Məhkəmə qərarları › İş №2(049)-284/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-284/2023

26.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-284/2023 26.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X22 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 1998-ci ildə ölkədə torpaq islahatı həyata keçirilən vaxt Lənkəran rayon Aqrar İslahat Komissiyasının 18 iyun 1998-ci il tarixli 11 saylı qərarına əsasən onların, yəni Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 mülkiyyətlərinə 0.84 ha kənd təsərrüfatı məhsulları istehsalına aid torpaq sahəsi verilmişdir. Bu barədə ailə üzvlərinin adına “Torpağa mülkiyyət hüququna” dair JN-274 KOD 80209018 saylı dövlət aktı da tərtib olunaraq təqdim edilmişdir. Lakin həmin Torpaq aktında səhvən Ərizəçi1 sözünün əvəzinə X11, Ərizəçi2 əvəzinə X10 və Ərizəçi3 əvəzinə X4 qeyd olunmuşdur. Sənəddə adların səhv qeyd edilməsi onların hüquqlarını məhdudlaşdırır. Bu yaxınlarda ailə üzvlərinin adına çıxarış almaq istəyərkən Lənkəran rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş “Torpağa mülkiyyət hüququna” dair JN-274 KOD 80209018 saylı torpaq aktında adı çəkilən ailə üzvlərinin adlarının səhv qeyd olunduğu aşkar edilmiş və bu yanlışlığı düzəltmək üçün onlara məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bu səbəbdən lazımi sənədlərin rəsmiləşdirilməsi və yanlışlığın aradan qaldırılması üçün ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Məhkəmə iclasında ərizəçilər qeyd olunan torpaq sahəsinin onların istifadəsində olduğunu, lakin Torpaq aktında adlarının səhvən müvafiq olaraq “X11”, “X18” və “X10”kimi qeyd olunduğunu və yanlışlığın aradan qaldırılması üçün ərizənin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, mülki iş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Reyestr Xidmətinin 10 saylı Ərazi İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Ərizəçi1 1993-cü il, Ərizəçi3 1995-ci il, və X19 1973-cü il tarixlərdə ünvan 1ində anadan olmaqla, həmin kəntdə qeydiyyatdadırlar. İş materiallarında olan və xx.xx.1998-ci il tarixdə qeydiyyata alınmış “Torpağa mülkiyyət hüququna dair” J-274 nömrəli Dövlət Aktından görünür ki,ünvan 1ində yerləşən 0,84 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X14, X10, X11 və X13 mülkiyyətlərindədir. İş materiallarına əlavə edilən nikah haqqında arayışdan görünür ki, X14 ilə X10 xx.xx.1993-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar, rəsmi nikahdan sonra sonuncuya “Babayeva” soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında arayışlardan görünür ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi3, eləcə də X3 Elxan Gülağa oğlu ilə X6 birgə nikahlarından doğulmuşlar. İş materiallarına əlavə edilən vəsiqənin surətindən görünür ki, X5 Müharibəsi veteranıdır. İş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, X14 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Gəgiran kənd İnzibati Ərazi Nümayəndəliyinin 21 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, Aqrar islahat Komissiyasının 18 iyun 1998-ci il tarixli 11 saylı qərarı ilə verilmiş 0,84 ha kənd təsərrüfatı məhsulları istehsalına aid torpaq sahəsi (JN-274 kod ********) şəhadətnaməsində ərizəçilərin adı, soyadı və ata adları texniki səhv nəticəsində düzgün yazılmamışdır. İş materiallarında olan Gəgiran kənd İnzibati Ərazi Nümayəndəliyinin 21 oktyabr 2022-ci il tarixli, 475 nömrəli arayışdan görünür ki, X1, X18 və X10 adda şəxslər qeydiyyatda yoxdur və yaşamırlar. Məhkəmə iclasında şahid kimi ifadə verən X7 bildirmişdir ki, ərizəçiləri şəxsən tanıyır, hər üçü onunla qonşuluqda yaşayır və həmin torpaq sahəsindən istifadə edirlər. X1, X18 və X10 adda çəxslərin heç vaxt yaşamamış, kəndlərində yerləşən 0,84 ha torpaq sahəsi ərizəçilərin istifadəsindədir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Reyestr Xidmətinin 10 saylı Ərazi İdarəsinin X2 ünvanladığı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə bildirişdən görünür ki, ünvan 1i ünvanında yerləşən 0,84 ha torpaq sahəsi ilə bağlı mübahisənin olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, ərizəçilərə məxsus JN-274 kod 80209018 saylı şəhadətnamədə onların adları ayrı-ayrılıqda səhvən Ərizəçi1 əvəzinə X11, Ərizəçi2 əvəzinə X10 və Ərizəçi3 əvəzinə X8 yazılmışdır. Təqdim edilmiş sübutlara hüquqi qiymət verərək və göstərilən qanunvericilik aktlarının tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, ərizəçilərin tələbləri iş materialları və şahid ifadəsi ilə tam təsdiq olunur, ona görə də ərizə təmin olunaraq, JN- 274 kod 80209018 saylı torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamənin ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən «məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 77-ci maddəsinə əsasən «hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi təmin edilsin. JN-274 kod 80209018 saylı torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamənin ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X23

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar