Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2930/2022 22.11.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi: X6, iddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı Lənkəran X11 İdarəsi tərəfindən qanunsuz tərtib edilmiş aktın ləğv edilməsi və əsassız olaraq müəyyən olunmuş cərimənin silinməsini tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə mürciət edərək “Azəriqaz” X2 X11 İdarəsi tərəfindən qanunsuz tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və əsassız olaraq müəyyən olunmuş 5666 kub metr qaz itkisinə görə hesablanmış 1133 manat miqdarında cərimənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum əri X5 qaz istehlakçısı olub. İstifadəsində olan qaz sayğacı Lənkəran rayonu, Gərmətük qəsəbəsi ünvanında yerləşən onlara məxsus fərdi yaşayış evinin qaz təminatı xətti üzərində Lənkəran X11 İdarəsinin Lənkəran Xidmət Sahəsi tərəfindən G-4 markalı, 10583011 saylı qaz sayğacı quraşdırılmışdır. O, həmin qaz sayğacı vasitəsi ilə istehlak edilmiş qazın dəyərini ödəyirmiş. xx.xx.2018-ci il tarixdə Lənkəran X11 İdarəsinin Lənkəran Xidmət Sahəsi tərəfindən onun iştirakı ilə sayğaca baxış keçirilmiş və sayğacın istismar müddətinin 5-ci ili ötdüyünə görə yeni sayğacın quraşdırılması niyəti ilə G-4 markalı, 10583011 saylı qaz sayğacı sökülmüşdür. X7 Qaz İstismarı İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş aktda qeyd olunub ki, sökülən sayğacın yararlı halda qəbul edildiyi qeyd olunsada güya o akta imza etməkdən imtina etmişdir. Bundan başqa həmin sayğacın labaratoriyada yoxlanmasından aşkarlanmışdır ki, güya sayğasa qanunsuz olaraq müdaxilə olunmuş və illərdir ki, qanunsuz yolla istifadə edilmiş və tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktda onun 1 ədəd PQ-4 qaz avadanlığı və dəmir peç işlədilməsini qeyd edilərək 5666 kub metr qaz sərfiyyatının itirilməsi qanunsuz olaraq rəsmiləşdirilmişdir. Sözügedən qaz sayğacı onun evindən 30 metr aralıda olmasını (yəni qaz sayğacına qanunsuz müdaxilənin qeyri mümkünlüyünü), məhkəməyə təqdim etdiyi **********08680 saylı abunə kodlu hesabdan çıxarışında qeyd olunduğu kimi, o hər ay öz borcunu vaxtı-vaxtında ödəməsini, məhkəmə iclas zalına bu halla bağlı şahidlərin gətirilməsini nəzərə alaraq, Lənkəran X11 İdarəsi tərəfindən qanunsuz tərtib edilmiş ******* saylı, xx.xx.2018-ci il tarixli aktın və əsassız olaraq müəyyən olunmuş 5666 kub metr qaz itkisinə görə hesablanmış 1133,0 manat miqdarında cərimənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, 28 mart 2018-ci il tarixdə əri Elman Məmmədov vəfat etmişdir. 30 mart 2018-ci il tarixdə mərhum əri X1 yas mərasimi zamanı qaz sayğacına pul yükləsə də, sayğac koda düşmüşdür. Həmin vaxt məclis olduğundan və yasa gələn camaata yemək verilməli olduğuna görə orada olan oğlanlardan iki nəfər qaz sayğacını sökərək yerə qoymuş və plastmas boru ilə yemək bişirmək üçün olan qaz sobası birbaşa qaz xəttinə qoşmuşdur. Bir müddət sonra isə qaz idarəsinin əməkdaşları gələrək kənar xəttdən istifadə edildiyini bildirib onun qaz xəttini kəsmişlər. O, qaz pulunu vaxtında ödəsə də, ona yenidən cərimə hesablanmışdır. Məhkəmədən aktın ləğv edilməsi və cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh “Azəriqaz” İstehsalat Birliyi heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmədə elan edilməklə araşdırılmış X12 İstismar İdarəsinin təsdiq etdiyi təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018ci il tarixli, ******* saylı Aktın surətindən görünür ki, Lənkəran rayonu, Gərmətük qəsəsbəsində fərdi evdə olan sayğacdan kənar qeyri qanuni olaraq qazadan istifadə etdiyi üçün kənar xəttin ləğv edilməsi və cərimə hesablanması müəyyən edilmişdir. İş materiallarında olan məhkəmədə elan edilməklə araşdırılmış 25 aprel 2018-ci il tarixli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş aktın tələbnaməsindən görünür ki, Lənkəran rayonu, Gərmətük qəsəbəsində yaşayan X3 məxsus sayğacdan kənar qazdan qeyri-qanuni istifadə etdiyi müəyyən edildiyi üçün 5666 m3 itirilmiş qaza görə cərimə hesablanmışdır. İş materiallarında olan məhkəmədə elan edilməklə araşdırılmış **********0008680 nömrəli abonent saldosundan görünür ki, abonent X3 2018-ci il üçün 1133.20 manat borc hesablanmışdır. İş materiallarında olan məhkəmədə elan edilməklə araşdırılmış 04 oktyabr 2022-ci il tarixli, 3153 nömrəli arayışdan görünür ki, X5 28 mart 2018-ci il tarixdə kardiogen şokdan ölmüşdür. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 23 aprel 2018-ci il tarixdə Lənkəran rayon, Gərmətük qəsəbəsində abonent X4 məxsus sayğaca kənar müdaxilə müəyyən edilmiş və bu barədə akt tərtib edilməklə sayğacdan kənar xətt ləğv edilmişdir. İş materillarına sayğacın fotoşəkli əlavə edilmişdir. Göstərilən hal, yəni sayğacdan kənar qazdan istifadə iddiaçının məhkəmədə verdiyi izahatı ilə də tam təsdiq olunur. Belə ki, iddiaçı məhkəmədə qaz sayğacının tamamilə çıxarıldığını və qazdan sayğacdan kənar istifadə edilməklə 30 mart 2018-ci il tarixdə yas mərasimi üçün yemək bişirilməsi üçün qaz sobasınadan istifadə edildiyini göstərmişdir. İşin göstərilən halları işdə iştirak edən iddiaçının izahatı, bunu tamamlayan iş materiallarında olan və məhkəmədə tədqiq edilmiş digər sübutlarla tam təsdiq olunur. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək qeyd edir ki, iddiaçı tərəfindən qazdan sayğacdan kənar istifadə edilməsinə görə tərtib edilmiş aktı təkzib edə biləcək sübut təqdim edilməmişdir. MPM-nin 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 8 və 9-cü bəndlərində göstərilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Qazdan istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. MPm-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. “Azəriqaz” X2 X13 İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş xx.xx.2018-ci il tarixli, ******* saylı aktı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-2930/2022
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2930/2022
22.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver