Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2840/2025 06.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili X2 iştirakı ilə , İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «miras əmlak üzərində payın müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2-də yerləşməklə 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş ********** nömrəli arayışa əsasən, mərhum X1nın birgə mülkiyyətində olan 0,06 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 38.30 kv.m olan bir mərtəbəli iki otaqlı fərdi yaşayış evindən hər birinə, yəni İddiaçı1 çatan 1/11 hissə və İddiaçı2 çatan 1/11 hissə miras paylarını müəyyən edərək onlara verilməsi və iddiaçıların adına müvafiq vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Lənkəran Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, onların atası X9 ilə X1 rəsmi nikah bağlayıblar. Onların birgə nikahlarından 11 (on bir) uşaqları anadan olmuşdur. Onlar ailəlikcə Lənkəran rayonu, Liman şəhəri S.Vurğun küçəsi ev 8-də yerləşən valideyinlərinə məxsus evdə yaşayıblar. Lakın yaşadıqları fərdi yaşayış evləri köhnə olduğundan deformasiyaya uğramışdır. Sonradan anası tərəfindən başqa yerdə yeni fərdi yaşayış evi inşa edilmiş və ailəlikcə həmin fərdi yaşayış evinə köçüblər. Yaşadıqları fərdi yaşayış evi X1na məxsus olmuşdur. Sonradan anası vəfat etdikdən sonra həmin fərdi yaşayış evində onlar, yəni İddiaçı2 və İddiaçı1 yaşayıblar. Mərhum anasına məxsus miras əmlak ünvan 2də yerləşir. Sözügedən 0,06 ha torpaq sahəsi Aqrar İslahat Komissiyasının 18 iyun 1998ci il tarixli 11 saylı qərarı ilə onun, yəni İddiaçı2 və mərhum X1nın birgə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsində ümumi sahəsi 38.30 kv.m olan bir mərtəbəli iki otaqlı fərdi yaşayış evi mövcuddur. Bu barədə mərhum X1nın adına xx.xx.2025-ci il tarixdə 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən ********** saylı arayış verilmişdir. Mərhum anasından onlara miras qalan əmlakdan istifadə etməkdə bacısı, yəni cavabdeh X10 maneçilik törədir. Onlar mərhum analarının vərəsəsi olduğu üçün miras əmlakı qəbul etməkdən ötrü notariat kontoruna müraciət ediblər, lakin onlarla cavabdeh arasında mübahisə olduğu üçün notariat kontoru miras əmlakı vərəsələr arasında bölməkdən imtina etmiş və bu barədə iddiaçıya məktub təqdim etmişdir. Hazırda iddiaçı həmin torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən hər birinə düşən payları müəyyən etmək istəyir. Odur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən Lənkəran rayon 1 saylı Notariat ofisinin nümayəndəsi, X12, X13 və X14 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişlər. Məhkəmə iclasında İddiaçı2 iştirak etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iddianın onun iştirakı olmadan təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı2 əvvəlki məhkəmə iclasında iştirak edərək, iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, izahatında əlavə olaraq bildirmişdir ki, anası vəfat etdikdən sonra ondan miras qalmış sözügedən əmlakı qəbul etmiş, orada yaşamış, təmir, tikinti işləri aparmışdır. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkil) X6 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Lənkəran rayon 1 saylı Notariat ofisinin nümayəndəsi, X12, X13 və X14 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş JN-1881A seriyalı, Kod: 80202004 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Lənkəran rayonu Aqrar İslahat Komissiyasının 18 iyun 1998-ci il tarixli 11 saylı qərarı ilə Lənkəran rayonunda yerləşən 0,06 ha torpaq sahəsi X4 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixdə 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən ********** saylı “Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən” arayışdan görünür ki, Lənkəran şəhəri, Natiq Ağayev küçəsi, ev (Yeni qaydalarla: AZ4222, ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 38.30 kv.m olan fərdi yaşayış evi X4 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş ölüm akt qeydiyyatı barədə arayışdan görünür ki, X7 01 yanvar 2015-ci il tarixdə ölmüşdür. Ölüm haqqında 6 yanvar 2015-ci il tarixli 02 №-li akt qeydi tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş ölüm akt qeydiyyatı barədə arayışdan görünür ki, X9 12 fevral 1979-cu il tarixdə ölmüşdür. Ölüm haqqında 13 fevral 1979-cu il tarixli 09 №-li akt qeydi tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.1952-ci ildə Lənkəran rayonu, Port-İliç şəhərində anadan olmuşdur. X1, atası X8r. İş materiallarına əlavə edilmiş doğum akt qeydiyyatı haqqında arayışdan görünür ki, İddiaçı2 xx.xx.1965-ci ildə Lənkəran rayonu, Port-İliç şəhərində anadan olmuşdur. X1, atası X8r. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, Cavabdeh xx.xx.1954-cü ildə Lənkəran rayonu, Port-İliç şəhərində anadan olmuşdur. X1, atası X8r. İş materiallarına əlavə edilmiş Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Liman şəhər ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 213 nömrəli, xx.xx.2025-ci il tarixli arayışa görə, X7 xx.xx.2015-ci il tarixdə vəfat etmiş, mərhumun daimi yaşayış yeri ünvan 2 ünvanı olmuş, İddiaçı1 və İddiaçı2 mərhumun ailə üzvləri olmuşlar. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Lənkəran Regional “ASAN XİDMƏT” Mərkəzində notariat ofisinin 400 nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı1 İddiaçı1 X1ndan qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciət etsə də, mirasın bölgüsü ilə bağlı mübahisə olduğundan müvafiq qaydada məhkəməyə müraciət etməsi iddiaçıya bildirilmişdir. Məhkəmə baxışı zamanı işin faktiki hallarından müəyyən edildi ki, Lənkəran şəhəri, Natiq Ağayev küçəsi, ev (Yeni qaydalarla: AZ4222, ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 38.30 kv.m olan fərdi yaşayış evi X4 xüsusi mülkiyyətinə verilmişdir. X7 01 yanvar 2015-ci il tarixdə ölmüşdür. İddiaçılar İddiaçı1 və İddiaçı2 mərhumun ailə üzvləri olmuşlar və onun ölümündən sonra sözüden mirası qəbul etmişlər. Miras qoyan X4 qanun üzrə 11 (on bir) vərəsəsi olmuş və iddiaçılar da həmin vərəsələrə aiddirlər. Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinin birinci hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən ,hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134-cü maddəsinə görə,qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə görə ,miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1147-ci maddəsinə görə,miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. 1151-ci maddəsinə görə,mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1157-ci maddəsinə görə,əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. 1157-1.1-ci maddəsinə görə,miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir. 1159.1-ci maddəsinə görə,qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. 1322-ci maddəsinə görə,vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Məhkəmə qeyd edir ki, qanunun mənasına görə, vərəsəlik hüququ müəyyən edir ki, qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları onun birinci növbədə vərəsələri olmaqla bərabər pay hüququna malikdirlər. Məhkəmə hesab edir ki, ünvan 2-də yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 38.30 kv.m olan bir mərtəbəli iki otaqlı fərdi yaşayış evi ölənin mülkiyyətində olmaqla, onun övladları arasında, vərəsələri olduğu üçün bərabər pay olmaqla bölünməlidir. Odur ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Lənkəran şəhəri, Natiq Ağayev küçəsi, ev (Yeni qaydalarla: AZ4222, ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 38.30 kv.m olan fərdi yaşayış evində (reyestr № **********18-10301) iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin 1/11 (on birdə bir) hissədə vərəsə payları müəyyən edilsin və iddiaçıların adına müvafiq vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Lənkəran regional “ASAN XİDMƏT” Mərkəzində Notariat ofisinə həvalə edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-2840/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2840/2025
06.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver