Məhkəmə qərarları › İş №2(049)-3152/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3152/2024

30.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3152/2024 30.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlu, İddiaçı cavabdehlər Cavabdeh2 qızı, Cavabdeh3, Cavabdeh4 qızı, Cavabdeh5 qızı və X5 Xidmət Mərkəzində notariat ofisinə qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışların etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında 22 oktyabr 2012-ci il tarixli V-2v-03- 2460 reyestr nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi, atası X2 tərəfindən Kapitalbank ASC-də miras qoyulmuş əmanətdən ona aid olan payın müəyyən edilərək ona verilməsi, atası mərhum X1 miras qalmaqla Lənkəran rayonu, Xolmili kəndində yerləşən həyətyanı torpaq sahəsindən ona düşən payın müəyyən edilərək ona verilməsi, mərhum anası X3 miras qalan və Lənkəran rayonu, Xolmili kəndində yerləşən 0.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona düşən payın müəyyən edilərək ona verilməsi barədə qətnamə çıxarılmasını, həmçinin Lənkəran rayon İcra Hakimiyyəti başçısının Xolmili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Amil Əliyev barəsində və Lənkəran rayon 1 saylı Dövlət Notariat Ofisinin xüsusi natariusu Səfər İsmavılov barəsində xüsusi qərardad çıxarılaraq araşdırılması üçün müvafiq orqanlara göndərilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, iddia ərizəsi ona əlavə edimiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmişdir. İddiaçı iddia tələbində bankda olan miras paya dair tərtib edilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilərək, həmin miras payda onun vərəsə payının müəyyənləşdirilərək ona verilməsi ilə yanaşı həmçinin mərhum atasından və anasından miras almış ayrı-ayrılıqda olan torpaq sahələrində ona düşən vərəsə payının müəyyən edilməklə ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi tələblər ayrı-ayrı icrattlarda mübahisələndirilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində bir neçə cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi birləşdirmişdir. Həmçinin iddiaçı iddia ərizəsində iş üzrə cavabdehlərin eyniləşdirmə məlumatlarını ümumiyyətlə qeyd etməmişdir. “Elektron məhkəmə” İnformasiya sistemində edilən sorğudan iş üzrə Cavabdeh2 qızı barəsində ümumiyyətlə məlumat aşkar edilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.4-cü maddələrinin məzmununa görə ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı; mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri ərizədə göstərilməlidir. Beləliklə də, iddia ərizəsinin forması və məzmununa dair tələblər pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qanunverciliyə görə iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə verildikdə onun icraatı mümkündür. Hazırkı iddia ərizəsinin qanunvericilik ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməmişdir. Buna görə də, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı və iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müarciət etməyə mane olmaması izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152,263,264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh2 qızı, Cavabdeh3, Cavabdeh4 qızı, Cavabdeh5 qızı və X5 Xidmət Mərkəzində notariat ofisinə qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışların etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmaması izah edilsin. Qərardaddan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar