Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-2843/2024 07.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X4, İddiaçı X1 Cavabdeh Lənkəran regional qaz istismar idarəsinə qarşı qazın məsrəfi ilə əlaqədar borcun ləğv edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı X3 Cavabdeh Lənkəran regional qaz istismar idarəsinə qarşı qazın məsrəfi ilə əlaqədar borcun ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona qarşı tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli aktının və həmin aktda qeyd edilən 12960 kub metr qaz sərfiyyatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrinin tələblərinə cavab vermədiyindən geri qaytarılmalıdır. Belə ki, iddiaçının öz tələbini əsaslandırdığı hallara dair sübutlar kimi iddia ərizəsinə əlavə etdiyi bütün sənədlərdə, habelə, onun şəxsiyyət vəsiqəsində onun soyadı “Qulamov” yazılmasına baxmayaraq iddiaçı iddia ərizəsində soyadını “Qurbanov” kimi qeyd etmiş, iddia ərizəsini isə “Qulamov” kimi imzalamışdır. Bundan əlavə, iddiaçı istehlakçının hüquqlarının müdafiəsi ilə bağlı hazırki tələblə Cavabdehnə qarşı deyil, "Azəriqaz" İB-nin Lənkəran regional qaz istismar idarəsinə qarşı iddia irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçı Cavabdeh tərəfindən onun barəsində tərtib olunmuş aktı və həmin akt əsasında hesablanmış qaz sərfiyyatını məhkəmə qaydasında mübahisələndirir. Belə olan halda, həmin tələbə cavab verməli olan şəxs də Cavabdeh İB hesab edilir. Cavabdeh İB-nin Lənkəran regional qaz istismar idarəsi isə müstəqil balansa malik hüquqi şəxs olmayıb Cavabdeh İB-nin struktur bölməsi kimi fəaliyyət göstərir. Bu baxımdan Cavabdeh İB-nin Lənkəran regional qaz İstismar idarəsinin hazırki iş üzrə nə üçün cavabdeh olduğu iş materiallarından müəyyən edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2024-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 53.3 və 54.2-ci maddələrinə əsasən, hüquqi şəxsin nümayəndəlikləri, filiallar, eləcə də idarələri hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Hüquqi şəxsin filial və nümayəndəlikləri hüquqi şəxsin təsdiq etdiyi əsasnamədə əks olunmuş hüquqları əldə edir və vəzifələr daşıyır, idarələri də Mülki Məcəllənin 54.3 və 54.4-cü maddələrinə uyğun olaraq, ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Həmin Qərarda, həmçinin, qeyd edilmişdir ki, hüquqi şəxsin struktur bölməsi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığına görə, müvafiq məhkəmə mübahisələrində yalnız hüquqi şəxsin adından sonuncunun təsdiq etdiyi əsasnamə və ya verdiyi etibarnamə əsasında çıxış edə bilər. Mülki prosessual qanunvericiliyin tələbinə görə əgər təqdim edilmiş iddia ərizəsində cavabdeh kimi qeyd olunmuş şəxsə münasibətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsində qeyd edildiyi kimi, həmin cavabdehə qarşı yönələn tələb konkret olaraq göstərilməyibsə və ya, ümumiyyətlə, iş üzrə hər hansı şəxsin cavabdeh kimi göstərilməsi açıq-aşkar formaldırsa (həmin şəxsin mübahisəyə aidiyyəti iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə təsdiq olunmursa), məhkəmə ilk növbədə, iddia ərizəsinin Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən geri qaytarılması barədə məsələni müzakirə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki iddia tələbi üzrə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyinə, habelə, iş üzrə cavabdeh qismində qeyd edilmiş Cavabdeh İB-nin Lənkəran regional qaz istismar idarəsinin hazırki iş üzrə nə üçün cavabdeh olduğu iş materiallarından müəyyən edilmədiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilir ki, iddia ərizəsinin qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada və aidiyyət qaydalarına riayət etməklə yenidən məhkəməyə müraciət etməsinə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50, 149, 150, 152, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı X1 Cavabdeh Lənkəran regional qaz İstismar idarəsinə qarşı qazın məsrəfi ilə əlaqədar borcun ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(049)-2843/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-2843/2024
07.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver