Məhkəmə qərarları › İş №2(049)-2787/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2787/2023

24.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2787/2023 24.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 1555,20 manat məbləğində borcun silinməsinə dair” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə qarşı məhkəməyə muraçiyəti edərək cavabdeh “Azəriqaz“ İstehsalat Birliyininin təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 may 2023-cü il tarixli, ******* nömrəli qanunsuz və əsassız aktın ləğv edilməsi, həmin akt əsasında istehlakçı İddiaçı hesablanmış 1555 manat 20 qəpik bocun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Lənkəran rayonunun Kərgəlan kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayır və **********01240 saylı kod üzrə qaz istehlatçısı. Yaşadığı evin öz qaz xətti və öz sayğacı vardır. O, həmişə də mütəmadi olaraq qaz pulunu vaxtı-vaxtında ödəmiş. Qaz sayğacı onların evinə çoxdan qoyulmuş və heç bir problem də olmamışdır. "Azəriqaz" X1 RQİİ-nin əməkdaşları da hər ay gəlib sayğacı yoxlamışlar. İstifadə etdiyi sayğacın müddəti keçdiyinə(köhnəldiyinə) görə müraciəti əsasında "Azəriqaz” X1 RQİİ-nin əməkdaşları yaşadığı ünvanda həmin sayğac dəyişdirmişlər. "Azəriqaz" X1 RQİİ-nin əməkdaşları tərəfindən Elester G-4 marka ******* nömrəli sayğac dəyişdirilərək yenisi ilə əvəz olundu. Onu da bildirib ki, köhnə sayğac dəyişdirilərkən sayğacın üzərində plomb var idi və bunu "Azəriqaz” X1 RQİİ-nin əməkdaşları da gördülər. Elester G-4 markah ******* nömrəli sayğac dəyişdirildikdən sonra sayğacın dəyişdirilməsi barədə "Azəriqaz" X1 RQİİ-nin əməkdaşları tərəfindən yerindəcə xx.xx.2022-ci il tarixli ******* nömrəli akt tərtib olunmuş və yoldaşı həmin akta imza etmişdir. Sonradan ona məlum oldu ki, guya o "Azəriqaz” İstehsalat Biriliyinə 1555,20 manat borcum var. Onun borcun nədən yarandığını örənmək üçün "Azəriqaz" X1 RQİİ-nə gedib və orda ona bildirdilər ki, sayğacın hesablanma mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik-cızıq izləri var. Sayğac istismara yararsızdır. Bununla bağlı xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt tərtib edilmişdir. Həmin aktda göstərilmişdir ki, guya o həmin akta imza etməkdən imtina etmiş. Halbu ki, onun belə bir aktdan xəbəri olmamışdır. Belə ki, köhnə Elestr tipli G-4 markah ******* nömrəli sayğac "Azəriqaz” X1 RQİİ-nin əməkdaşları tərəfindən açılaraq dəyişdirilmişdir və həmin vaxtı sayğaca heç bir müdaxilə halı aşkar edilməmişdir. Sayğaca hər hansı bir xarici müdaxilə olsaydı bu barədə tərtib etdikləri xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın "sayğacın və plombların toxunulmazlığına cavabdeh şəxs" qrafasında qeyd edərdilər və bu barədə ona hər hansı bir məlumat verərdilər. Göründükü kimi həmin aktda belə bir qeyd yazılmamışdır. Bundan başqa qaz sayğacı bizim həyətimizdən kənarda yerləşdiyindən qaz sayğaclarının təhlükəsizliyinə və işlək vəziyyətdə saxlanmasına Azərbaycan Respublikası Nazirlər Kabinentinin 12 may 2011-ci il tarixli, 80 sayh qərarının "Qazdan istifadə Qaydaları"nın 4.8 bəndinə və qaz Təchizatı haqqında digər qanunvericilik aktlarına görə fiziki şəxs olaraq o, yəni istehlakçı yox, paylayıcı "Azəriqaz" İstehsalat Biriliyi daşıyır. Təqsirli şəxs müəyyən edilmədən, qanunsuz olaraq. DövlətLaboratoriya rəyinə əsasən Azəriqaz tərəfindən ona "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixdə ******* nömrəli cərimə aktı tərtib edilmişdir. Aktın tərtib edilməisndən xəbəri belə olmadığı halda həmin akta imza etməkdən imtina etdiyi qeyd etmişlər. Cərimə aktına əsasən xx.xx.2023cü il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamə sənədi tərtib edilmiş, Dövlət laboratoriya aktı "əsas səbəb” kimi götürülərək, təqsirli şəxs müəyyən edilmədən, 90 gün üçün ona 12960 m3 həcmində itirilmiş qaz, yəni 1555,20 manat məbləğində cərimə tətbiq edilmişdir. Bundan başqa qaz sayğacının üzərində plomb ola-ola o qaz sayğacına necə müdaxil edə bilərəm. Aydın məsələdir ki, bu mümkün deyil. Ona görə də hesab edirəm ki, X2 İstismarı İdarəsinin əməkdaşları tərəfindən tərtib etdikləri xx.xx.2023-cü il tarixli ******* nömrəli akt qanunsuzdur və həmin akt ləğv edilməli, o hesablanmış 1555,20 manat məbləğində cərimə məbləği silinməlidir X2 İstismarı İdarəsininOdur ki, həmin aktlarla heç cür razılaşa bilməz və ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İddiaçı məhkəmə iclasında izahatında iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərərk iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 26 may 2023-cü il tarixli ******* nömrəli akt tərtib olunaraq, qaz sayğac yenisi ilə əvəz edilmiş və tərtib edilmiş 31 may 2023-cü il tarixli ******* №-li “təbii qazdan istifadə qaydalarının pozulması” haqqında aktla müəyyən edilmişdir ki, «sayğacın h/m-nin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlardan əzik-ciziq izləri var sayğacın istismara yararsızdır”. Ona görə də istehlakçı İddiaçı 12960 m3 metr qaz itkisinə görə 1555 manat 20 qəpik məbləğində borc hesablanmışdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh iddiaçının mənzilinə yeni sayğac quraşdırmış, daha sonra sayğaca müdaxilə ilə əlaqədar ziyana görə akt tərtib etmiş və iddiaçıdan pul tələb etmiş, istehlakçı isə cavabdehin tələbi ilə razılaşmamışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.3 - 4.7-ci bəndlərinə əsasən, qaz sayğacları AİBNDA tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir, qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Hazırki halda cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu (qaz sayğacının klapanının işlək vəziyyətdə olmaması və s. halların - iddiaçının hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi, iddiaçının təqsiri üzündən baş verməsi) cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, həmçinin məhkəmə iclasında araşdırılmış hallardan da iddiaçının (istehlakçının) ünvanına qurlaşdırılmış sayğacda yaranmış qüsurların onun təqsiri nəticəsində baş verməsi müəyyən edilmədiyindən cavabdeh təşkilat tərəfindən tərtib edilmiş akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən Azəriqaz” İstehsalat Birliyinə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 may 2023-cü il tarixli, ******* nömrəli akt ləğv edilməsi, həmin akt əsasında istehlakçı İddiaçı hesablanmış 1555 manat 20 qəpik manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş 31 may 2023-cü il tarixli, ******* nömrəli akt ləğv olunsun. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı (abonent kodu: **********01240 ) hesablanmış 1555 manat 20 qəpik borc silinsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar