Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3246/2022 15.11.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X5, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Azəriqaz” X1 X8 İdarəsinin xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 518,4 manat borc məbləğinin silinməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli, ******* nömrəli ilə “Azəriqaz” X1 X10 İdarəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus Lənkəran rayon, Gərmətük qəsəbəsindəki evinin küçədə quraşdırılmış Elster tipli, G-4T markalı, ******* nömrəli qaz sayğacını növbəti yoxlaması səbəbindən əvəzetmə kimi çıxarılmış və yerinə **********8 nömrəli qaz sayğacı ilə əvəz etmişlər. X4 28-ci sırasında evinin qaz təchizatı xətti üzərindən çıxarılan ******* nömrəli qaz sayğacına baxış keçirilən zaman sayğacın hesablama mexanizminin yan tərəfdən əzilməsi, daxili qulaqcıqlarında əzik-cızıq izlərini olması, qaz itkisi, müdaxilə yazılmışdır. Bu barədə tərtib edilən ******* nömrəli akta guya istehlakçı olaraq imza etməkdən imtina etmişdir. Qaz sayğacına müdaxilə edən şəxsin şəxsiyyəti məlum olmadan X6 əsas götürülərək “Azəriqaz” X1 X10 İdarəsi tərəfindən onun adına X11 Qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli cərimə aktı tərtib edilmişdir. Məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, Lənkəran rayonu, Gərmətük qəsəbəsində atasına məxsus evdə yaşayır. Evin sayğacı da atasının adına olduğundan hazırda etibarnamə ilə çıxış edir. xx.xx.2021-ci ildə qaz sayğacını növbəti yoxlaması səbəbindən əvəzetmə kimi çıxarılmış və yerinə yeni qaz sayğacı ilə quraşdırılmışdır. Həmin vaxt sayğacda heç bir zədə aşkar edilməmiş, heç bir şahid olmamış, foto video çəkilməmişdir. Həmin akta bacısı imza etmişdir. Lakin üzərindən xeyli müddət keçdikdən sonra xx.xx.2021-ci il akt tərtib edilmiş və guya istehlakçı kimi həmin akta imza etməkdən imtina etmişlər. Halbuki elə bir aktın olmağından ümumiyyətlə xəbərləri olmamış, qaz pulunun ödəyəndə borcu olduğunu öyrənmişdir. Qaz sayğacı tam işlək olmuş, heç bir müdaxilə olmamış, qaz sayğacı küçədə yerləşmişdir. Qeyd olunanlara əsasən xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 518,4 manat borc məbləğinin silinməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh “Azəriqaz” İstehsalat Birliyi heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmədə elan edilməklə araşdırılmış Lənkəran X10 İdarəsinin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın surətindən görünür ki, Lənkəran rayonu, Gərmətük qəsəbəsində yaşayan X2 istifadəsində olan sayğa növbəti dövlət yoxlaması ilə əlaqədar olaraq yenisi ilə əvəz olunmuşdur. İş materiallarında olan məhkəmədə elan edilməklə araşdırılmış 13 oktyabr 2021-ci il traixli X4 28-ci sırasında evinin qaz təchizatı xətti üzərindən çıxarılan ******* nömrəli qaz sayğacına baxış keçirilən zaman sayğacın hesablama mexanizminin yan tərəfdən əzilməsi, daxili qulaqcıqlarında əzik-cızıq izlərini olması, qaz itkisi, müdaxilə yazılmışdır. İş materiallarında olan məhkəmədə elan edilməklə araşdırılmış Lənkəran X10 İdarəsinin təsdiq etdiyi X11 qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, Lənkəran rayonu, Gərmətük qəsəbəsində yaşayan X2 istifadəsində olan sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında əzik-cızıq izləri olduğu müəyyən edilmişdir. Bu səbəbdən itirilmiş qazın bərpası barədə hesablamalar aparılmışdır. İş materiallarında olan məhkəmədə elan edilməklə araşdırılmış Lənkəran X10 İdarəsinin 29 oktyabr 2021-ci il tarixli Dəymiş ziyanın hesablanmasıda dair Tələbnamədən görünür ki, xx.xx.2021-ci il traixli, ******* nömrəli akta əsasən istehlakçı X3 4320 m3 qazın istifadəsinə görə cərimə hesablanmışdır. İş materiallarında olan məhkəmədə elan edilməklə araşdırılmış **********003320 nömrəli abonent saldosundan görünür ki, X3 cərimə hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, qaz sayğacına müdaxilə edilməsi əsası ilə istehlakçıya borc hesablanmasına dair qərar qəbul etmiş cavabdeh «Azəriqaz» İB konkret olaraq məhz istehlakçı tərəfindən müdaxilə edilməsinə dair sübut təqdim etməmişdir. Halbuki, MPM-nin 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə qeyd edir ki, qaz paylayıcısının nümayəndələrinin tərtib etdikləri xx.xx.2021-ci il tarixli, ******* nömrəli akta görə sözügedən qaz sayğacında istehlakçının istifadəsində olan dövrdə hər hansı bir müdaxilənin olmasının müəyyən edilməsi mümkünsüzdür. Belə ki, iddiaçının təsərrüfatına aid olan sözügedən qaz sayğacı onun təsərrüfatı, yəni həyəti daxilində yox, küçədə quraşdırılmışdır ki, belə olan halda da həmin sayğaca kənar şəxslərin müdaxiləsi də istisna deyildir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 8 və 9-cü bəndlərində göstərilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qazdan istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 4.9-cü bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin qərarın 4.2, 4.7, 4.8 və 6.7-ci bəndlərinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin normalarda imperativ qaydada müəyyən olunmuşdur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablamalıdır. Həmçinin qeyd edilməlidir ki, “Azəriqaz“ İB-nin baş direktorunun təsdiq etdiyi xx.xx.2013-cü il tarixli, “Əhali abonentlərinin mənzillərində (evlərində) qaz sayğaclarının quraşdırılması və istismarı” qaydalarının 6.2-ci bəndinə əsasən sayğaclar xətdən açıldıqdan sonra 10 iş günü müddətində İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə (İTRİ) göndərilir. Həmin “Qaydalar’ın 6.6-cı bəndinə görə sayğacların İTRİ-yə daxil olan vaxtdan 10 iş günü müddətindən gec olmayaraq Dövlət yoxlamasından keçirilməsi, sənədləşdirilməsi və “Azəriqaz” İB-nin nümayəndəsinə (müvafiq X9) təhvil verilməsi təmin edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunduğundan, həmçinin qəbul edilməsi üçün əsas olmuş hallar cavabdeh təşkilat tərəfindən sübut edilmədiyindən iddia təmin edilməli, cavabdeh “Azəriqaz” X1 X10 İdarəsinin X11 qaydalarının pozulması haqqında tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməli və həmin akt əsasında hesablanmış 518,4 manat borc məbləği silinməlidir. MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” X1 X10 İdarəsinin X11 qaydalarının pozulması haqqında tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilsin və həmin akt əsasında hesablanmış 518,4 manat borc məbləği silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-3246/2022
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3246/2022
15.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver