Məhkəmə qərarları › İş №2(049)-3132/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3132/2023

08.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3132/2023 08.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X8 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, Lənkəran Vəkil bürosunun vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi, Bakı şəhəri, 26 saylı Vəkil bürosunun vəkili Vəkil2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər - X2, X3, X5, X4, X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı miras əmlak üzərində payların müəyyən edilməklə vərəsələr arasında bölünməsi tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında 08 dekabr 2023-cü il tarixdə, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı miras əmlak üzərində payların müəyyən edilməklə vərəsələr arasında bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçı məhkəməyə ərizə verərək iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh və 3-cü şəxslər ərizənin qaytarılıb-qaytarılmamasını məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs - Lənkəran rayon 1 saylı Notariat ofisinin notariusu lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasınıxahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının xahişini nəzərə alaraq hesab edir ki, onun ərizəsi təmin olunmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmə hazırlıq iclasından geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6.-261.0.8.ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiacının vəsatəti əsasında ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və əlavə edilmiş sənədlər, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə 100 manat dövlət rüsumu ödəmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 170, 259-260-cı, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçının ərizəsi təmin olunsun. İddiaçı Cavabdeh qarşı miras əmlak üzərində payların müəyyən edilməklə vərəsələr arasında bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, eləcə də iddianın verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar