Məhkəmə qərarları › İş №2(049)-3236/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3236/2025

20.08.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3236/2025 20.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəfindən ödənilmiş ümumi 15500 ABŞ dolları məbləğində pul vəsaiti və ödədiyi 100.40 manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 alınıb ona verilməsi və müqavilənin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, iddia tələbi iki hissədən ibarətdir. İddiaçı ilkin olaraq Cavabdeh1 və Cavabdeh2 15500 ABŞ dolları məbləğində pul vəsaitini, daha sonra müqavilənin etibarsız hesab olunmasını tələb etsə də, iddia tələbi üzrə cəmi 100.40 (bir yüz manat dövlət rüsumu, 0.40 manat xidmət haqqı) ödəmişdir. Halbuki, iddiaçı tələb etdiyi 15500 ABŞ dollarının hazırda Azərbaycan manatına nisbətdə məzənnəsinə uyğun dövlət rüsumu ödəməli idi. İddiaçının “müqavilənin etibarsızlığı” tələbi özü-özlüyündə qiymətləndirilməyən iddia olmasına və qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən görə 100 manat miqdarında dövlət rüsumu ödənilməsi nəzərdə tutulsa da, iddiaçı müqavilənin etibarsızlığı ilə yanaşı, 100 manat dövlət rüsumu ehtiva olunmayan pul tələbini də irəli sürmüşdür. Bundan başqa, iddiaçı tələbində “müqavilənin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini” xahiş etsə də, hansı müqavilənin (müvavilənin kimlər arasında bağlanılması, tarixi və s.) etibarsızlığı iddia tələbinin “xahiş edirəm” hissəsində qeyd olunmamışdır. Başqa sözlə, iddiaçının hansı müqavilənin etibarsız hesab edilməsi barədə tələbi qeyri-müəyyəndir. Həmçinin, iddiaçının tələbini yönəldiyi şəxslərdən biri “Cavabdeh3” adlı şəxsdir. İddiaçı həmin şəxsin şəxsiyyət vəsiqəsi məlumatlarını iddia ərizəsində qeyd etməmişdir. Eyni zamanda, “Elektron məhkəmə” informasiya sistemində sorğu göndərilsə də “Cavabdeh3” adlı şəxs aşkar edilməmişdir. Eləcə də, iddia tələbi 3 nəfər şəxsə qarşı yönəlsə də, iddiaçı tərəfindən cavabdehlərə təqdim edilməsi üçün cəmi 2 ədəd iddia ərizəsi əlavə edilmişdir. Bundan əlavə, iddiaçı iddia ərizəsində sübutların siyahısını göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.4-cü maddələrinin məzmununa görə ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı; mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri ərizədə göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.1-ci maddəsinə görə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla), 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyinə və qeyri-müəyyən tələblə məhkəməyə müraciət edildiyinə, habelə, mülki məhkəmə icraatı qaydasında baxılmalı olan iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün tələbin məzmununa uyğun olaraq qanunla müəyyən edilmiş miqdarda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd məhkəməyə təqdim olunmadığına görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilir ki, iddia ərizəsinin qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada, həmçinin, ərazi və məhkəmə aidiyyəti qaydalarına riayət etməklə yenidən məhkəməyə müraciət etməsinə mane olmur. MPM-nin 114.1.3-cü maddəsinə əsasən ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, ********** №-li qəbzdən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı iddia ərizəsi geri qaytarıldığı üçün yuxarıda qeyd olunan normanın tələbinə əsasən onun tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülku Prosessual Məcəlləsinin 149, 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2025-ci il tarixli, ********** №-li qəbz əsasında İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə etməklə qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar