Məhkəmə qərarları › İş №2(049)-3161/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3161/2023

13.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3161/2023 13.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə «aktın etibarsız hesab edilməsi və cərimənin silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin Lənkəran elektrik şəbəkəsi tərəfindən yazılmış R-04384 №-li aktı etibarsız hesab edərək həmin akt əsasında yazılmış 762 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Lənkəran rayonu Şağlaküçə kəndində ata evində yaşayır. Həmin ev və elektrik sayğacı atası X3 adınadır. Əvvəllər həmn evdə 2 ailə yaşadığı üçün onun özenə aid yaşayış yerinə də ayrıca sayğac qoyulmuşdur. Atası 2014-cü ildə vəfat etdikdən sonra da o ailə üzvlərilə birlikdə həmin evdə yaşayır. Evlərində 2 sayğac olduğu üçün o özünə aid sayğacdan istifadə etmiş və hər ay da ödənişlərini etmişdir. Atasına məxsus hissədə isə yaşayış olmadığı üçün yalnız qapıda gecələr bəzən 1 lampa yanırdı. Bəzən də onun sağyacına aid həyət lampasını yandırdıqda onu heç də istifadə etməmişlər. Lakin Lənkəran işıq idarəsinin işçiləri həmin sayğacın aylıq sərfiyyatının az olmasını əsas gətirərək kənar xətdən istifadə etməsilə bağlı şübhə etdiklərini bildirərək xx.xx.2021-ci ildə R-043984 №-li akt yazaraq onları 762 manat cərimə etmişlər. Aktda nə onun, nə də ki hal şahidlərinin imzası yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında xidməti zərurətlə əlaqədar olaraq iştirak edə bilməyəcəyini nəzərə alaraq məhkəmə hazırlıq iclasını onların iştirakı olmadan keçirilməsini və məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Lakin məhkəmə baxışı iclasında nümayəndə Elmir Fərəcov məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nüamyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Lənkəran ŞİHB-nın Şağlaküçə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, X1 rayonu, Şağlaküçə kəndində yaşayır və qeydiyyatdadır. X2 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. X7 vəfat etdikdən sonra İddiaçı oğl təsərrafata başçılıq edir. Ölüm haqqında Şəhadətnamədən görünür ki, X7 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Abunə haqqında cədvəldən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə R № 043984 saylı Akt əsasında ona 762,30 manat borc hesablanmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, R № 043984 saylı Aktdan görünür ki, Lənkəran rayonu, Şağlaküçə kəndində yaşayan Heyrat Nurullayev istifadəsində olan elektrik sayğacına baxış keçirilən zaman sayğacın uçot dəstini pozaraq sayğacdan kənar elektrik enerjisindən istifadə edir. Naqilin en kəsiyinin ölçüsü 2x10 mm iki damarlı aliminiumdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Beləki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, abunəçi mərhum X4 istifadə etdiyi Lənkəran rayonu, Şağlaküçə kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacının uçot dəstini pozulduğu aşkar olunduğu üçün üçün "xxxx" ASC nümayəndələri tərəfindən akt tərtib edilmiş, həmin akta uyğun olaraq abunəçi X5 borc hesablanmışdır. Heyrat Nurullayev 2014-cü ildə vəfat etmiş, onun yaşadığı fərdi yaşayış evində hazırda İddiaçı yaşayış və təsərrafata başçılıq edir. xx.xx.2021-ci il tarixli Akt tərtib edilərkən qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 oktyabr tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə” Qaydalarının 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, tərtib edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 oktyabr tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə” Qaydalarına rəayət edilmədiyindən, yəni 2 nəfə hal şahidinin iştirakı təmin olunmadığından iddia təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, R № 043984 saylı akt etibarsız hesab edilməli və həmin akt əsasında hesablanmış borc silinməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə işüzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" İstehsalat Birliyi tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, R № 043984 saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında hesablanmış 762,30 manat cərimə silinsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar