Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-323/2023 07.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 26 oktyabr 2020-ci il tarixli MAS-2956 saylı «Daxili lizinq» müqaviləsinin ləğv edilməsi, Cavabdeh 26 oktyabr 2020-ci il tarixli MAS-2956 saylı «Daxili lizinq» müqaviləsi üzrə lizinq obyektinin qaytarıldığı xx.xx.2022-ci il tarixə 1.422,25 manat gecikdirilmiş əsas, 501,54 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 691,64 manat dəbbə pulu, cəmi 2.615,43 manat borc və ödənilmiş 46,16 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X6 arasında bağlanmış 26 oktyabr 2020-ci il tarixli MAS-2956 saylı «Daxili lizinq» müqaviləsinə əsasən 2020-ci il buraxılışlı, «Khazar SD» markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE221620 ban nömrəli, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. «Daxili lizinq» müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 19 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 397,67 manat, ümumilikdə isə 22.488 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli lan ümumilikdə 22.488 manatın 16.700 manatı əsas məbləğ təşkil edir. 05 aprel 2021-ci il tarixdə X6, X11 və İddiaçı MMC arasında MAS-2956 saylı «Öhdəliklərin ötürürülməsi» müqaviləsi bağlamış və 26 oktyabr 2020-ci il tarixli MAS-2956 saylı «Daxili lizinq» müqaviləsi üzrə X11 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 22 aprel 2021-ci il tarixdə X11, X4 və İddiaçı MMC arasında MAS-2956 saylı «Öhdəliklərin ötürürülməsi» müqaviləsi bağlamış və 26 oktyabr 2020-ci il tarixli MAS-2956 saylı «Daxili lizinq» müqaviləsi üzrə X4 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 19 iyun 2021-ci il tarixdə X4, X5 və İddiaçı MMC arasında MAS-2956 saylı «Öhdəliklərin ötürürülməsi» müqaviləsi bağlamış və 26 oktyabr 2020-ci il tarixli MAS-2956 saylı «Daxili lizinq» müqaviləsi üzrə X5 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 22 iyun 2021-ci il tarixdə X5, X2 və İddiaçı MMC arasında MAS- 2956 saylı «Öhdəliklərin ötürürülməsi» müqaviləsi bağlamış və 26 oktyabr 2020-ci il tarixli MAS-2956 saylı «Daxili lizinq» müqaviləsi üzrə X2 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 27 iyul 2021-ci il tarixdə X2, X1 və İddiaçı MMC arasında MAS-2956 saylı «Öhdəliklərin ötürürülməsi» müqaviləsi bağlamış və 26 oktyabr 2020-ci il tarixli MAS-2956 saylı «Daxili lizinq» müqaviləsi üzrə X1 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 02 avqust 2021-ci il tarixdə X1, X8 və İddiaçı MMC arasında MAS-2956 saylı «Öhdəliklərin ötürürülməsi» müqaviləsi bağlamış və 26 oktyabr 2020-ci il tarixli MAS-2956 saylı «Daxili lizinq» müqaviləsi üzrə X8 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 09 sentyabr 2021-ci il tarixdə X8, Cavabdeh və İddiaçı MMC arasında MAS-2956 saylı «Öhdəliklərin ötürürülməsi» müqaviləsi bağlamış və 26 oktyabr 2020-ci il tarixli MAS-2956 saylı «Daxili lizinq» müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürərək lizinq obyekti olan «Khazar SD» markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh 26 oktyabr 2020-ci il tarixli MAS-2956 saylı «Daxili lizinq» müqaviləsinə əsasən 01 noyabr 2022-ci il tarixə ümumilikdə 1.575,09 manat gecikmə borcu yaranmışdır. Daxili lizinq müqaviləsi və «Ödəniş cədvəli»nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdmda və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış İddiaçı MMC-nin nümayəndəsi və Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onların iştirakları olmadan baxıb, iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, Cavabdeh isə məhkəmə bildirişlərinin onun elektron kabinetinə yerləşdirilməsinə, habelə sms vasitəsi ilə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. MPM-nin 135.6-cı maddəsinə əsasən «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər «Elektron məhkəmə» informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış «elektron kabinet»lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş: 26 oktyabr 2020-ci il tarixli MAS-2956 saylı «Daxili lizinq» müqaviləsindən və 1 saylı əlavədən görünür ki, İddiaçı MMC (lizinq verən) 2020-ci il buraxılışlı, «Khazar SD» markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobili X12 (lizinq alan) oğlunun müvəqqəti sahiblik və istifadəsinə verilməyi, sonucu isə hər ay sabit olaraq 397,67 manat, ümumilikdə isə 22.488 manat məbləği 48 ay müddətinə illk 19 faiz həcmində mükafat məbləğ ilə ödəniş cədvəlinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0,3 faiz dəbbə pulu ödənilir və lizinq alan tərəfindən lizinq verənə ödənilir. Öhdəliklərin ötürülməsi baradə müqavilələrdən görünür ki, 05 aprel 2021-ci il tarixdə X6, X11 və İddiaçı MMC arasında MAS-2956 saylı «Öhdəliklərin ötürürülməsi» müqaviləsi bağlamış və 26 oktyabr 2020-ci il tarixli MAS-2956 saylı «Daxili lizinq» müqaviləsi üzrə X11 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 22 aprel 2021-ci il tarixdə X11, X4 və İddiaçı MMC arasında MAS-2956 saylı «Öhdəliklərin ötürürülməsi» müqaviləsi bağlamış və 26 oktyabr 2020-ci il tarixli MAS-2956 saylı «Daxili lizinq» müqaviləsi üzrə X4 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 19 iyun 2021-ci il tarixdə X4, X5 və İddiaçı MMC arasında MAS-2956 saylı «Öhdəliklərin ötürürülməsi» müqaviləsi bağlamış və 26 oktyabr 2020-ci il tarixli MAS-2956 saylı «Daxili lizinq» müqaviləsi üzrə X5 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 22 iyun 2021-ci il tarixdə X5, X2 və İddiaçı MMC arasında MAS- 2956 saylı «Öhdəliklərin ötürürülməsi» müqaviləsi bağlamış və 26 oktyabr 2020-ci il tarixli MAS-2956 saylı «Daxili lizinq» müqaviləsi üzrə X2 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 27 iyul 2021-ci il tarixdə X2, X1 və İddiaçı MMC arasında MAS-2956 saylı «Öhdəliklərin ötürürülməsi» müqaviləsi bağlamış və 26 oktyabr 2020-ci il tarixli MAS-2956 saylı «Daxili lizinq» müqaviləsi üzrə X1 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 02 avqust 2021-ci il tarixdə X1, X8 və İddiaçı MMC arasında MAS-2956 saylı «Öhdəliklərin ötürürülməsi» müqaviləsi bağlamış və 26 oktyabr 2020-ci il tarixli MAS-2956 saylı «Daxili lizinq» müqaviləsi üzrə X8 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 09 sentyabr 2021-ci il tarixdə X8, Cavabdeh və İddiaçı MMC arasında MAS-2956 saylı «Öhdəliklərin ötürürülməsi» müqaviləsi bağlamış və 26 oktyabr 2020-ci il tarixli MAS-2956 saylı «Daxili lizinq» müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürərək lizinq obyekti olan «Khazar SD» markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC-yə məxsus «Khazar SD» markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE221620 ban nömrəli, ağ rəngli avtomobil Cavabdeh təhvil verilmişdir. 4330 saylı, xx.xx.2022-ci il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh 26 oktyabr 2020-ci il tarixdən 01 noyabr 2022-ci il tarixədək İddiaçı MMC-nə ödənilməmiş qalan 1.149,49 manat gecikdirilmiş əsas, 376,64 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 48,96 manat dəbbə pulu, cəmi 1.575,09 manat borcu vardır. 270 saylı, xx.xx.2023-cü il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh 26 oktyabr 2020-ci il tarixli lizinq müqaviləsi üzrə 23 dekabr 2022-ci il tarixə İddiaçı MMC-nə ödənilməmiş qalan 1.422,25 manat gecikdirilmiş əsas, 501,54 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 691,64 manat dəbbə pulu, cəmi 2.615,43 manat borcu vardır. 26 oktyabr 2020-ci il tarixli MAS-2956 saylı «Daxili lizinq» müqaviləsinin ayrılmaz hissəsi olan kredit borcunun ödənişi cədvəli 3 saylı Əlavədən görünür ki, kredit alan Cavabdeh 48 ay müddətində hər ay 397.67 son ayda 397.65 olmaqla xx.xx.2020-ci il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2024-cü il tarixdə etməklə götürülmüş kredit üzrə hesablanmış borc İddiaçı MMC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Hökumət ödəniş portalından Çıxarışlardan görünür ki, iddianın verilməsinə görə 35,76 manat və 10,10 manat olmaqla, ümumilikdə 45,86 manat dövlət rüsumu, 0,80 manat isə xdmət haqqı ödənilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə X6 arasında bağlanmış 26 oktyabr 2020-ci il tarixli MAS-2956 saylı «Daxili lizinq» müqaviləsinə əsasən 2020-ci il buraxılışlı, «Khazar SD» markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE221620 ban nömrəli, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. «Daxili lizinq» müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 19 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 397,67 manat, ümumilikdə isə 22.488 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli lan ümumilikdə 22.488 manatın 16.700 manatı əsas məbləğ təşkil edir. Öhdəliklərin ötürülməsi barədə 09 sentyabr 2021-ci il tarixli müqaviləyə əsasən İddiaçı MMC-nin razılığı ilə 26 oktyabr 2020-ci il tarixli MAS-2956 saylı «Daxili lizinq» müqaviləsi üzrə Cavabdeh lizinq alanın bütün öhdəlikləri öz üzərinə götürərək lizinq obyekti olan «Khazar SD» markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş «Khazar SD» markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehə vermiş, cavabdeh isə «Öhdəliklərin ötürülməsi barədə» müqaviləyə zidd olaraq 26 oktyabr 2020-ci il tarixli MAS-2956 saylı «Daxili lizinq» müqaviləsindən irəli gələn və ona ötürülmüş öhdəliklərini icra etməmiş və müvafiq ödənişlərini yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-1.2-ci maddəsinə əsasən, lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. 747-1.4-ci maddəsinə əsasən, satıcı (mal verən) alqı-satqı müqaviləsinə əsasən lizinq obyektini lizinq verənə satan hüquqi və ya fiziki şəxsdir. 748-1.12.4-cü maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Sadalanmış normaları hazırkı iş üzrə tətbiq edərkən müəyyən olunur ki, Azərmaş» MMC ilə X6 arasında bağlanmış 26 oktyabr 2020-ci il tarixli MAS-2956 saylı «Daxili lizinq» müqaviləsinə üzrə Öhdəliklərin ötürülməsi barədə 09 sentyabr 2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə məsuliyyət daşıyır, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmiş və bu səbəbdən lizinq şirkəti qarşısında cavabdehlik daşıyır. Buna görə də məhkəmə hesab edir ki, iddia «İddiaçı MMC ilə X6 bağlanmış 26 oktyabr 2020-ci il tarixli MAS-2956 saylı «Daxili lizinq» müqaviləsinin ləğv edilməsi, 1.422,25 manat gecikdirilmiş əsas və 501,54 manat gecikdirilmiş mükafatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi» hissəsində əsaslıdır. Məhkəmə iddianın «gecikdirilmiş vaxt üçün hesablanmış 691,64 manat dəbbə pulu» hissəsini aşağıda qeyd olunanlara əsasən qismən əsaslı hesab edir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2014-cü il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq, mülki məhkəmə icraatı qaydasında müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı dəbbə pulunu Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azalda bilər. Məhkəmə istinad olunanlara əsasən hesab edir ki, işin hallarına görə 691,64 manat dəbbə pulu əsas borcla müqayisədə tənasübsüz surətdə yüksək məbləğdir, həmin məbləğin ödənilməsi ədalətsizliyə səbəb ola bilər. Odur ki, məhkəmə dəbbə pulunun cavabdehdən 50 manat həcmində tutulmasını daha ədalətli hesab edir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə X6 bağlanmış 26 oktyabr 2020-ci il tarixli MAS-2956 saylı «Daxili lizinq» müqaviləsinin ləğv edilməli, xx.xx.2020-ci il tarixli MAS-2956 saylı «Daxili lizinq» müqaviləsi və «Öhdəliklərin ötürülməsi» barədə 09 sentyabr 2021-ci il tarixli müqavilə üzrə 1.422,25 manat gecikdirilmiş əsas, 501,54 manat gecikdirilmiş mükafat və 50 manat dəbbə pulu, olmaqla cəmi 1.973,79 manat gecikdirilmiş borc, həmçinin iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 45,86 manat Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə X6 bağlanmış 26 oktyabr 2020-ci il tarixli MAS-2956 saylı «Daxili lizinq» müqaviləsinin ləğv edilsin. xx.xx.2020-ci il tarixli MAS-2956 saylı «Daxili lizinq» müqaviləsi və «Öhdəliklərin ötürülməsi» barədə 09 sentyabr 2021-ci il tarixli müqavilə üzrə 1.422,25 manat gecikdirilmiş əsas, 501,54 manat gecikdirilmiş mükafat və 50 manat dəbbə pulu, olmaqla cəmi 1.973,79 manat gecikdirilmiş borc, həmçinin iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 45,86 manat Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-323/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-323/2023
07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver