Məhkəmə qərarları › İş №2(049)-324/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-324/2023

14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-324/2023 14.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC məhkəməyə ərizə ilə müraciət edərək 28 oktyabr 2020-ci il tarixli Mas- 2967 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməsi və Lizinq obyekti olan 2020-ci il buraxılışı,”Khazar SD” markalı, 9-PS-156 dövlət qeydiyyat nişanlı ,NVA01HHFLE221616 nömrəli qara rəngli avtobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması Cavabdeh 28 oktyabr 2020-ci il tarixli, Mas-2967 saylı “Daxili lizinq müqaviləsi“nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 01 noyabr 2022-ci il tarixə 1301.36 manat gecikdirilmiş əsas, 685.73 manat gecikdirilmiş mukafat və həmin günə hesablanmış 232.12 manat dəbbə pulu, cəmi 2219.21 manat borc və ödənilmiş 42.60 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X3 arasında bağlanmış 28 oktyabr 2020-ci il tarixli MAS-2967 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2020-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE221616 ban nömrəli, qara rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 19 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 397.67 manat, ümumilikdə isə 22488 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 22488 manatın 16700 manatı əsas məbləğ təşkil edir. 08 aprel 2021-ci il tarixdə X3, Cavabdeh və İddiaçı MMC arasında MAS-2967 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 28 oktyabr 2020-ci il tarixli MAS-2967 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürərək lizinq obyekti olan “Khazar SD” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh 28 oktyabr 2020-ci il tarixli MAS-2967 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən 01 noyabr 2022-ci il tarixə ümumilikdə 2219.21 manat gecikmə borcu yaranmışdır. Daxili lizinq müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdmda və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış İddiaçı MMC-nin nümayəndəsi və iddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onların iştirakları olmadan baxıb, iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, Məhkəmənin yeri və vaxtı barədə lazımı qaydada cavabdehə rəsmi məlumat verilməsinə baxmayaraq gəlməmiş gəlməməsi barədəd məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə araşdırılmış İddiaçı MMC ilə X3 arasında bağlanmış 28 oktyabr 2020-ci il tarixli MAS-2967 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2020-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PS- *** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE221616 ban nömrəli, qara rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 19 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 397.67 manat, ümumilikdə isə 22488 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 22488 manatın 16700 manatı əsas məbləğ təşkil edir. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə araşdırılmış 08 aprel 2021-ci il tarixdə X3, Cavabdeh və İddiaçı MMC arasında MAS-2967 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsinə əsasən 28 oktyabr 2020-ci il tarixli MAS-2967 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürərək lizinq obyekti olan “Khazar SD” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə araşdırılmış 4317 saylı, xx.xx.2022-ci il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh 28 oktyabr 2020-ci il tarixdən 01 noyabr 2022-ci il tarixədək İddiaçı MMC-nə ödənilməmiş qalan 1301.36 manat gecikdirilmiş əsas, 685.73 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 232.12 manat dəbbə pulu, cəmi 2219.21 manat borcu vardır. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə araşdırılmış 28 oktyabr 2020-ci il tarixli MAS-2966 saylı «Daxili lizinq» müqaviləsinin ayrılmaz hissəsi olan kredit borcunun ödənişi cədvəli 3 saylı Əlavədən görünür ki, kredit alan Cavabdeh 48 ay müddətində hər ay 397.67 son ayadək 397.65 olmaqla xx.xx.2020-ci il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2024-cü il tarixdə etməklə götürülmüş kredit üzrə hesablanmış borc İddiaçı MMC-yə qaytarmağı öhdəsinə götürmüşdür. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə araşdırılmış Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddianın verilməsinə görə 42,60 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. MM-nin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-nin 747-1.2-ci maddəsinə əsasən, lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. MM-nin 747-1.4-ci maddəsinə əsasən, satıcı (mal verən) alqı-satqı müqaviləsinə əsasən lizinq obyektini lizinq verənə satan hüquqi və ya fiziki şəxsdir. MM-nin 748-1.12.4-cü maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Sadalanmış normaları hazırkı iş üzrə tətbiq edərkən müəyyən olunur ki, Azərmaş» MMC ilə Cavabdeh arasında bağlanmış 28 oktyabr 2020-ci il tarixli MAS-2967 saylı «Daxili lizinq» müqaviləsinə üzrə Öhdəliklərin ötürülməsi barədə 08 aprel 2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə məsuliyyət daşıyır, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmiş və bu səbəbdən lizinq şirkəti qarşısında cavabdehlik daşıyır. Buna görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh ilə bağlanmış 28 oktyabr 2020-ci il tarixli MAS-2967 saylı «Daxili lizinq» müqaviləsinin ləğv edilməli, xx.xx.2020-ci il tarixli MAS-2967 saylı «Daxili lizinq» müqaviləsi və «Öhdəliklərin ötürülməsi» barədə 01 11 2022-ci il tarixli müqavilə üzrə 1301.36 manat gecikdirilmiş əsas, 685.73 manat gecikdirilmiş mükafat və 232.12 manat dəbbə pulu olmaqla cəmi 2219.21 manat borc və dövlət rüsumu kimi ödənilmiş 42,60 manat Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 28 oktyabr 2020-ci il tarixli Mas-2967 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilsin. Lizinq obyekti olan 2020-ci il buraxılışı, Khazar SD” markalı, 9-PS-156 dövlət qeydiyyat nişanlı, NVA01HHFLE221616 nömrəli qara rəngli avtobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılsın. Cavabdeh 28 oktyabr 2020-ci il tarixli, Mas-2967 saylı “Daxili lizinq müqaviləsi“nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 01 noyabr 2022-ci il tarixə 1301.36 manat gecikdirilmiş əsas, 685.73 manat gecikdirilmiş mukafat və həmin günə hesablanmış 232.12 manat dəbbə pulu, cəmi 2219.21 manat borc və ödənilmiş 42.60 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar