüququndan məhrum olmuşdur. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 1 nömrəli sahə dairəsi üzrə nümayəndəsi tərəfindən mərhum X7 ailə üzvləri barədə yuxarıda qeyd edilən arayış təqdim edilərkən, yalnız Cavabdeh2 ailə üzvləri barədə “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 05/09/S/203045-24 nömrəli arayışa əsaslanmışdır. X1 ailə üzvləri barədə arayış tərtib edilərkən o, İddiaçı deyil, Məmmədqulu Şərifovun ailə üzvləri barədə mötəbər məlumata əsaslanmalı idi. Məhkəmə sorğusu əsasında əldə edilmiş və “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsindən təqdim edilmiş mərhum X7 “Vətəndaşlıq vəziyyəti aktlarının” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aparılan yoxlama nəticəsində aşkar edilmiş akt qeydlərindən müəyyən edilir ki, Məmmədqulu Şərifovun ailə üzvləri sırasında övladı Süleymanov (Şərifov) Cavid (Ceyhun) Məmmədqulu oğlunun barəsində mövcuddur. Eyni zamanda Lənkəran regional “ASAN xidmət” mərkəzində xüsusi notariusu tərəfindən də “vərəsəlik işi” aparılarkən “Hüququn ölmüş şəxsə məxsus olması haqında dövlət reyestrindən” arayışda “X14”, ölüm akt qeydində “X21” kimi qeyd edilməsinə baxmayaraq, bu uyğunsuzluğa diqqət yetirmədən “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə tərtib etmişdir. Həmçinin işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı öz övladı ilə birlikdə miras mülkdə yaşayır. Bu faktı iddiaçı Cavabdeh2 da öz iddia ərizəsində təsdiq etmişdir. Odur ki, İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmışdır. Odur ki, qeyd edilən səbəbdən məhkəmə “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” hissəsində iddia tələbini əsaslı hesab edir. Məhkəmə iddiaçı Cavabdeh2 iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir: İddiaçı tərəfindən irəli sürülmüş iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi olmalı və iddia irəli sürülmüş şəxsin (cavabdehin) həmin yaşayış sahəsinə istifadə hüququ olmalıdır. Bu şərtlər mövcud olduqdan sonra isə təklif olunan kompensasiyanın məbləği araşdırılmalıdır. İş materiallarından görünür ki, hazırki mülki iş üzrə İddiaçı tərəfindən Cavabdeh2 mülkiyyətində olan və hazırki iddia tələbi üzrə mübahisə predmeti olan ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin onun mülkiyyətinə verilməsinə əsas olmuş “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə və “daşınmaz əmlakın dövlət reyestrindən” çıxarış mübahisələndirilmişdir. Belə olan halda məhkəmə ilk növbədə Cavabdeh2 hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olub-olmadığını araşdırmalıdır. Məhkəmə qeyd edir ki, “çıxarışın ləğv edilməsi” hissəsində iddia tələbi baxılmamış saxlanıldığından qeyd edilən çıxarış hüquqi hüquqi qüvvəsini itirməmişdir və Cavabdeh2 hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ vardır. Məhkəmə araşdırması zamanı mülkiyyətçi cavabdehin həmin mənzilə istifadə hüququnu tanıdığını, sonuncunun mövcud olan hüququna kompensasiya vermək yolu ilə xitam olunmasını xahiş etmişdir. Qeyd edilməlidir ki, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması məhkəmə araşdırılması zamanı mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq cavabdehin mübahisəli evdən istifadə hüququnun mövcudluğunu qəbul edir. Nəhayət, cavabdehin mübahisəli evdən istifadə hüququna xitam verilməsi üçün təklif edilən kompensasiyanın məbləğinə münasibət bildirən məhkəmə hesab edir ki, bu məbləğdə kompensasiya kifayət deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il qərarı bu kompensasiyanın məbləği ilə bağlı məsələyə aydınlıq gətirib. Həmin qərarda qeyd olunur ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu vermir, o, yaşayış sahəsindən istifadə etmək hüququnun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Qeyd edilən normalardan belə nəticəyə gəlmək olur ki, istifadə hüququnun xitamı üçün təklif edilən kompensasiya məbləğinin cavabdehə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməsini sübut etmək vəzifəsi iddiaçıya aiddir. İddiaçı isə, məhkəməyə belə bir sübut təqdim etməyib. İddiaçı cavabdehə 12.000 (on iki min) manat məbləğində kompensasiya verməklə mübahisəli evə yaşayış (istifadə) hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qanunvericiliyin qeyd olunan tələblərini və işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı X37 tərəfindən təklif olunan kompensasiyanın məbləği Konstitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarında göstərilən “əvəzləşdirilmə”yə uyğun deyildir. Məhkəmə belə qənaətə gəlir ki, mülkiyyətçi Cavabdeh2 tərəfindən təklif olunan 12.000 manat kompensasiya müqabilində cavabdeh davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə gəsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Lənkəran regional “ASAN xidmət” mərkəzində xüsusi notariusu tərəfindən verilmiş 2V-115 reyestr nömrəli xx.xx.2024-cü il tarixli “qanun üzrə vərəsəlik haqqında” şəhadətnamə etibarsız hesab edilsin. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar