Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-2973/2024 22.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi: X1, iddiaçının nümayəndəsi və vəkili: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən istifadə edilməsi hüququna pul kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “evdən istifadə edilməsi hüququna pul kompensasiya ödənilməsi yolu ilə xitam verilmsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etmədiyini və rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü digər iş olduğundan, işlər birləşdirilməlidir. Belə ki, məhkəmənin icraatında olan 2(049)-2772/2024 nömrəli mülki işdən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “qanun üzrə vərəsəlik hüququ şəhadətnamənin etibarsızlığı çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi xx.xx.2024-cü il tarixdə icraata qəbul edilmiş və hal-hazırda Lənkəran Rayon Məhkəməsinin hakimi Anar Pənahovun icraatındadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Göründüyü kimi, Lənkəran Rayon Məhkəməsinin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü, bir-biri ilə əlaqəli iki mülki iş vardır və məhkəmə hesab edir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün həmin işlərə bir icraatda baxılması məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “evdən istifadə edilməsi hüququna pul kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi” tələbinə dair 2(049)-2973/2024 saylı mülki iş iddiaçı Cavabdeh İddiaçı qarşı “qanun üzrə vərəsəlik hüququ şəhadətnamənin etibarsızlığı çıxarışın ləğv edilməsi” tələbinə dair 2(049)- 2772/2024 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməli, birləşdirilmiş mülki iş üzrə 2(049)-2772/2024 qeydiyyat nömrəsi saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169, 263 və 264-cü maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı “evdən istifadə edilməsi hüququna pul kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi” tələbinə dair 2(049)-2973/2024 saylı mülki iş iddiaçı Cavabdeh İddiaçı qarşı “qanun üzrə vərəsəlik hüququ şəhadətnamənin etibarsızlığı çıxarışın ləğv edilməsi” tələbinə dair 2(049)-2772/2024 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Birləşdirilmiş mülki iş üzrə 2(049)-2772/2024 qeydiyyat nömrəsi saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-2973/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-2973/2024
22.10.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver