Məhkəmə qərarları › İş №2(049)-2851/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2851/2023

23.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2851/2023 23.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X18 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X17 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi, Lənkəran Vəkil bürosunun vəkili Vəkil, cavabdeh X9, onun nümayəndəsi, Lənkəran Vəkil bürosunun vəkili X2 iştirakı ilə İddiaçı cavabdeh X11 qarşı mirasda payların müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə 23 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı miras əmlakın vərəsələr arasında bölünməsi tələbi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, rəsmi nikaha daxil olduqdan sonra cavabdeh “Hüseynova” soyadını qəbul etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.1975-ci il tarixdə X3 ilə rəsmi nikaha daxil olub ailə qurmuş və həmin münasibətdən 19.10. 1976-cı il tarixdə X5, xx.xx.1978-ci il tarixdə X7 və xx.xx.1985-ci il tarixdə X6 anadan olmuşdur. Oğlu Rüfət 03 mart 2016-cı il tarixdə Cavabdeh ilə ailə qurmuş və nikahlarını Lənkəran qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Rüfət xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Oğlu Rüfət Cavabdeh ilə ailə qurandan sonra cəmi 2 ay onun evində qalmış, daha sonra 7 il bir yerdə başqa ünvanda yaşamışlar. Sonradan ona məlum olmuşdur ki, onların uşaqları olmayacaq və uşağın olmaması cavabdehlə əlaqədardır. X20 ərizəsinə əsasən Lənkəran rayonu Şilavar bələdiyyəsinin 30 iyun 2007-ci il tarixli qərarı ilə 0,06 ha torpaq sahəsi verilmiş, həmin bələdiyyənin 09 iyul 2007-ci il tarixli aktı ilə həmin 0,06 ha ölçüdə həyətyanı torpaq sahəsini alqı- satqı yolu ilə oğluna satılmış, daha sonra həmin torpaq sahəsi 25 dekabr 2014-cü il tarixdə Dövlət Torpaq kadastrı kitabında A № 489591 - 1288 nömrə ilə qeydiyyata alınmışdır. Bundan başqa mərhum oğlu Rüfət Hüseynov 2012-ci ildə “Bank of Baku”-dan kredit götürərək özünə “Chevrolet Aveo” markalı avtomobil almışdır. Hesab edir ki, həm torpaq və həm də qeyd edilən avtomobil mərhum oğlundan miras qaldığından həmin miras əmlakdan pay almaq hüququ vardır. Dəfələrlə müraciət etsə də, cavabdeh oğlundan miras qalmış payını könüllü olaraq vermək istəmir. Bu səbəbdən də hazırkı iddia ilə məhkəməyə müraciət edir və miras əmlakın vərəsələr olaraq aralarında bölünməsini xahiş edir. Onu da bildirir ki, o, mərhum oğlu X1 miras qalmış mirasın vərəsələr olaraq aralarında bölünməsi ilə bağlı Lənkəran rayon notariat kontoruna müraciət etsə də, Lənkəran rayon 1 saylı Notariat Ofisinin verdiyi 17 may 2023-cü il tarixli 1283 nömrəli cavab məktubu ilə mirasın bölgüsü ilə əlaqədar vərəsələr arasında mübahisə olduğundan məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. Məhkəmənin nəzərinə çatdırır ki, miras əmlaka dair miras (pay) sahibi tərəfindən hər hansı bir şəxsin adına vəsiyyətnamə qoyulmamışdır. Belə olan halda da mübahisə predmeti olan miras əmlak vərəsələr arasında qanun üzrə vərəsəlik qaydasında bərabər qaydada bölünməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmədən mərhum oğlu X4 mülkiyyətində olmaqla ondan miras qalmış və Lənkəran rayonu Şilavar bələdiyyəsinin 30 iyun 2007-ci il tarixli qərarı və 25 dekabr 2014-cü il tarixdə Dövlət Torpaq kadastrı kitabında A № 489591 - 1288 nömrə ilə qeydiyyata alınmış 0,06 ha torpaq sahəsi və 16 avqust 2012-ci il tarixdə onun adına qeydiyyata alınmış “Chevrolet Aveo” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin müəyyən edilərək payların vərəsələr arasında bərabər qaydada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin azaldılmasına dair ərizə verərək məhkəmədən miras mülk olan “Chevrolet Aveo” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin müəyyən ediİərək payların vərəsələr arasında bərabər qaydada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək məhkəmədən miras mülk olan “Chevrolet Aveo” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı və onun nümayəndəsi ayrı-ayrılıqda iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etmişlər. Cavabdeh X14 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq “Chevrolet Aveo” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə payların müəyyən edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmədə cavabdeh X14 iddianı qəbul etdiyini, onun da payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə cavabdehin nümayəndəsi X8 da iddianı qəbul edərək cavabdehin də payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə tərəflərin və onların nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Baş DYPİ-nin xx.xx.2023-cü il tarixli cavabından görünür ki, “Chevrolet Aveo” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2012-ci il tarixdən mərhum X4 mülkiyyəti kimi dövlət qeydiyyatındadır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, mərhum X7 ilə Cavabdeh xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar və Aygün “Hüseynova” soyadını qəbuyl etmişdir. İş materiallarında olan Lənkəran rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, mərhum X4 atası X3, anası isə İddiaçıdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, mərhum X4 atası X3 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli xx-xx/2214 nömrəli və Lənkəran rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli 05/09İS/110124-23 nömrəli arayışlarından görünür ki, İddiaçı ailə üzvləri aşağıdakılardırlar:

1. əri X3 (vəfat etmişdir);

2. oğlu X5;

3. oğlu X7 (vəfat etmişdir);

4. qızı X6. Məhkəmə qeyd edir ki, işdə olan digər sənədlər işin həlli üçün əhəmiyyət kəsb etmədiklərindən, onların tədqiq etməsinə lüzum bilmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə görə, miras istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə tərindən qəbul edilir. Vərəsə miras açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirasın qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə, vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mübahisələndirilməyən hal ondan ibarətdir ki, iddiaçı digər vərəsə olan cavabdedehin də payının müəyyən edilməsini tələb etməklə, sonuncunun da miras əmlakı qəbul etdiyini təsdiq edir. Lakin, məhkəmə qeyd edir ki, iddiaçı öz payının müəyyən olunmasını tələb edə bilər. Cavabdehin payı o halda müəyyən edilə bilər ki, bunu cavabdeh özü tələb etmiş olsun. Məhkəmə iclasında cavabdeh onun da payının müəyyən olunmasını xahiş etmişdir. Buna görə də məhkəmə hesab edir ki, mərhum X1 miras qalmış avtomobil iki vərəsə, iddiaçı ilə cavabdeh arasında bölünməklə, həmin mirasda onların payları müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Məhkəmə iclasında müəyyən edildi ki, X4 birinci növbədə olan uşaqları olmamış, o, heç kimi övladlığa götürməmiş, arvadı X14 və valideyni İddiaçı sağ və salamatdırlar. Digər valideyni X3 isə ondan 14 il əvvəl vəfat etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, “Chevrolet Aveo” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2012-ci il tarixdə, cavabdehlə rəsmi nikaha daxil olmamışdan əvvəl mərhum X4 adına tam mülkiyyət hüququ əsasında rəsmiləşdirlmişdir. Buna görə də, məhkəmə hesab edir ki, X1 miras qalmış “Chevrolet Aveo” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsinə İddiaçı, digər 1/2 hissəsinə isə X9 payları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

NƏTİCƏ HİSSƏ:

Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddiaçı cavabdeh X11 qarşı mirasda payların müəyyən edilməsi tələbinə dair iddiası təmin edilsin. “Chevrolet Aveo” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsinə İddiaçı, digər 1/2 hissəsinə isə X9 payları müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar