Məhkəmə qərarları › İş №2(049)-3221/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3221/2024

20.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3221/2024 20.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı istehlakçının hüquqlarının müdafiəsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək başqa şəxsin adına yazılmış 13 may 2023-cü il tarixli 291457 nömrəli akt səhvən onun adına yazıldığı üçün həmin aktı etibarsız hesab etməklə səhvən onun adına hesablanmış 800 manat cərimənin silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, onun Separadi kəndində özünə aid evi vardır. Evdə sərf etdikləri işığa görə də hər ay ödənişləri ödəmişdir. Lakin onun abonent hesabında 291457 nömrəli akt yazıldığı və ona 800 manat cərimə hesablandığı qeyd edilib. Bu səbəbdən də o, yazılmış aktda göstərilən pozuntu ilə tanış olmaq üçün Lənkəran elektrik şəbkəsinə müraciət etsə də heç bir nəticəsi olmamışdır. İdarədən bunun səhv düşdüyünü, cərimənin səhvən ona yazıldığını bildirsələr də onun silinməsi ilə bağlı heç bir kömək edə bilməyəcəklərini bildirmişlər. Cavabdeh təşkilatdan həmin aktın surətini alandan sonra məlum oldu ki, onlar 13 may 2023-cü il tarixdə Separadi kəndində X1 baxış keçirmiş və onun barəsində akt tərtib etmişlər. Lakin sonradan idarədə həmin aktın cəriməsini kompüter bazasında onun adına yazıblar. Həmin aktın nömrəsi və cərimə məbləği də onun abonent saldosun da onun adına qeyd edilib. O, heç bir pozuntu halına yol vermədiyi üçün yazılan 13 may 2023-cü il tarixli 291457 nömrəli aktı qanunsuz hesab edir və onun etibarsız sayılmasını və ona yazılmış 800 manat cərimənin silinməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia tələbində göstərilənlərə uyğun məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, qeyd olunan akt qanuni və əsaslı tərtib edilmişdir. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: "xxxx" ASC tərəfindən tərtib edilmiş 13 may 2023-cü il tarixli 291457 №-li aktdan görünür ki, X3 yaşadığı Lənkəran rayonu, Separadi kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, fərdi yaşayış evində abonent sayğacdan kənar X2 edir. Sayğacdan kənar çəkilmiş naqilin en kəsiyinin ölçüsü 6 mm alüminium bir damarlı naqildir. Abunə haqqında məlumatdan görünür ki, 13 may 2023-cü il tarixli 291457 №-li akt əsasında İddiaçı 800 manat borc hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, “X2 Qaydaları”nın 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerji təchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Həmin qaydaların 8.17-ci bəndində əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin qaydaların 8.17-1-ci bəndində əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin qaydaların 8.17-2-ci bəndində əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin qaydaların 8.1-ci bəndində əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, iddiaçının elektrik enerjisindən sayğacdan kənar, yəni sui-istifadə etmiş olması cavabdeh tərəfindən iddia edildiyindən hazırki işdə həmin halları sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə düşür. Lakin cavabdeh məhkəməyə hər hansı sübut, o cümlədən, iddiaçı tərəfindən yol verildiyi iddia edilən pozuntunun texniki vasitələrlə qeydə alınmış olmasına dair foto və ya videoçəkilişi məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəflərin dəlillərini müqayisəli şəkildə araşdıraraq və qeyd olunan prosessual hüquq normalarının tələbləri ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, 13 may 2023-cü il tarixli 291457 №-li Akt tərtib edilərkən “X2 Qaydaları”nın qeyd olunan müddəlarının tələbləri pozulmuşdur. İtirilmiş elektrik enerjisinin dəyəri olaraq 800 manat vəsait də 13 may 2023-cü il tarixli 291457 №-li Akt əsasında tələb edildiyindən məhkəmə hesab edir ki, istehlakçıdan itirilmiş enerjinin dəyəri olaraq hər hansı məbləğdə vəsaitin tələb edilməsi əsassızdır. Həmin əsaslara və qeyd olunan qanunvericilik normalarının tələbinə görə məhkəmə qərara gəlir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 13 may 2023-cü il tarixli 291457 №-li Akt qanunvericiliyin tələblərinə cavab vermədiyinə və itirilmiş elektrik enerjisinin dəyəri olaraq hesablanmış 800 manat borc da həmin akt əsasında tələb edildiyinə görə iddiaçının iddia tələbi təmin edilməli, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli akt əsasında iddiaçının hesabına işlənmiş itirilmiş elektrik enerjisinin dəyəri olaraq hesablanmış 800 manat borcun silinməsinə dair qətnamə qəbul edilməlidir. İddia tələbinin "xxxx" ASC tərəfindən tərtib edilmiş 13 may 2023-cü il tarixli 291457 №li aktın etibarsız hesab edilməsinə dair hissəsi üzrə icraata məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə xitam verildiyi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən 13 may 2023-cü il tarixli 291457 №-li Akt əsasında İddiaçı hesabına işlənmiş itirilmiş elektrik enerjisinin dəyəri olaraq hesablanmış 800 manat borc məbləği silinsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar