Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-320/2025 02.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Lənkəran regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X9 verilmiş xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum X8 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. İddiaçı X1 nəvəsidir, yəni xx.xx.2008-ci ildə vəfat etmiş oğlu X11 qızıdır. X1 mülkiyyətində Lənkəran rayonu, Boladi kəndində qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********70-10301 olan, 0,23 ha torpaq sahəsi və həmin torpaq sahəsində 305.8 kv.m fərdi yaşayış evi olmuşdur. Lənkəran şəhər 1 saylı notariat kontorunda xx.xx.20213cü il tarixli vərəsəlik işində Lənkəran RİH Başçısının Boladi kənd inzibati ərazi dairəsində nümayəndə tərəfindən verilən arayışda X1 vərəsələri kimi mərhum X17, mərhum X14 və X12 göstərilmişdir. xx.xx.1938-ci il təvəllüdlü X20 vərəsələr sırasında göstərilməmişdir. X20 xx.xx.2008-ci ildə RF-nın Kamçatka vilayətinin Petropavlovsk-Kamçatka şəhərində vəfat etmişdir. xx.xx.2013-cü il tarixli vərəsəlik işində xx.xx.2013-cü il tarixdə mərhum X17 və xx.xx.2013-cü il tarixdə X2 rayon Notariat kontoruna ərizə ilə müraciət edərək mərhum anaları X3 qalan miras əmlaka dair heç bir tələbləri olmadığını və gələcəkdə də olmayacağmı yazaraq mirasdan imtina etmişlər. Digər vərəsə mərhum X20 vərəsəlik işi açılan zaman yəni xx.xx.2013-cü il tarixdə notariat işində vərəsə kimi göstərilmədiyindən İddiaçı atasına düşən payı AR MM-nin 1252-ci maddəsinə əsasən irsi transmissiya yolu ilə qəbul etməli olduğu halda miras payını ala bilməmişdir. Yeganə vərəsə kimi X12 miras əmlakdan tam hissədə irs almışdır. Qanun üzrə vərəsə kimi ona düşən payın vəfat etdiyi üçün onun vərəsəsi İddiaçı irsi transmissiya yolu ilə mirası qəbul etməkdən məhrum edilmişdir. Bu kimi halların olmaması üçün Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitutsiva təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərindən biridir. X11 vərəsə olması haqqında ona heç bir məlumat verilməyib, buna görə də qanun üzrə vərəsə kimi ona düşən payın vəfat etdiyi üçün onun vərəsəsi İddiaçı irsi transmissiya yolu ilə mirası qəbul etməkdən məhrum edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Cavabdeh Lənkəran regional “ASAN Xidmət” Mərkəzində yerləşən notariat ofisinin xüsusi notariusu məhkəməyə müraciət edərək ki, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.4-cü maddəsinə əsasən işə iddiaçı X13 və cavabdeh Lənkəran regional “ASAN Xidmət” Mərkəzində yerləşən notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verməklə əlavə olaraq bildirmişdir ki, atası X7 Federasiyasının vətəndaşı olmaqla, Kamçatka vilayətinin Petropavlovsk-Kamçatka şəhərində yaşamış və orada da vəfat etmişdir. Atası Arif arabir olaraq doğulduğu Lənkəran şəhərinə gəlmişdir. Lənkəran rayonu, Boladi kəndində yerləşən hazırki iddia tələbində mübahisələndirilən miras mülk nənəsi X4 adına olmuş və onun vəfatından sonra 2013-cü ildə vərəsəlik hüququ üzrə əmisi Cavabdeh2 adına rəsmiləşdirilmişdir. X31 nənəsi Sumani vəfat edərkən onun dəfn və yas mərasimlərinə gəlməmişdir. Lakin 2001-ci ildə onun toyu ərəfəsində Lənkəran rayonu, Boladi kəndinə gəlmiş və onun toy mərasimlərində iştirak etmişdir. Atası mübahisəli miras mülkün anası Sumaninin mülkiyyətində olduğunu bilmiş, lakin həmin miras mülkə dair qanun üzrə vərəsəliyi qəbul etməsi ilə əlaqadar notariusa müraciət etməmişdir. Atasından vəfatından sonra 2015-ci ildə ona məlum olmuşdur ki, əmisi Bahadir həmin miras mülkü öz adına rəsmiləşdirib. Həmin vərəsəlik işi aparılarkən atası vəfat etdiyindən atasının vərəsəsi olaraq ona bu barədə heç bir məlumat verilməmiş və notariat ofisində mərhum atasının da nənəsinin vərəsəsi olması bildirilməmişdir. Bu səbəbdən də vərəsəlik işi aparılarkən məlumatlar saxtalaşdırılmışdır və o, atasının vərəsəsi olmasına baxmayaraq mirasdan pay almaq hüququndan məhrum edilmişdir. O, özü də vərəsəliyin qəbulu ilə əlaqədar heç vaxt notariusa müraciət etməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin və İddiaçı izahatının məzmununa uyğun izahat verdi. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 ona qarşı iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, iddia tələbində qeyd edilmiş Lənkəran rayonu, Boladi kəndində yerləşən sözügedən miras mülk onun anası Sumani Talışxanovaya məxsus olmaqla onun mülkiyyətində olmuşdur. Anası 1995-ci ildə vəfat etmişdir. X6 Rusiya Federasiyasının vətəndaşı olmaqla Kamçatka vilayətində işləmiş və orada da yaşamışdır. Qardaşı 2008-də Rusiyada vəfat etmişdir. Qardaşı Arif heç vaxt Lənkəran rayonu, Boladi kəndində yerləşən sözügedən miras mülkdə yaşamamışdır. Qardaşı həmin evin anası Sumaninin mülkiyyətində olduğunu bilmişdir. Lakin heç vaxt həmin mirasdan pay istəməmişdir və bununla əlaqədar notariusa müraciət etməmişdir. 1995-ci ildə anası vəfat edərkən Arifə müraciət etməsinə baxmayaraq o, anasının dəfn və yas mərasimlərinə gəlməmişdir. 2001ci ildə qardaşı Arifə zəng edərək təkid etmişdir ki, qızı Arifənin toyuna gəlsin. Arif onun müraciətinə əsasən Azərbaycan Respublikasına gəlmiş, qızının toy mərasimində iştirak etdikdən sonra Lənkəran rayonu, Boladi kəndində belə qalmamış, Bakı şəhərində bir neçə gün qaldıqdan sonra Rusiyaya qayıtmışdır. Arifin anasına məxsus olan həmin miras mülkdən ümumiyyətlə pay almaq niyyəti olmamışdır. Bütün bunlara baxmayaraq onun qızı olan Arifənin həmin mirasan pay almaq hüququ tamamilə əsassızdır. Eyni zamanda 2013cü ildə həmin miras mülkə dair vərəsəlik barədə rəsmiləşdirmə aparılarkən ərazi nümayəndəliyindən təqdim edilən arayışda Arifin adının qeyd edilməməsinə səbəb onun Rusiya Federasiyasının vətəndaşı olması, anası vəfat edərkən həmin evdə qeydiyyatda olmaması və vərəsəlik rəsmiləşdirilərkən vəfat eməsi olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, Cavabdeh2 izahatına uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, işin faktiki hallarından görünür ki, hazırki iddia tələbi ilə mübahisələndirilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd edilmiş Lənkəran rayonu, Boladi kəndində yerləşən miras mülkə dair miras qoyan şəxs Talışxanova Sumani 1995-ci ildə vəfat etmişdir. Bu baxımdan hazırki mübahisə həll edilərkən məhkəmə tərəfindən işə həmin mirasın açıldığı vaxt qüvvədə olmuş, yəni 1965-ci ildən 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin müvafiq müdəaları tətbiq edilməlidir. Belə ki, həmin mülki qanunvericiliyin tələblərinə əsasən, miras açıldıqdan sonra vərəsə altı ay müdətində həmin mirasın qəbulu ilə əlaqədar notariat orqanına müraciət etməli idi. Göründüyü kimi iddiaçının X31 miras barədə məlumatlı olmasına baxmayaraq, onu qəbul etməsi ilə əlaqadar qanunla müəyyən edilmiş müddətdə və ümumiyyətlə notariat orqanına müraciət etməmişdir. Belə olan halda o, miras mülkdən vərəsə olaraq pay almaq hüququnu itirmişdir. Arif Talışxanov ümumiyyətlə həmin miras mülkdə yaşamayaraq, orada qeydiyyatda olmamışdır. Eyni zamanda atası vərəsəliyi qəbul etmədiyindən onun ölümündən sonra iddiaçının da belə bir hüququ yaranmamışdır. Bu baxımdan iddia tələbi tamamilə əsasızdır. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən : “Hüquqların Dövlt qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Lənkəran rayonu, Boladi kəndində yerləşən 0,23 ha ölçüdə torpaq sahəsi və üzərində olan ümumi sahəsi 305,8 kv.m. olan fərdi yaşayış evi X4 xüsusi mülkiyyətində olmuşdur. xx.xx.1995-ci il tarixli 11 saylı ölüm akt qeydindən çıxarışdan görünür ki, X8 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. İ-ML seriyalı 532995 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2008-ci il tarixdə Rusiya Federasiyası Kamçatka vilayətinin Petropavlovsk- Kamçatka şəhərində vəfat etmişdir. İ-İE seriyalı 219158 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Talışxanov Arif sgər oğlu xx.xx.1938-ci il təvəllüdlüdür. Anası – X8, atası – X10r. 162695 saylı pasportun surətindən görünür ki, X7 Federasiyasının vətəndaşı olmuşdur. Vİİ-JQ seriyalı 400174 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci il təvəllüdlüdür. Atası – X15r. Lənkəran rayon 1 saylı dövlət kontorunun dövlət notariusu tərəfindən tərtib edilmiş 2V-01-249 reyestr nömrəsi ilə təsdiqlənmiş xx.xx.2013-cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şhadətnamədən görünür ki, Lənkəran rayonu, Boladi kəndində 0,23 ha torpaq sahəsində yerləşən 305,8 kv.m., ümumi sahəsi 183,2 kv.m. yaşayış sahəsi, 122,6 kv.m. yardımçı sahəsi olan 6 otaqdan ibarət yaşayış evindən ibarət miras mülkdən Cavabdeh2 tam hissədə irs almalıdır. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin, cavabdehin və onun nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçının nənəsi (atasının anası) Sumani Talışxanovaya məxsus, onun xüsusi mülkiyyətində olan Lənkəran rayonu, Boladi kəndində yerləşən daşınmaz əmlak olmuşdur. Sumani Talışxanova xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. 2013-cü ildə həmin miras mülk qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında miras qoyan X5 Talışxanovun adına rəsmiləşdirilmişdir. Hazırda İddiaçı nənəsi Sumani Talışxanovadan miras qalmış mülkə dair Cavabdeh2 adına rəsmiləşdirilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməni mübahisələndirərək, iddia tələbini onunla əsaslandırır ki, nənəsindən miras qalmış mülkə dair vərəsəlik işi açılarkən atasının adı vərəsə kimi notariusa bildirilməmiş, həmçinin həmin vaxt atası vəfat etdiyindən o, özü vərəsəliyə çağırılmamışdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iddiaçının atası olan, miras qoyanın oğlu X28 Federasiyasının vətəndaşı olmaqla orada yaşamış və xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Arif Talışxanov anasının vəfatından sonra Azərbaycan Respublikasına gəlməsinə (tərəflərin izahatından müəyyən edilir) və sözügedən miras miras mülkün anasına məxsus olduğunu bildiyinə baxmayaraq vəfat etdiyi tarixədək həmin miras mülkdən vərəsə kimi pay alması ilə əlaqadar notariat orqanına müraciət etməmişdir. 2001-ci ildə Azərbaycan Respublikasına gəlməsinə baxmayaraq, o, mirası qəbul etməsi ilə əlaqadar notariat orqanına müraciət etməmişdir. Həmçinin həmin mirası faktiki olaraq da qəbul etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2 maddəsinə əsasən, Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin faktiki hallarından görünür ki, miras miras qoyan Sumani Talışxanovanın xx.xx.1995-ci il tarixdə vəfatı ilə vərəsəlik açıldığından hazırki mübahisənin həllinə həmin vaxt qüvvədə olan maddi hüquq normaları, yəni mülki qanunvericiliyinin aidiyyəti normaları tətbiq edilməlidir. 1995-ci ildə qüvvədə olmuş (xx.xx.2000-ci il tarixədək) Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 528. Vərəsəliyin açılması Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş e`lan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş e`lan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Maddə 552. Mirasın qəbulu Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Maddə 554. Mirası qəbul etmək müddətinin uzadılması Mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər. Maddə 554. Vərəsəlik hüququnun başqasına keçməsi Qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Müddətin qalan hissəsi üç aydan az olduqda, həmin müddət üç aya qədər uzadılır. Maddə 555. Mirası qəbul edənin hüquqları Vərəsə, digər vərəsələrin gəlməsini gözləmədən, miras əmlakına sahiblik etməyə və ya onu idarə etməyə başlaya bilər. Lakin bu halda vərəsə, vərəsəlik açıldığı gündən altı ay keçənə qədər və ya o, miras hüququna dair şəhadətnamə alana qədər, miras əmlakı üzərində sərəncam etməyə (satmağa, girov qoymağa və s.) haqlı deyildir. Bu halda vərəsə, miras əmlakı hesabına, yalnız aşağıdakı xərcləri çəkə bilər: 1) miras qoyanın xəstəliyi zamanı edilən xidmətlər və həmçinin onun dəfni üçün; 2) miras qoymuş şəxsin himayəsində olan şəxslərin saxlanması üçün; 3) əmək haqqı üzrə pretenziyaların və ona bərabər tutulan pretenziyaların tə`mini üçün; 4) miras əmlakının mühafizəsi və onun idarə edilməsi üçün. Yuxarıda qeyd edilən hüquq normalarının məzmununa görə vərəsənin mirası qəbul etməsi üçün onun miras əmlakı faktiki surətdə idarə etməyə başlaması və ya altı ay müddətində vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməsi tələb olunurdu. Lakin işin faktiki hallarından müəyyən edilir ki, X20, anası Sumani Talışxanovadan miras qalmış sözügedən mirasın mövcudluğunu bildiyi halda onu qəbul etməsi ilə əlaqadar notariat orqanına müraciət etməmişdir. X19 sözügedən mirası faktiki surətdə idarə etməyə başlaması barədə məhkəməyə iddiaçı tərəfindən hər-hansı sübut təqdim edilməmişdir. Eyni zamanda sözügedən mirasın qəbul edilməsi müddətinin uzadılması ilə əlaqadar Arıf Talışxanov tərəfindən məhkəməyə müraciət edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda qeyd edilən mülki qanunvericiliyin tələbinə əsasən, Arıf Talışxanov sözügedən mirasa dair vərəsəlik açılarkən onu qəbul etmədiyindən onun övladı olan Arifə Talşxanovanın da həmin mirasdan pay almaq hüququ yaranmamışdır. Odur ki, Lənkəran rayon 1 saylı dövlət kontorunun dövlət notariusu tərəfindən tərtib edilmiş 2V-01-249 reyestr nömrəsi ilə təsdiqlənmiş xx.xx.2013-cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə qanunvericiliyin tələblərinə uyğun tərtib edildiyindən hazırki iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1 maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənimişdir. Belə ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Lənkəran regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair» iddiası təmin ediməsin. İddia tələbi təmin edilmdiyindən İddiaçı tərəfindən hazırki iddia tələbi üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-320/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-320/2025
02.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver