Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-332/2024 30.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X6 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında 30 aprel 2024-cü il tarixdə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 21000 manat borcun, 154 manat dövlət rüsumunun, cəmi 20154 manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddia tələbini onunla əsaslandırmışdır ki, Gədəbəy rayonu, X7 doğulmuşdur. Bir müddət keçdikdən soran Bakı şəhərində yerləşən fərdi yaşayış evlərindən birini almaq qərarına gəlmişdir. Cavabdeh ilə aralarında yaranan münasibət burdan qaynaqlanmışdır. Cavabdeh Bakı Şəhəri, Binəqədi rayonu, Bİnəqədi qəsəbəsi, Mədən 1, korpus 8 ünvainda yerləşən mənzilin sahibini X3 məxsus olduğunu və həmin evi 14500 manat dəyərində satacağını ona bildirmişdir. Cavabdeh dediyi qiymətin ağlabatan olduğunu düşünərək və gələcəkdə hər hansısa bir problem olmaması üçün Notarial Kontorda bu barədə razılıq əldə olunmasını təklif etmişdir. Cavavdeh Cavabdeh evin mülkiyyətçisi kimi tanıtdırdığı X2 adından etibarnamə alaraq etibarnamə əsasında həmin sözü gedən fərdi yaşayış evini ona satmışdır. Alqı-Satqı Müqaviləsi ilə almağı təklif etdikdə o, həmin sözügedən ünvanda yerləşən fərdi yaşayış evinin çxarışın hazırda olmadığını, lakin gələcəkddə əldə edəcəyini ona bildirmişdir. Sözügedən mənzilin çıxarışı olmadığına görə rəsmi qaydada alqı-satqı müqaviləsi etmək mümkün olmamışdır. Belə olduğu təqdirdə gələcəkdə hər hansısa bir maddi sübutum olmasına görə Bakı Şahəri, 43 saylı Notarila Kontorunda 11 avqust 202İci il tarixində onunla Cavabdeh arasında Notariat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən o Cavabdeh 14500 manat dəyərində pul vermişdir. Sözügedən ev bələdiyyə sənədi əsasında olduğundan çıxarış əldə etmək olmamışdır. Müqavilə bağlanıldığı gündən sonra o ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşamağa başlamışdır. Yaşadığı müddət ərzində fərdi yaşayış evində olan kommunal ödənişləri belə öz adına keçirməyə nail olmuşdur. Bundan başqa həmin ünvanda gələcəkdə çıxarış əldə etmək məqsədi ilə evin Eskiz Layihəsi belə tərtib edilmişdir. 11 avqust 2021-ci il tarixindən təxmini 6 aya yaxın sözügedən fərdi yaşayış evində yaşamışdır. Bir müddət keçdikdən sonra Binəqədi rayon 6 saylı Polis Bölməsinin əməkdaşları, həmin ərazi üzrə sahə müvəkkili həmin fərdi yaşayış evinin əslində X2 bacısı X1 məxsus olmasını, Binəqədi rayon İcra Şöbəsindən verilən icra sənədində Binəqədi Rayon Məhkəməsinin 2(001)-8035/2021 saylı qətnaməsi ilə X2 Bakı Şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 1873 saylı qərarı ilə X1 ayrılmış, Bakı Şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, Korpus 8 ünvanından yerləşən torpaq sahəsindən və üzərində tikilmiş fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Həmin ünvanda borclu kimi qeyd olunan X2 həmin fərdi yaşayış evindən çıxarılması öhdəliyi qoyulmuşdur. Cavabdeh Bakı Şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 8 fərdi yaşayış evinin başqa şəxsə məxsus olmasını ona bildirməmişdirl. Evdən çıxarılması barədə məlumat verdikdə Cavabdeh 6500 manat dəyərində pul istəyərək bu məsələnin həll edilməsinin ona bildirmişdir. Lakin buna baxmayaraq hələ də edilən ödənişlərdən heç bir hissəsi mübahisə yarandıqdan sonra ona qaytarılmamış və üzərlərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdehə bu barədə məlumat verdikdə müxtəlif bəhanələrlə ödənilən pulun müvacibini geri qaytarmaqdan bir yolla yayınmağa davam edərək süni maneələr yaradırdır. Bakı şəhəri, 43 saylı Notariat Kantorunda 11 avqust 2021-ci il tarixində onunla cavabdeh arasında bağlanmış Potrat müqaviləsinin “Müqavilənin qüvvədə olma müddəti və ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilməsi qeyd edilmişdir. xx.xx.2023-cü il tarixində sonda rəsmi qaydada Pretenziya (təklif məktubu) ilə 3 gün ərzində aralarında olan yazılı razılıqla cavabdehə bildirdikdə məktub çatdıqdan sonra belə heç bir ödəniş edəcəyi barədə məlumat verməmişdir. Sonda belə olduğu təqdirdə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasının vaхtı və yеri barəsində lazımi qaydada хəbərdar еdilməsinə baхmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasını iştirakı olmadan keçirməklə iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasının vaхtı və yеri barəsində lazımi qaydada хəbərdar еdilməsinə baхmayaraq, cavabdеh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə işdə olan materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan və xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, 43 saylı Notariat Kantorunda təsdiqlənmiş podrat müqaviləsindən görünür ki, potratçı qismində Cavabdeh tərəfindən icra olunan işin ümumi dəyəri, muzd da daxil olmaqla 14500 manat təşkil edir. Sifarişçi olan iddiaçı həmin məbləği notariusuin depozit hesabı vasitəsilə ödəyir. İşdə olan pretenziyadan görünür ki, iddiaçı cavabdehə 3 gün ərzində ümumilikdə 21000 manat pulun qaytarılmasını təklif etmişdir. İşdə olan qəbzdən görünür ki, iddiaçı məhkəməyə verdiyi iddia ərizəsinə görə 154 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə cavabdeh öz materiallarından istifadə etməklə iddiaçı üçün ev tikib ona təhvil verməyi, iddiaçı isə bunun müqabilində 14500 manat məbləğdə pulu notariusuin depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı öhdəliyini icra etsə də, cavabdeh podrat müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Həmin Məcəllənin 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh öz materiallarından istifadə etməklə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Xırman yolu ünvanında yerləşən tikinti sahəsi 54 kv.m təşkil edən, 3.30 metr hündürlüyü, bir daş kürsü, 04 otaqlı bir mrtəbəli yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə iddiaçıya təhvil verməyi, iddiaçı isə həmin fərdi yaşayış evini qəbul edib məbləği ödəməyi öhdələrinə götrmüşlər. İddiaçı bunun üçün notariusuin depozit hesabına 14500 manat vasitəsilə pul ödəyir. İddiaçı aralarında olan podrat müqaviləsinin icrası ilə bağlı üzərinə düşən vəzifəni yerinə yetirərək öz öhdəliyini icra etsə də, cavabdeh öhdəliyini icra etməmiş, bununla da iddiaçıya maddi ziyan vurulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iddiaçının 14500 manat məbləğində pulun tələbi ilə bağlı dəlillərinə məcmu halında qiymət verərək qeyd edir ki, o, hazırki iddia tələbi ilə bağlı əldə etdiyi bütün mümkün sübutlarını məhkəməyə təqdim etdiyindən, cavabdeh isə bu hissədə iddia tələbinə qarşı etiraz verməyib məhkəməyə hər hansı sübut təqdim etmədiyindən, cavabdehin ona təhvil verməli olduğu evi təhvil vermədiyi faktı sübuta yetirilmiş hesab edir. Məhkəmə iddia tələbinin 6500 manat məbləğində pulun tələbi hissəsi ilə bağlı qeyd edir ki, o, cavabdehə evə mülkiyyət hüququ təsdiqləyən Çıxarışın alınması üçün həmin məbləğdə pulun verildiyini göstərsə də, bu faktı təsdiqləyən hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin 14500 manat məbləğində pulun tələbinə dair hissəsi təmin edilməklə, cavabdehdən 14500 manat məbləğində pul alınaraq iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 154 manat dövlət rüsumu məbləğinin 106.20 manatdan ibarət hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 47.80 manatdan ibarət hissəsi isə iddiaçının özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 14500 manat məbləğində pul və məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödənilmiş 154 manat məbləğin 106.20 manatdan ibarət hissəsi, cəmi 14 606.20 (on dörd min altı yüz altı) manat 20 qəpik alınaraq, İddiaçı verilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X8
Məhkəmə qərarları › İş №2(049)-332/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-332/2024
30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver