Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3041/2023 02.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Borclu qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC cavabdeh Borclu qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli, MAS 5534 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, xx.xx.2022-ci il tarixli, MAS-5534 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2023-cü il tarixə 1208,35 manat gecikdirilmiş əsas, 511,45 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 214,49 manat dəbbə pulu, cəmi 1934,29 manat borc və eləcədə ödənilmiş 100,4 manat dövlət rüsumu cavabdeh Borclu alınaraq, İddiaçı MMCnin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsalandırılmışdır ki, İddiaçı MMC ilə iş üzrə X2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli MAS-5534 saylı "Daxili lizinq” müqaviləsinə əsasən 2021ci il buraxılış ili olan, “Khazar LX” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsinin” ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (əlavə 3) əsasən lizinq alan illik 19 faiz hesablanmaqla 28 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 430,1 manat, ümumilikdə isə 12043 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 12043 manat məbləğin 9667 manatı əsas məbləğ təşkil edir. Cavabdeh Borclu MAS-5534 saylı “Daxili lizinq” müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə ümumilikdə 1934,29 manat borcu yaranmışdır. 02.02.202-ci il tarixli “Öhdəliklərin ötürülməsi” müqaviləsindən görünür ki, fiziki şəxs X2, X10 və İddiaçı MMC arasında MAS-5534 saylı “öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış, və xx.xx.2022-ci il tarixli MAS-5534 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Z.Əzimov öz üzərinə götürmüş, xx.xx.2023-cü il tarixli “Öhdəliklərin ötürülməsi” müqaviləsindən görünür ki, fiziki şəxs X10, X5 və İddiaçı MMC arasında MAS-5534 saylı “öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış, və xx.xx.2022-ci il tarixli MAS-5534 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri R.İsmayılov öz üzərinə götürmüş və 15.02.202-ci il tarixli “Öhdəliklərin ötürülməsi” müqaviləsindən görünür ki, fiziki şəxs X5, Borclu və İddiaçı MMC arasında MAS-5534 saylı “öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış, və xx.xx.2022-ci il tarixli MAS-5534 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Borclu öz üzərinə götürmüşdür. Sonradan İddiaçı MMC “iddia tələbinin dəqiqləşdirilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, “Azərmaş" MMC-nin mülkiyyətində olan Borclu müvəqqəti istifadəsinə verilmiş “Khazar LX" minik markalı. **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil yararsız vəziyyətdə 09 avqust 2023-cü il tarixdə lizinq şirkətinin Bakı şəhərində yerləşən müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 10163.06 manat məbləğində ziyan dəmişdir. "Daxili lizinq" müqaviləsinə əsaən lizinq obyekti olan avtomobilin dəyəri 9667 manat məbləğində müəyyən edilmişdir. Qüsur aktından göründüyü kimi avtomobilin bərpa edilməsi üçün çəkilən xərc 70 % çox olduğundan avtomobil tam yararsız kimi qimətləndirilmişdir. Borclu "Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektin duracağa yerləşdirirldiyi 09 avqust 2023-cü il tarixə borcu əsas məbləğ üzrə 8532.24 manat və mükafat məbləği üzrə 611.95 manat, dəbbə borcu üzrə 665.24 manat, ümumilikdə 9809.43 manat təşkil edir. Qeyd olunanlardan göründüyü kimi iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. "xxxx" MMC ilə bağlanmış 14 noyabr 2022-ci il tarixli MAS-5534 saylı "Daxili lizinq" müqaviləsi ləğv edilməsi, cavabdeh Borclu 14 noyabr 2022-ci il tarixli MAS- 5534 saylı “Daxili lizinq" müqaviləsi üzrə lizinq obyektinin məhv olma 09 avqust 2023-cü il tarixə 8532.24 manat əsas., 611.95 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 665.24 manat dəbbə pulu, ümumilikdə 9809.43 manat borc və ödənilmiş 118.10 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə işin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərildiyinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər, beləki İddiaçı MMC-nin nümayəndəsi tərəfindən işə iştirakı olmadan baxılaraq, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsi barədə ərizəsi məhkəməyə daxil olmuşdur. Məhkəmə, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Cavabdeh Borclu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, aşağıda göstərilən səbəblərə görə iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə olunmuş 14 noyabr 2022-ci il tarixli MAS-5534 saylı daxili lizinq müqaviləsindən və onun 1 saylı əlavəsindən görünür ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış müqaviləyə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan “Khzar LX” markalı, **- PR-*** dövlət qeydiyyat nişanlı avtomobil 9.667 manat məbləğinə müvəqqəti lizinqə verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Lizinq Obyektinin təhvil-təslim aktından görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan “Khzar LX” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 təhvil verilmiş və o, avtomobili qəbul edərək təhvil almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli “Öhdəliklərin ötürülməsi” müqaviləsindən görünür ki, fiziki şəxs X2, X10 və İddiaçı MMC arasında MAS-5534 saylı “öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış, və xx.xx.2022-ci il tarixli MAS-5534 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Ziya Əzimov öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli “Öhdəliklərin ötürülməsi” müqaviləsindən görünür ki, fiziki şəxs X10, X5 və İddiaçı MMC arasında MAS-5534 saylı “öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış, və xx.xx.2022-ci il tarixli MAS-5534 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Rasim İsmayılov öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli “Öhdəliklərin ötürülməsi” müqaviləsindən görünür ki, fiziki şəxs X5, Borclu və İddiaçı MMC arasında MAS-5534 saylı “öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış, və xx.xx.2022-ci il tarixli MAS-5534 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Borclu öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2023-ci il tarixli Lizinq Obyektinin təhvil-təslim aktından görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan “KHAZAR LX” minik markalı, avtomobil saz vəziyyətdə Borclu təhvil verilmiş və o, avtomobili qəbul edərək təhvil almışdır. İş materiallarına əlavə olunmuş İddiaçı MMC/servis “Qüsur” aktından görünür ki, “Khzar LX” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin (ümumi xidmət haqqı 1980 manat, ehtiyyat hissələri üçün 6934,4 manat, ƏDV-1248,26 manat olmaqla) ümumi cəm 10.163,06 manat məbləğində yeni ehtiyyat hissələri ilə əvəz olunmalıdır. İş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə” AKT-dan görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-yə məxsus “Khzar LX” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslim edilməsindən ötrü İddiaçı MMCnin nümayəndəsi X3 ilə X7 arasında təhvil təslim aktı bağlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli pretenziya (xəbərdarlıq) məktubundan görünür ki, İddiaçı MMC tərəfindən cavabdeh Borclu xx.xx.2023-cü il tarixə İddiaçı MMC-yə MAS-5534 saylı “Daxili lizinq” müqaviləsinə əsasən borcunun olması barədə ona bildiriş göndərilmiş və İddiaçı MMC tərəfindən yaranmış borcun və cərimənin ödənilməsi Borclu tələb edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı MMC tərəfindən tərtib edilmiş və Lənkəran Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 2325 nömrəli arayışdan görünür ki, Borclu xx.xx.2022-ci il tarixli MAS-5534 saylı “Daxili lizinq” müqaviləsi üzrə İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixə gecikdirilmiş mükafat borcu üzrə 8532,24 manat əsas, 611,95 manat mükafat, 665,24 manat cərimə, ümumilikdə cəmi 9809,43 manat borcu vardır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin məcəllənin 748-1.12-ci maddəsinə əsasən, Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin məcəllənin 748-1.8-ci maddəsinə əsasən, Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin məcəllənin 748-2.1-ci maddəsinə əsasən, Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin məcəllənin 748-2.3-cü maddəsinə əsasən, Lizinq verən bu Məcəllənin 748- 1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Beləliklə, iş materiallarından müəyyən edildi ki, İddiaçı MMC ilə iş üzrə X2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli MAS-5534 saylı "Daxili lizinq” müqaviləsinə əsasən 2021ci il buraxılış ili olan, “Khazar LX” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsinin” ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (əlavə 3) əsasən lizinq alan illik 19 faiz hesablanmaqla 28 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 430,1 manat, ümumilikdə isə 12043 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. “Öhdəliklərin ötürülməsi” müqavilələrinə əsasən xx.xx.2022-ci il tarixli MAS-5534 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəliklər sonradan xx.xx.2022-ci il tarixdə X8, xx.xx.2023-cü il tarixdə X4 və xx.xx.2023-cü il tarixdə hazırki iş üzrə cavabdeh Borclu ötürülmüşdür. İş üzrə İddiaçı MMC müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncu bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. "Daxili Lizinq" müqaviləsinin 5.4-cü bəndinə əsasən, lizinq obyekti məhv olduqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq müqaviləsi üzrə ödənilməmiş əsas borcu tamamilə, mükafat məbləği və cərməni isə məhv olma anma ödəməli və ya öz hesabına istifadəsinə verilmiş lizinq obyektinə analoji olan əmlakı əldə etmək və lizinq verənin mülkiyyətinə rəsmiləşdirməyi dərhal həyata keçirməlidir. Hazırda cavabdeh iddiaçı təşkilatla bağladığı müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə, İddiaçı MMC ona qarşı iddia tələbi irəli sürərək iddia tələbində İddiaçı MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli, MAS 5534 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, cavabdeh Borclu 14 noyabr 2022-ci il tarixli MAS- 5534 saylı “Daxili lizinq" müqaviləsi üzrə lizinq obyektinin məhv olma 09 avqust 2023-cü il tarixə 8532.24 manat əsas. 611.95 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 665.24 manat dəbbə pulu, ümumilikdə 9809.43 manat borc və ödənilmiş 118.10 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, məhkəməyə iddia ərizəsi verilməsi üçün İddiaçı MMC tərəfindən 118 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə iş materiallarında olan sübutları araşdırıb belə bir nəticəyə gəlir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən və cavabdeh tərəfindən əsas borc üzrə qismən ödənişlər edildiyindən iddia tələbi təmin edilməli, İddiaçı MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli, MAS 5534 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməli, cavabdeh Borclu 14 noyabr 2022-ci il tarixli MAS-5534 saylı “Daxili lizinq" müqaviləsi üzrə lizinq obyekti məhv olduğu üçün 8532.24 manat əsas. 611.95 manat gecikdirilmiş mükafat və 665.24 manat dəbbə pulu, ümumilikdə 9809.43 manat borc və ödənilmiş 118.10 manat dövlət rüsumu Borclu alınaraq, İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli, MAS 5534 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilsin. Cavabdeh Borclu 14 noyabr 2022-ci il tarixli MAS- 5534 saylı “Daxili lizinq" müqaviləsi üzrə 8532.24 manat əsas., 611.95 manat gecikdirilmiş mükafat və 665.24 manat dəbbə pulu, ümumilikdə 9809.43 (doqquz min səkkiz yüz doqquz manat, qırx üç qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 118.10 (yüz on səkkiz manat, on qəpik) manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-3041/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3041/2023
02.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver