Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2960/2023 07.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, katib Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı aktın və qanunsuz hesablanmış cərimənin ləğv edilməsi tələbinə dair mülki işə Lənkəran rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia qaldıraraq, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən mərhum X2 adına yazılmış təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın ləğv edilməsi, həmin aktla ona hesablanmış 1555 manat 20 qəpik cərimə məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclas baxışında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, Lənkəran rayonu, Boladi kəndində yaşayan onun mərhum atası X2 adında olan **********02500 saylı abonent kodu ilə “Azəriqaz” X1 Regional Qaz istismarı İdarəsində (bundan sonra “Azəriqaz” İB Lənkəran RQİİ) təbii qaz istehlakçısı kimi qeydiyyatda olmuşdur. ( onun atası X4 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir.). Onun atası vəfat edəndən sonra həmin evdə o və yaşlı anası yaşamağa davam etdikləri üçün rəhmətlik atasının adına olan kodla (kod heç vaxt dəəyişmir) onunla “Azəriqaz” X1 Regional Qaz istismarı İdarəsi arasında xx.xx.2023-cü il tarixli, qazın istehlakı ilə bağlı , XS-42-01582/23 saylı müqavilə bağlanmışdır. Müqavilə bağlandıqdan bir neçə gün sonra Boladı kəndinin (qaz üzrə) nəzarətçi çilingəri ona bildirərək qeyd etmişdir ki, qaz istismarına görə xx.xx.2023-cü il tarixdə rəhmətli atasına yazılmış cərimə məbləği onunla müqavilə bağlandıqdan sonra onun adına keçmiş və həmin cərimə borcunu o ödəməlidir. O, “Azəriqaz” X1 Regional Qaz istismarı İdarəsindən rəhmətlik atasının adına yazılmış cərimə sənədlərinin, onunla qaz idarəsi arasında bağlanmış qazın alqı-satqısı barədə müqavilənin və “Abonenet Saldosu” cədvəlinin təsdiq edilmiş surətlərini almışdır. Bu sənədlərdən aşkar edilmişdir ki, atasının ölümündən iki ay sonra atasına yazılmış qanunsuz və əsasız cərimə onunla qaz idarəsi arasında xx.xx.2023-cü il tarixdə bağlanmış müqaviləyə əsasən onun adına keçmişdir. Bütün istehlakçıların qaz sayğacları kimi onun da adına olan qaz sayğacı həmiş\ə küçə ərazisində olmuş və hal-hazırda da küçə ərazisindədir. Ona görə də qaz sayğacının mühavizəsi istehlakçıya aid deyildir. Buna baxmayarak, “Azəriqaz” İstehsalat Birliyi onun atası X3 xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib etmiş, həmin aktla ona 1555,2 manat cərimə hesablanmışdır. Bu da “Qaz təchizatı haqqında qanunun” , “Qazdan istifadə qaydaların” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının və həmdə istehlakçı ilə bağlanılan qazın alqı-satqısı barədəki müqavilənin tələblərinə görə qanunsuz və əsassızdır. Bu səbəbdən o, tərtib edilmiş aktın və hesablanmış cərimənin qanunsuz və əsassız olmasını nəzərə alaraq, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən mərhum X2 adına yazılmış təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli qanunsuz və əsasız aktın ləğv edilməsi, həmin aktla ona hesablanmış, sonradan həmin ünvan üzrə onun (yeni istehlakçı İddiaçı) adına keçirilmiş 1555 manat 20 qəpik cərimə məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmə baxışında elan edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” kı aktda istehlakçı olaraq X3 evinin qaz təzhizatı xətti üzərində olan ******* nömrəli köhnə qaz sayğacı növbəti dövlət yoxlaması səbəbindən çıxarılmış və yerinə **********8 nömrəli təzə qaz sayğacı quraşdırlmışdır. Köhnə qaz sayğacının üzərində hər hansı bir müdaxilə halı olmadığından tərtib edilmiş aktın 6-cı və “digər qeydlər” bölümündə sayğaca müdaxilə halı barədə hər hansı bir qeyd edilməmişdir. Abonenet İddiaçı sayğac dəyişdirilməsi üçün çıxarılarkən iştirak etmədiyindən və akt rəhmətlik atasının adına rəsmiləşdirildiyindən həmin akta imza etməkdən imtina etmişdir. İş materiallarında olan məhkəmə baxışında elan edilmiş abonent saldosundan görünür ki, İddiaçı yaşadığı evə xx.xx.2023-cü il tarixdə “Zenner G2.5T mexanika” markalı qaz sayğacı quraşdırılmış akt üzrə qalıq borc olaraq 1555,2 manat borc göstərilmişdir. İş materiallarında olan məhkəmə baxışında elan edilmiş rəydən görünür ki, dövlət laboratoriya aktının 22-ci sırasında ******* nömrəli qaz sayğacı üzrə sayğasın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqçıqlarında əzik-sızıq izlərinin olması və sayğacın istismara yararsız olması haqda rəy verilmişdir. Həmin rəy üzrə müdaxilənin kimin tərəfindən törədilməsi və həmin müdaxilənin qaz itkisinə və hər hansı müdaxiləyə səbəb olması barədə qeyd edilməmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı rəhmətlik atası X2 adında olan **********02500 saylı abonent kodu ilə “Azəriqaz” X1 Regional Qaz istismarı İdarəsində (bundan sonra “Azəriqaz” İB Lənkəran RQİİ) təbii qaz istehlakçısı kimi qeydiyyatda olmuşdur. ( onun atası X4 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir.). Onun atası vəfat edəndən sonra həmin evdə o və yaşlı anası yaşamaqla davam etdikləri üçün rəhmətlik atasının adına olan kodla (kod heç vaxt dəəyişmir) onunla “Azəriqaz” X1 Regional Qaz istismarı İdarəsi arasında xx.xx.2023-cü il tarixli, qazın istehlakı ilə bağlı , XS-42-01582/23 saylı müqavilə bağlanmışdır. Müqavilə bağlandıqdan bir neçə gün sonra Boladı kəndinin (qaz üzrə) nəzarətçi çilingəri ona bildirərək qeyd etmişdir ki, qaz istismarına görə xx.xx.2023-cü il tarixdə rəhmətli atasına yazılmış cərimə məbləği onunla müqavilə bağlandıqdan sonra onun adına keçmiş və həmin cərimə borcunu o ödəməlidir. O, “Azəriqaz” X1 Regional Qaz istismarı İdarəsindən rəhmətlik atasının adına yazılmış cərimə sənədlərinin, onunla qaz idarəsi arasında bağlanmış qazın alqı-satqısı barədə müqavilənin və “Abonenet Saldosu” cədvəlinin təsdiq edilmiş surətlərini almışdır. Bu sənədlərdən aşkar edilmişdir ki, atasının ölümündən iki ay sonra atasına yazılmış qanunsuz və əsasız cərimə onunla qaz idarəsi arasında xx.xx.2023-cü il tarixdə bağlanmış müqaviləyə əsasən onun adına keçmişdir. Bütün istehlakçıların qaz sayğacları kimi onun da adına olan qaz sayğacı həmiş\ə küçə ərazisində olmuş və hal-hazırda da küçə ərazisindədir. Ona görə də qaz sayğacının mühavizəsi istehlakçıya aid olmadığına baxmayarak, “Azəriqaz” İstehsalat Birliyi onun atası X3 xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib etmiş, həmin aktla ona 1555,2 manat cərimə hesablanmışdır. Bundan başqa dövlət laboratoriya aktının 22-ci sırasında ******* nömrəli qaz sayğacı üzrə sayğasın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqçıqlarında əzik-sızıq izlərinin olması və sayğacın istismara yararsız olması haqda rəy verilmişdir. Həmin rəy üzrə müdaxilənin kimin tərəfindən törədilməsi və həmin müdaxilənin qaz itkisinə və hər hansı müdaxiləyə səbəb olması barədə qeyd edilməmişdir. İşin göstərilən halları işdə iştirak edən iddiaçının izahatı, bunu tamamlayan iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş digər sübutlarla tam təsdiq olunur. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək qeyd edir ki, qaz sayğacına müdaxilə edilməsi əsası ilə istehlakçıya borc hesablanmasına dair qərar qəbul etmiş cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsi məhkəmə iclasında həmin müdaxilənin konkret olaraq məhz istehlakçı tərəfindən edilməsini sübut edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə qaz sayğacına konkret olaraq istehlakçı tərəfindən olunması müəyyən edilə bilməz. Belə ki, iddiaçının təsərrüfatına aid olan sözügedən qaz sayğacı onun təsərrüfatı daxilində yox, küçədə quraşdırılmışdır ki, belə olan halda da həmin sayğaca kənar şəxslərin müdaxiləsi də istisna deyildir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 8 və 9-cü bəndlərində göstərilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qazdan istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 4.9-cü bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin qərarın 4.2, 4.7, 4.8 və 6.7-ci bəndlərinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin normalarda imperativ qaydada müəyyən olunmuşdur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablamalıdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, qərarın qəbul edilməsi üçün əsas olmuş hallar cavabdeh təşkilat tərəfindən sübut edilmədiyindən iddia təmin edilməli, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən mərhum X2 adına yazılmış təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt ləğv edilməli, həmin aktla mərhum X3 hesablanmış, sonradan həmin ünvan üzrə yeni istehlakçı İddiaçı adına keçirilmiş 1555,2 manat cərimə məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən mərhum X2 adına yazılmış təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt ləğv edilsin. xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktla mərhum X3 hesablanmış, sonradan həmin ünvan üzrə yeni istehlakçı İddiaçı adına keçirilmiş (abonent kodu: **********02500) 1555,2 manat cərimə məbləğində borc silinsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-2960/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2960/2023
07.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver