Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-31/2024 28.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh, üçüncü şəxslər Lənkəran rayon 1 saylı Notariat Ofisi və X9 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, mərhum atası X6 miras qalmış əmlaklar - Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 nömrəli qərarı ilə, JN-290 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən (KOD: ********) verilmiş 0.20 ha torpaq sahəsi və Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 nömrəli qərarı ilə, JN-622 F saylı Torpağa mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən (KOD: ********) verilmiş 0.18 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilən ümumi sahəsi 186.7 kv.m olan fərdi yaşayış evini faktiki idarə etməklə qəbul etdiyinə görə və bununla da mirası qəbul etdiyimi şəksiz nümayiş etdirdiyinə görə həmin əmlakların onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil MPM-nin 53-cü maddəsinə əsasən, iddiaçının mərhum atası X15 və mərhum anası X1 miras qalmış əmlakları - Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 nömrəli qərarı ilə, JN-290 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən (KOD: ********) verilmiş 0.20 ha torpaq sahəsi və Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 nömrəli qərarı ilə, JN-622 F saylı Torpağa mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən (KOD: ********) verilmiş 0.18 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilən mərhum atası X7 mülkiyyətində olan ümumi sahəsi 186.7 kv.m olan fərdi yaşayış evini faktiki idarə etməklə qəbul etdiyinə görə və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdiyinə görə həmin əmlakların iddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edəsiniz. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu çıxış edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək, iddiaya qarşı ünvanladığı etirazın dəlillərinə uyğun çıxış edərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxslər Lənkəran rayon 1 saylı Notariat Ofisinin nümayəndəsi və X9 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinin 5 və 6-cı hissələrinə əsasən hazırki mülki işə üçüncü şəxslər Lənkəran rayon 1 saylı Notariat Ofisinin nümayəndəsi və X8 iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan: “Torpağa mülkiyyət hüququna dair” JN-290 KOD 80203038 №-li Dövlət Aktından görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 23 yanvar 1998-ci il tarixli 01 №-li qərarı ilə 0.20 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə X15, X3, İddiaçı və Cavabdeh mülkiyyətinə verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Lənkəran rayonu, Bürcəli kəndində 0.18 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 186.7 kv.metr olan fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə X7 adına dövlət qeydiyyatına alınmışdır. Lənkəran rayonu, Bürcəli kəndində yerləşən 0.18 ha torpaq sahəsinin paylı mülkiyyətçiləri isə X3, İddiaçı və Cavabdehdır. “Torpağın mülkiyyətə verilməsinə dair” JN 622F KOD 80203038 №-li Şəhadətnamədən görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 23 yanvar 1998-ci il tarixli 01 №-li qərarı ilə 0.18 hektar torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədi ilə X15, X3, İddiaçı və Cavabdeh mülkiyyətinə verilmişdir. Lənkəran ŞİHB-nin Xanbulan KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, 12/26-354 №-li arayışdan görünür ki, İddiaçı rayonun Bürcəli kəndində mərhum atası Aşur Cəbiyeva məxsus fərdi yaşayış evində 30 ilə yaxın yaşamış, atası A.Cəbiyevin və anası X2 dəfn mərasimlərini özü keçirmişdir. Lənkəran ŞİHB-nin Xanbulan KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, 12/26-350 №-li arayışdan görünür ki, Cəbiyev X10 rayonu, Bürcəli kəndində yaşayır və qeydiyyatdadır. Lənkəran ŞİHB-nin Xanbulan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2010-cu il tarixdə təsdiq edilmiş X7 adından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran ərazi idarəsinə ünvanlanmış ərizədən görünür ki, X15 JN 622F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0.18 ha torpaq sahəsindən ona düşən payın oğlu İddiaçı mülkiyyətinə verilməsinə etiraz etmədiyi bildirmişdir. Lənkəran ŞİHB-nin Xanbulan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2010-cu il tarixdə təsdiq edilmiş X2 adından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran ərazi idarəsinə ünvanlanmış ərizədən görünür ki, X4 JN 622F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0.18 ha torpaq sahəsindən ona düşən payın oğlu İddiaçı mülkiyyətinə verilməsinə etiraz etmədiyi bildirmişdir. Lənkəran ŞİHB-nin Xanbulan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2010-cu il tarixdə təsdiq edilmiş Cavabdeh adından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran ərazi idarəsinə ünvanlanmış ərizədən görünür ki, Cavabdeh JN 622F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0.18 ha torpaq sahəsindən ona düşən payın oğlu İddiaçı mülkiyyətinə verilməsinə etiraz etmədiyi bildirmişdir. Lənkəran ŞİHB-nin Xanbulan KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, xx/xx-1031 №-li arayışdan görünür ki, X15 xx.xx.2010-cu ildə vəfat etmişdir. Onunl birgə arvadı X4 (xx.xx.2016-cı ildə vəfat etmişdir) və oğlu İddiaçı yaşamış, mərhumun onunla birgə yaşamayan vərəsələri isə - oğlu X16, qızı Cavabdeh və oğlu X11r (xx.xx.1995-ci ildə vəfat etmişdir). X18 başqa vərəsəsi yoxdur. Lənkəran Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli 1248 №-li “Vətəndaşlıq vəziyyəti aktları”nın qeydi barədə arayışdan görünür ki, xx.xx.1937-ci il tarixdə Lerik rayonu, Qələsər kəndində doğulmuş vətəndaş X7 ailə üzvləri – arvadı xx.xx.1951-ci il təvəllüdlü X4 (vəfat edib), arvadı – xx.xx.1932-ci il təvəllüdlü X5 (nikah pozulub, vəfat edib), övladları – xx.xx.1963-cü il təvəllüdlü X16, xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı və xx.xx.1976-cı il təvəllüdlü X11r (vəfat edib). Lənkəran Rayon 1 saylı Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 1068 №-li cavab məktubundan görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X6 qalmış mirasın bölgüsü ilə bağlı vərəsələr arasında mübahisə olduğundan mübahisənin həlli və mirasın bölgüsü ilə bağlı müvafiq qaydada məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. AZ-İ 432882 №-li “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X15 xx.xx.2010-cu il tarixdə sidik kisəsi kanalında şiş səbəbindən ünvan 3ində vəfat etmişdir. AZ-İ 810387 №-li “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X4 xx.xx.2016-cı il tarixdə beyin insultu səbəbindən ünvan 3ində vəfat etmişdir. Lənkəran Rayon Qeydiyyat Şöbəsinin 15 iyun 1983-cü il tarixli kitabın 17-ci səhifəsindən çıxarışından verdiyi xx.xx.2010-cu il tarixli arayışdan görünür ki, X15 və X3 nikahlarını 281372 № ilə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Cəbiyev, arvada Cəbiyeva soyadı verilmişdir. Azəriqaz İB X19 İstismarı İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məlumatda, istifadə edilən qazın dəyəri yalnız bank və poçt vasitəsilə ödənildiyindən kompüter bazasında ödəyici barədə qeydlər olmadığı üçün ünvan 3 sakini İddiaçı ödəniş edibetməməsi barədə məlumatın verilməsi mümkün olmamışdır. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1392/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “maneənin aradan qaldırılması və cavabdehin qanunsuz hərətlərinə son qoyulması” tələbinə dair iddiası təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Ərazi İdarəsinin əməkdaşları tərəfindən Lənkəran rayonu, Bürcəli kəndində yerləşən həyətyanı torpaq sahəsinin və üzərində inşa edilmiş fərdi yaşayış evinin faktiki yerində müayinə olunmasına (0.18 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin ölçülməsinə) cavabdeh İddiaçı tərəfindən yaradılan maneələrin aradan qaldırılması və digər qanunsuz hərəkətlərinə son qoyulması qət edilmişdir. Azəriqaz İB X19 İstismarı İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məlumatda, ünvan 3i ünvanına uyğun **********01930 saylı kod X2 adına 2013-cü ildən İB-nin məlumatlar bazasında qeydiyyatdadır. Lənkəran Rayonu Xanbulan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 03 №-li məlumatdan görünür ki, “Torpağa mülkiyyət hüququna dair” JN-290 KOD 80203038 №-li Dövlət Aktına əsasən X15, X3, İddiaçı və Cavabdeh mülkiyyətinə verilmiş Lənkəran rayonu, Bürcəli kəndində torpaq sahəsinin vergisi X17 tərəfindən 13 noyabr 2023-cü il tarixində ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/1809 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 42-ci vərəqində Cavabdeh adından olan “ərizədə” “rayonunun”, “Bürcəli”, “Cavabdeh”, çap şəklində yazılmış ərizə sözündən sonra “Bürcəli”, “622 F”, “qardaşım İddiaçı”, “Cavabdeh” yazıları və ərizənin aşağı hissəsində «imza» qrafasında olan imza – Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizanın tədqiqatının dəyəri 124 manat təşkil edir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, hazırki iş üzrə iddia tələbi üzrə işə məhkəmədə baxılmalı olmadığından mülki işin icraatına xitam verilməldir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-1133.2-ci maddələrinin tələblərinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1243.2-1243.3-cü maddələrinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair konstitusiya təminatına da xələl yetirmiş olur. vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında qeyd etmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd edir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Məhkəmə diqqətə çatdırır ki, məhkəmədə işə başlama üçün əsas hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallara aiddir. Mövcud iddia tələbi üzrə iddiaçı tərəfin hüquqlarının pozulması və həmin hüquqların məhkəmə qaydasında müdafiəsinə zərurət yoxdur. Belə ki, şəxs mirasın qəbulu ilə bağlı aidiyyəti üzrə notariat kontoruna müraciət edəcəyi halda onun istəyinə çatması mümkün haldır. Hansı ki, yuxarıda qeyd olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununun ortaya qoyduğu hüquqi mövqeyə əsasən şəxsin miras əmlak üzrə vərəsə olduğu üçün həmin əmlaka dair müvafiq şəhadətnamənin verilməsi notariat orqanı tərəfindən təmin ediləcəkdir. Bir sözlə şəxsin məhkəmədən kənar vərəsəlik hüququnun təmin edilməsi mümkündür. Bu halda məhkəmədə başlanmış iş üzrə icraata xitam verilməsi qanunidir. Çünki, Mülki-Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, hazırki iddia tələbinə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbi baxımından məhkəmədə baxılması istisna olunduğundan İddiaçı Cavabdeh, üçüncü şəxslər Lənkəran rayon 1 saylı Notariat Ofisi və X9 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Bununla əlaqədar iddiaçıya Lənkəran rayon 1 saylı Notariat Ofisinə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52, 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh, üçüncü şəxslər Lənkəran rayon 1 saylı Notariat Ofisi və X9 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri olan 124 manat İddiaçı və Cavabdeh müştərək qaydada tutulmaqla dövlət büdcəsinə köçürülsün. İddiaçıya izah olunsun ki, Lənkəran rayon 1 saylı Notariat Ofisinə müraciət etmək hüququ vardır. Qərardaddan, onun tərəfə rəsmi qaydada verildiyindən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-31/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-31/2024
28.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver