Məhkəmə qərarları › İş №2(049)-3199/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3199/2023

26.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3199/2023 26.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “aktın və borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh "xxxx" ASC-y’ qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən tərtib edilmiş 10 mart 2023-cü il tarixli, R seriyalı, 285206 saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 778,74 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə vəsastətlə müraciət edərək bildirdi ki, sözügedən iş üzrə iddia ərizəsi İddiaçı tərəfindən deyil, X1 tərəfindən imzalanmışdır. Bu səbəbdən iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edi rki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş iddia ərizəsi İddiaçı tərəfindən deyil, X1 tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası MPM-nin 259.0.3-cü maddəsinə əsasən, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259, 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “aktın və borcun silinməsi” tələbinə dair mülki iş baxılmamış saxlanılsın. İddiaçıya izah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra o, ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar