Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2876/2023 25.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı1, onun vəkili Nümayəndə1, həmçinin cavabdeh təəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran rayon 1 saylı notariat kontorunun nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «miras əmlak üzərində payın müəyyən edilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri X4 miras qalmış və ünvan 1ində yerləşən 0,04 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə ½ hissədə X5, digər ½ hissədə isə hər biri 1/8 hissə pay olmaqla İddiaçı1, İddiaçı2 Nəzakət qızının, Cavabdeh1 Məmməd oğlu və Cavabdeh2 payının müəyyən edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AZ-1 №170384 saylı nikahın pozulması haqqında şəhadətnaməyə əsasən X12 ilə X13 arasında bağlanmış nikah 03 mart 2011-ci il tarixində pozulmuş və buna dair aktlar kitabında 35 № ilə qeyd aparılmışdır. Tərəflərin birgə nikahdan uşaqları xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh1 və xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh2 doğulmuşdur. Azərbaycan Respublikası Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli AZ-İ №771132 saylı nikah haqqına şəhadətnaməyə əsasən X12 və İddiaçı1 27 iyun 2012-ci il tarixində nikaha daxil olmuşlardır. Birgə nikahdan xx xxxxxx 2011-ci il təvəllüdlü İddiaçı2 doğulmuş və buna dair Azərbaycan Respublikası Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən 20 dekabr 2011-ci il tarixli AZ-İ1 № 803102 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən verilmiş xx.xx.2013-cü il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********54-10301 olan, Seriya RX 03 1 7173 saylı Çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən 0,16 ha torpaq sahəsindəki 0,04 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi X7 mülkiyyətindədir. Azərbaycan Respublikası Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 02 noyabr 2021-ci il tarixli AZ-İİ № 179455 saylı Ölüm haqqında şəhadətnaməyə əsasən X12 21 oktyabt 2021-ci il tarixində “ürək çatışmazlığı” səbəbindən ünvan 1ində ölmüşdür. Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Səpnəkəran kənd inzibati ərazi dairəsinin nümayəndəliyi tərəfindən verilmiş 22 aprel 2022-ci il tarixli 254 №li arayışdan bəlli olur ki, X2nun birgə yaşayan vərəsələri İddiaçı1, İddiaçı2, Cavabdeh1 və Cavabdeh2 olmuşdur. 22 aprel 2022-ci ildə İddiaçı1 tərəfindən Lənkəran rayonu 1 saylı notariat ofisinə reyesterdə 81-6318 qeydiyyata alınmış, **********318 saylı ərizə ilə müraciət edilərək bildirilmişdir ki, xx.xx.2021-ci il tarixində vəfat etmiş ərim X4 miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi səbəbi ilə vərəsəlik haqqında şəhadətnamə verilsin. Lənkəran rayon 1 saylı Notariat Ofisi tərəfindən İddiaçı1 ünvanlanmış 21 may 2022-ci il tarixli 1090 №-li məktubla bildirilmişdir ki, onlarla digər vərəsələr arasında mübahisə olduğundan mübahisənin həlli ilə bağlı müvafiq qaydada məhkəməyə müraciət edə bilərlər. X2 vəfat etdikdən sonra mərhumun birinci növbə vərəsələri İddiaçı1, İddiaçı2, Cavabdeh1 və Cavabdeh2 olsa da hazırda Cavabdeh1 və Cavabdeh2 vərəsəliyin qəbulu ilə bağlı mübahisə yaratdığından faktiki olaraq vərəsəlik işi açılması mümkünsüz olmuşdur. Hazırda miras əmlak kimi mübahisələndirilən 0,04 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi X12 ilə İddiaçı1 birgə nikah dövründə əldə edildiyindən həmin əmlaka münasibətdə İddiaçı1 ½ hissədə payının olması işinin mübahisəsiz halıdır. Digər 1/2 hissəsi isə birinci növbə vərəsələr kimi İddiaçı1, İddiaçı2, Cavabdeh1 və Cavabdeh2 bərabər pay həcmində bölünməli olsa da, faktiki olaraq tərəflər arasında bununla bağlı hazırda anlaşılmazlıq mövcuddur ki, nəticədə cavabdeh notariat kontoru tərəfindən vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Halbuki notariat ofisinin imtina əsassız olmuş, miras qalmış əmlaka münasibətdə qüvvədə olan mülki qanunvericiliyin tələbləri nəzərə alınmaqla İddiaçı1 payı 1/2 hissədə, digər 1/2 hissəsinə münasibətdə isə İddiaçı1, İddiaçı2, Cavabdeh1 və Cavabdeh2 payları olmaqla 1/8 hissədə məcburi pay müəyyən edilməli, buna müvafiq olaraq qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməlidir. Bundan başqa vərəsələr arasında miras əmlakda payların müəyyən edilməsi ilə bağlı mübahisə olduğundan və bu mübahisənin həll edilməsi səlahiyyəti isə notariat orqanlarının qanunvericiliklə müəyyən edilmiş təyinat və funksiyasından kənar olduğundan hüquqi mübahisələrin həlli yeri kimi məhkəmələrdə iddia qaldırılmalı və iddia icraatı qaydasında həll edilməlidir. Eyni zamanda X2 öldükdən sonra ünvan 1i ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evind İddiaçı1 Yusibəli qızı və birgə nikah dövründə doğulmuş İddiaçı2 sahiblik etməklə faktiki olaraq yaşayır və həmin əmlakın idarəedilməsini faktiki olaraq həyata keçirir. Lakin hazırda digər vərəsələr Cavabdeh1 və Mahmudov X11 Nəzakət Yusibəli qızına və İddiaçı2 maneələr yaratmaqla bərabər onların əmlakın idarəetməsinə məhdudiyyətlər qoymaqla bərabər fiziki güc tətbiq edir. Nəzərə alınmalıdır ki, hazırda payı hissəsi mübahisələndirilən daşınmaz əmlak mərhum X9 ilə İddiaçı1 birgə nikah dövründə əldə edildiyindən AR Mülki Məcəlləsinin 1162-ci və AR Ailə Məcəlləsinin 32-ci maddəsi tətbiq edilməklə ½ hissədə payı məüyyən edildikdən sonra yerdə qalan ½ hissəyə münasibətdə isə digər vərəsələrlə birlikdə 1/8 hissədə pay müəyyən edilməlidir. Bu baxımdan İddiaçı1 mirasda ½ hissədə payının olması işin mübahisəsiz haldır. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsini müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat vermiş, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsini müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat vermiş, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 vəkili Nümayəndə1 iddia ərizəsini müdafiə edib, ərizədə göstərilənlərə uyğun çıxış etmiş, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh təəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran rayon 1 saylı notariat kontorunun nümayəndəsi Nümayəndə2 iddia ilə bağlı qanunuyğun qaydada qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş İddiaçı2, habelə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Cavabdeh1 ünvanlanmış məhkəmə bildirişlərinin yerləşdiyi zərfin üzərinə «bu ünvanda yaşamır» qeydi yazılaraq məhkəməyə geri qaytarılmış, daha sonra məhkəmə bildirişləri sonuncuya təqdim edilməsi üçün yaşayış yeri üzrə Lənkəran ŞİHB-nın Yuxarı Nüvədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələrinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddələriinə əsasən işə İddiaçı2, habelə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Lənkəran rayonu Yuxarı Nüvədi kəndində yaşayan İddiaçı1 Yubəli qızının əri X12 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Lənkəran rayonu Yuxarı Nüvədi kəndi olmuş və arvadı İddiaçı1, qızı - İddiaçı2, oğlu - Cavabdeh1 və oğlu - Cavabdeh2 vərəsələri ilə birgə yaşamışdır. Nikahın haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X12 və İddiaçı1 xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikah 447 saylı akt qeydi ilə qeydə alınmışdır. Nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X12 və X13 xx.xx.2011-ci il tarixdə, 35 saylı akt qeydi ilə nikahları pozulmuşdur. AZ-İİ № 179455 saylı ölüm haqqında olan şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı2 xx xxxxxx 2011-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Anası İddiaçı1, atası X8r. Lənkəran ŞİHB-nın Səpnəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı1 mərhum həyat yoldaşının oğlanları Cavabdeh2 və Mahmudov X1 inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təsərüfatbaşı kitabında ayrı təsərüfatdadırlar. Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2013-cü il qeydiyyat tarixli Çıxarışdan və «Texniki Pasport»dan görünür ki, Lənkəran rayonu Yuxarı Nüvədi kəndində ümumi sahəsi 274.5 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X12, həmin fərdi yaşayış evinin altında yerləşən 0,16 ha torpaq sahəsinin 0,04 ha hissəsi X7, 0,04 ha hissəsi X10, 0,04 ha hissəsi X6 və 0,04 ha hissəsi Cavabdeh2 mülkiyyətindədir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmiş işin mübahisələndirilməyən hallarından görünür ki, İddiaçı1 ilə X2 xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş, onların birgə nikahından xx xxxxxx 2011-ci il tarixdə İddiaçı2 doğulmuşdur. Bundan sonra xx.xx.2013-cü il tarixdə Lənkəran rayonu Yuxarı Nüvədi kəndində ümumi sahəsi 274.5 kv.m olan fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsi X7 adına qeydə alınmış, X12 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən: 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.);https://eqanun.az/framework/46946 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 37.1-ci maddəsinə görə ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Lənkəran rayonu Yuxarı Nüvədi kəndində ümumi sahəsi 274.5 kv.m olan fərdi yaşayış evi birgə nikah dövründə əldə edildiyindən həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququ üzrə İddiaçı1n ½ hissə payı vardır və digər ½ hissəyə X2nun mülkiyyətində olmuşdur. Məhkəmə miras əmlak üzərində payların müəyyən edilməsi ilə əlaqədar aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 5-ci hissəsinə əsasən Dövlət vərəsəlik hüququna təminat verir. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qeyd olunan Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Qeyd olunan hüquq normalarının məzmunun hazırki iş üzrə tətbiq etdikdə müəyyən edilir ki, X12 xx.xx.2021-ci il tarixdə ölmüş, öldükdən sonra onun mülkiyyətində Lənkəran rayonu Yuxarı Nüvədi kəndində ümumi sahəsi 274.5 kv.m olan fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ üzrə ½ hissədə miras əmlakı qalmışdır. Məhəmməd Mahmudovun arvadı İddiaçı1, uşaqları - İddiaçı2, Cavabdeh1 və Cavabdeh2 adlı birinci növbə vərəsələri vardır. Həmin vərəsələr miras qoyan öldükdən sonra miras əmlak olan Lənkəran rayonu Yuxarı Nüvədi kəndində ümumi sahəsi 274.5 kv.m olan fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsini faktiki olaraq qəbul etmiş və orada yaşamışlar. Belə olan halda miras əmlak olan - Lənkəran rayonu Yuxarı Nüvədi kəndində ümumi sahəsi 274.5 kv.m olan fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsinin ½ hissəsi üzərində vəsərələr - arvadı İddiaçı1, uşaqları - İddiaçı2, Cavabdeh1 və Cavabdeh2 hər birisinin ¼ hissə payı yaranmışdır. Qeyd olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Lənkəran rayonu Yuxarı Nüvədi kəndində yerləşən ümumi sahəsi 274.5 kv.m olan fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsinin üzərində İddiaçı1 5/8 hissə (1/2 + (1/2x1/4)), İddiaçı2 1/8 hissə (1/2x1/4), Cavabdeh1 1/8 hissə (1/2x1/4) və Cavabdeh2 1/8 hissə (1/2x1/4) payı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Lənkəran rayonu Yuxarı Nüvədi kəndində yerləşən ümumi sahəsi 274.5 kv.m olan fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququ üzrə İddiaçı1 5/8 hissə, İddiaçı2 1/8 hissə, Cavabdeh1 1/8 hissə və Cavabdeh2 1/8 hissə payı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkaran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-2876/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2876/2023
25.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver