Məhkəmə qərarları › İş №2(049)-3289/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3289/2025

22.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3289/2025 22.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlu, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh1 və Cavabdeh2 qarşı «miras əmlak üzərində payların müyyən edilməklə vərəsələr arasınada bölünməsi» tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «miras əmlak üzərində payların müyyən edilməklə vərəsələr arasınada bölünməsi» qarşı iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, mərhum nənələri X1 məxsus olmaqla ondan miras qalmış Lənkəran rayonu, Xolmili kəndində yerləşən fərdi yaşayış evindən və həmin fərdi yaşayış evin yerləşdiyi 0.25 ha torpaq sahəsindən onların hər birinə çatan 1/8 hissədə miras payıın tam şəkildə müəyyən edilərək onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri öyrənib belə nəticəyə gəlirəm ki, ərizə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə hazırki iddia ərizəsinin eyni məzmununda olan 2(049)-2901/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadındakı göstərilmiş iddia ərizəsində olan bütün nöqsanlar aradan qaldırılmamışdır. Məhkəmə qeyd edir ki, ərizəyə əlavə edilmiş xx.xx.2025-ci il tarixli 431 nömrəli məktubdan görünür ki, Nümayəndə miras əmlakın bölgüsü ilə bağlı mübahisə olduğuna məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Halbuki, hazırki iş üzrə İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Hazırki iş üzrə iddiaçılar tərəfindən notariat ofisinə müraciət edilməsi ümumiyyətlə müəyyən edilmir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 miras əmlakın bölgüsü ilə bağlı mübahisə olduğuna görə imtina verilərək məhkəməyə müraciət edilməsilə bağlı heç bir sənəd əlavə edilməmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(049)-2901/2025-002 nömrəli qərardadında qeyd edilən nöqsanın aradan qaldırılması göstərilsə də həmin nöqsan hazırki iddia ərizəsində də aradan qaldırılmamışdır. İddiaçılara bir daha izah edilir ki, hazırki iş üzrə iddiaçılar onlar olduğundan onlardan ən azı birinin notariusa müraciət etməsi zəruridir. Belə ki, vərəsəlik işləri üzrə yalnız tərəflər arasında mübahisə olduğu təqdirdə həmin işlərin məhkəmədə baxılması mümkündür. Lakin iddiaçıların hazırda notariusa müraciəti olmadığına görə mriasın bölgüsü ilə bağlı mübahisənin olub-olmaması müəyyən edilmir. İş materiallarında olan məktubdan görünür ki, notariusa Nümayəndə müraciət etmişdir. Adı çəkilən şəxsin isə vərəsə kimi subyektiv hüququnun olub-olmaması hazırda qeyri müəyyəndir və notariusa öz adından müraciət etmişdir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən geri qaytarılmalıdır. Eyni zamanda iddiaçıya izah edilməlidir ki, MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur, yəni iddiaçı məhkəmənin hazırki qərardadında göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququna malikdir. MPM-nin 152.2 və 152.3-cü maddələrinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qeyd olunan prosessual hüquq normasının tələbi baxımından hesab edirəm ki, iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 100 manat iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 152.1, 152.2, 152.3, 263, 264, 266-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «miras əmlak üzərində payların müyyən edilməklə vərəsələr arasınada bölünməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, habelə iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 100 manat İddiaçı1, İddiaçı2 və İddiaçı3 geri qaytarılsın. İddia ərizəsinin geri qaytarılmasına səbəb olan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə hüququ vardır. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10(on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar