Məhkəmə qərarları › İş №2(049)-2939/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2939/2024

25.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2939/2024 25.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4.690 (dörd min altı yüz doxsan) manat və ödənilmiş 67 (altmış yeddi) manat dövlət rusumunun tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1980-cı il tarixində Lənkəran rayonun Digah kəndində anadan olmuşdur və hazırda həmin ünvanda qeydiyyatdadır və yaşıyır. Lənkəran şəhər sakini və ona qohumluq əlaqəsi olan Cavabdeh xx.xx.2024-cü il tarixində şəxsi bank kartına 4.740 manat pul göndərərmiş və o, 15 iyul 2024-cü il tarixində istifadəsində olan **-YF-*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı, Chevrolet Cruze markalı avtomobili Bakı şəhərindən gətirib ona vermişdir. O, 16 iyul 2024-cü il tarixində maşına tam yoxlanış etdikdən sonra maşının bərbad vəziyyətdə olduğunu görüb. Maşın onu qane etmədiyindən o, Cavabdeh zəng edərək maşını gəlib götürməsini tələb edib. Cəmil maşını qısa zamanda geri götürəcəyini bildirmişdir. Ona dəfələrlə bildirdirmişdir ki, pulunu geri qaytarsın və ona dəymiş ziyan ödənilsin. Cavabdeh dayısı nəvəsi olduğundan və ona inandığından onun belə bir hərəkət etməsini gözləmirmiş. Sonradan Cavabdeh xx.xx.2024-cü il tarixində maşını ondan təhvil alıb Bakı şəhərinə aparmışdır. Cəmil onu aldatmışdır. Belə ki, ona bildirmişdir ki, maşın Fəxrəddin adlı bir şəxsin mülkiyyətindədir və maşını dəyişmək istəyir. Lakin o, 15 iyul 2024-cü il tarixdə maşının sənədlərinə baxanda görub ki, maşın Legion Finansial ASC-nin mülkiyyətindədir. Cəmil onun etibarından və qohumluq əlaqəsindən istifadə edərək, ondan 12 iyul 2024-cü il tarixində pul almış və maşını 15 iyul 2024-cü il tarixdə gətirib gecə ilə ona vermişdir. Onun Cəmil ilə hər hansı rəsmi razılaşması və ya öhdəliyim olmamışdır. Ona dəfələrlə etdiyi şifahi xəbərdarlıqlar, özünə etdiyi zənglər və mobil nömrəsindəki vatsap sistemindəki nömrəsinə yazdığı mesajların dəymiş ziyanın qaytarmasında heç bir faydası olmamışdır. Məcburiyyət qarşısında qalıb qanunla müəyyən edilmiş qaydada məsələnin məhkəmə qaydasında həll edilməsi qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Cavabdeh ona hazırda 4690 manat borcu qalmışdır. Cəmil ona bildirir ki, maşın satıldıqdan onun pulunu qaytaracaqdır. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X1 izahat verərək bildirmişdir ki, iddianı qəbul edir. Belə ki, həqiqətən də qohumu olan İddiaçı 2024-cü ilin iyul ayında ona avtomobil almaq istədiyini bildirərək, onun üçün avtomobil tapmağı xahiş etmişdir. O, da Elnur üçün Chevrolet markalı avtomobil taparaq ona təklif etmişdir. Avtomaşının satışı ilə əlaqadar Elnur onun bank kartına 4690 manat vəsait ödəmişdir və o, da avtomobili ona təhvil vermişdir. Bir gündən sonra Elnur həmin avtomobili ona qaytararaq almaq istəmədiyini bildirmiş və pulunu geri tələb etmişdir. O, Elnurdan həmin avtomobili alaraq, avtosalonda satışa qoymuşdur. Avtomobil hazıradək satılmadığına görə Elnurun pulunu qaytara bilmir. Həqiqətən də Elnura 4.690 manat borcu vardır. Lakin iddia tələbində ondan tələb edilən 4.690 manat pulu iddiaçıya maşın satılmadığına görə ödəyə bilmi. Həmin pulun hissəhissə ödənilməsinə razıdır. Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan ********* nömrəli xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddia tələbi ilə əlaqadar 67 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Nəzərə alınmalıdır ki, MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Habelə MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Mülki Prosessual Məcəlləsinin 52.2 maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin məcəllənin 106.3 maddəsinə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Göründüyü kimi, Cavabdeh məhkəmə iclasındakı izahatında ona qarşı iddia tələbini etiraf etmişdir. Bu səbəbdən İddiaçı iddia tələbinə dair sübut etmə vəzifəsindən azad edilir. Nəzərə alınmalıdır ki, MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilərək, 4.690 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə, məhkəmə xərclərinə dair hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 67 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tələblərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 4.690 (dörd min altı yüz doxsan) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 67 (altımış yeddi) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar