Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2798/2024 05.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X15 Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Ərizəçir oğlunun iştirakı ilə, Ərizəçi (maraqlı şəxs: Lənkəran Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Orqanı) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi 22 oktyabr 2005-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş və Lənkəran səhərində yaşayan X3nun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək bildirmişdir ki, o, xx xxx 1982-ci il tarixdə Lənkəran şəhərində anadar olmuşdur. Hazırda da ailəsi ilə birlikdə yaşayır. X8 onun oğludur və o, xx.xx.2005-ci il tarixdə anadan olmuşdur. X7 uşaq vaxtından ensefalopatiya, yəni pisixi inkişaf geriliyi və qıcolma sindromı diaqnozu qoyulmuşdur. 2011cı ildən Uşaq Nevrolojı xəstəxanasında qeydiyyatdadır. O, uşaqlıqdan əlildir. X3 atası ilə birlikdə yaşayır və xəstələndiyi gündən bəri onun qulluğundadır.Oğlu Asimana müalicə elətdirsə də heç bir nəticə vermədiyi üçün onu təqaüdə çıxarmaq üçün X13 Komissiyasına təqdim edib, orada oğlu müayinə olunub və ona müddətsiz İ qrup əlilik dərəcəsi təyin edilib. X8 öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyildir. Onun ümumiyyətlə danışıq nitqi yoxdur Ona görə də X4 qüsuru nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilməməsin nəzərə alıb, fəaliyyət qabliyyəti olmayan hesab edilməlidir. Hazırda o, komissiyadan keçsə də, müavinət ala bilmir Qeyd olunanların nəzərə alınmasını və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmənin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Lənkəran Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və iştirak etməməsinin sbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin nümayəndəsinin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2005-ci il tarixdə doğulmuşdur, valideynləri: atası Ərizəçi və anası X1r. «Nikah haqqında» şəhadətnamədən görünür ki, Ərizəçi və X2 xx.xx.2004-ci il tarixdə Lənkəran rayon Qeydiyyat Şöbəsində 25 sayla nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Paşayeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 verilmiş “stasionar ambulator kitabça”dan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X5 “ağır dərəcəli əqli gerilik ” xəstəliyi mövcuddur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 4408 saylı “ambulator məhkəmə psixiatrik ekspertizasının” rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, X5 “Dərin dərəcəli əqli gerilik, aqressiv davranışla formasında psixi xəstəlikdən əziyyət çəkir. Xəstəliyi ilə əlaqədar ona müddətsiz İ qrup əlillik təyin edilmişdir. Göstərilənləri nəzərə alaraq xx.xx.2005-ci il təvəllüdlü X8 yuxarıda göstərilən diaqnozlu xəstəliklə əlaqədar öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil. Buna görə də X4 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsas vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcələsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcələsinin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçinın “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizəsi təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-2798/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2798/2024
05.12.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver