Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2876/2022 12.12.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X5, ərizəçi: Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri” X15 10 saylı Lənkəran Ərazi İdarəsi olmaqla "hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 04 saylı qərarı ilə 0,07 hektar torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında JN-225A saylı (KOD ********), “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin X7 (aktda X2 yazılmışdır) və Ərizəçi1 (aktda X1 yazılmışdır) məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 1998-ci ildə ölkədə torpaq islahatının həyata keçirilən vaxt Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 04 saylı qərarı ilə 0.07 ha torpaq sahəsi Ərizəçi1 atası X8, anası İbadova (Əhmədova) Səmidə İbad qızı, bacıları Əhmədova (Feyzullayeva) Gülçin Qismət qızı və Əhmədzadə (Əkbərova) Həmidə Qismət qızının mülkiyyətinə verilmişdir. Bu barədə Torpağa mülkiyyətə verilməsinə dair JN-225A saylı (KOD ********) Şəhadətnamə tərtib olunaraq təqdim edilmişdir. Bu yaxınlarda torpaq sahəsinin sənədləşdirilməsi ilə əlaqədar müvafiq qeydiyyat idarəsinə müraciət etdik və həmin vaxt məlum olmuşdur ki, yuxanda qeyd olunan Lənkəran rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-225A saylı Şəhadətnamədə: X10 yazılmaq əvəzinə X9 yazılmışdır; Ərizəçi1 yazılmaq əvəzinə X6 yazılmışdır. Halbuki, doğum haqqında şəhadətnamələrində, şəxsiyyətləri təsdiq edən sənədlərdə və digər sənədlərdə soyad, ad olduğu kimi yazılmışdır. Göstərilən səbəblərdən lazımi rəsmiləşmənin aparılması mümkün olmamış və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Faktın müəyyən olunması torpaq sahəsinin sənədləşdirilməsi ilə əlaqədar lazımdır. Biz faktı başqa qaydada təsdiq etdirə bilmədiyi üçün hazırki ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Nikah bağlanandan sonra Səmidə İbadovanın soyadı Əhmədova soyadına, Gülçin Əhmədovanm soyadı Feyzullayeva soydına, Həmidə Əhmədzadənin soyadı Əkbərova soyadına dəyişdirilmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək həm öz adından, həm də etibarnamə üzrə anası-digər ərizəçi X3 adından məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri” X15 10 saylı Lənkəran Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 04 saylı qərarı ilə 0.07 ha torpaq sahəsi ırizəçi Ərizəçi1 atası X8, anası İbadova (Əhmədova) Səmidə İbad qızı, bacıları Əhmədova (Feyzullayeva) Gülçin Qismət qızı və Əhmədzadə (Əkbərova) Həmidə Qismət qızının mülkiyyətinə verilmişdir. Bu barədə Torpağa mülkiyyətə verilməsinə dair JN-225A saylı (KOD ********) Şəhadətnamə tərtib olunaraq təqdim edilmişdir İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 xx xxxxxx 1970-ci il tarixdə, Lənkəran rayonu, Seydəkərən kəndində doğulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış 285918 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 ilə X10 15 aprel 1988-ci il tarixdə naikah bağlanmış, 18 nömrəsi ilə qeydə alınmış və nikahdan sonra ərə Əhmədov, arvada Əhmədova soyadı verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi2 qızı xx xxxxxx 1970-ci il tarixdə Lənkəran rayonu, Seydəkəran kəndində doğulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış 366323 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi1 xx xxxxxx 1989-cu il tarixdə doğulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi1 xx xxxxxx 1989-cu il tarixdə doğulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 10 saylı Lənkəran Ərazi İdarəsinmim 28 iyul 2022-ci il tarixli, **********02 nömrəli məktubundan görünür ki, Ərizəçi1 məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış Azərbaycan Respublikası Lənkəran Şəhər İcra hakimiyyəti başçısının Kənameşə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 29 iyun 2022-ci il tarixli, 12-39/147 nömrəli arayışından görünür ki, Lənkəran rayon, Seydəkəran kənd sakini X4 adına olan JN 225 A, kod 80204028 saylı torpağa mülkiyyətə verilməsinə dair şəhadaətnamədə texniki səhv nəticəsində Ərizəçi2 adı “İbadova Samirə”, Ərizəçi1 adı “X6” yazılmışdır. X4 adında və təsərrüfatında “İbadova Samirə” “X6” adlı şəxslər yoxdur və yaşamamışdır İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış xx.xx.2022ci il traixli, 31991 nömrəli ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-nin 307.2.5-ci maddəsinin tələblərinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndində göstərilmişdir ki, MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Qərarın 6.2-ci bəndində qeyd edilmişdir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin qərarın 6.3-cü bəndinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 doğum haqqında şəhadətnanmə, şəxsiyyət vəsiqəsində ad soyadları “Ərizəçi1” və “Ərizəçi2” kimi göstərilsə də, Lənkəran rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-225A saylı Şəhadətnamədə: X10 yazılmaq əvəzinə X9 yazılmışdır; Ərizəçi1 yazılmaq əvəzinə X6 yazılmışdır. Bu səbəbdən sənədlər arasında uyğunsuzluq yaranmışdır. Məhkəmə aşağıda sadalanan şərtlərə əsaslanaraq, Torpağın mülkiyyətə verilməsinə dair JN-225A saylı Şəhadətnamənin Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsini mümkün hesab edir. Belə ki, Ərizəçi1 və Ərizəçi2 məxsus doğum haqqında şəhadətnamədə və nikah haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqəsində göstərilən “adı”, mübahisələndirilən şəhadətnamədəki “adı” ilə uyğun deyil, həmin şəxshadətnamə hüquq müəyyənedici sənəddir və ərizəçi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri” X15 10 saylı Lənkəran Ərazi İdarəsinə sənədlərdə olan səhvlərin aradan qaldırılması (düzəldilməsi) xahiş olunsa da, dövlət qurumu tərəfindən imtina cavabı verilmişdir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 307.2.5, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 04 saylı qərarı ilə 0,07 hektar torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında JN-225A saylı (KOD ********), “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin X7 və Ərizəçi1 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-2876/2022
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2876/2022
12.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver