Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3341/2023 28.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “aktın etibarsız sayılması və cərimənin silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin əməkdaşlarının tərtib etdikləri 16 avqust 2023-cü il tarixli R 304578 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 1038 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Lənkəran rayonu? Nərimanabad qəsəbəsində qeydiyyatdadır və həmin ünvanda da yaşayır. Evinə Cavabdeh-nin qanuni elektrik xətti çəkilib və elektrik sayğacı qoyulub. Hər ayda istifadə etdiyi elektrik enerjisinin pulunu vaxtında ödəmişdir. Cari ayda sahə nəzarətçisi ona bildiriş təqdim edərkən orada 1038 AZN borcunun olduğunu görmüşdür. Bunu öyrənmək məqsədi ilə Lənkəran elektrik şəbəkəsinə getmişdir. Onlar ona kənar xəttdən istifadə etməyinə dair 16 avqust 2023-cü il tarixdə cərimə aktı yazıldığını və 1038 manat cərimə hesablandığını bildirərək həmin pulun ödənilməsini tələb etmişlər. Həmin vaxt aktın surətini tələb edəndə ona verilən aktın surətində qeyd edilmişdir ki, abonent sayğacdan kənar X1 edir. Halbuki evində heç bir kənar xətt mövcud olmamış və o, elektrik enerjisindən sayğacdan kənar heç bir istifadə halına yol verməmişdir. O, "xxxx" ASC-nin əməkdaşlarına evində hər hansı kənar xəttin olmadığını bildirərək onlardan bunun ona sübuta yetirilməsini tələb etmişdir. Daha sonra yenidən Lənkəran elektrik şəbəkəsinin rəhbərliyi ilə görüşmüşdür. Onlar da qısa müddət ərzində bu cəriməni tam ödəməyəcəyi halda evinə gələn xətti kəsəcəklərini bildirmişlər. Heç bir kənar xətt çəkməmiş və sayğaca heç bir müdaxilə etməmişdir. Əgər evinə kənar xətt çəkilmişdisə aktı yazan işçilər onu çağıraraq həmin kənar xətti ona göstərməli və aktda onun imza etməyinə şərait yaradardılar. Amma bunların heç biri olmayıb. Bu səbəbdən də həmin aktın etibarsız hesab edilərək cərimənin silinməsi üçün məhkəməyə müraciət edir. X1 Qaydalarının 8.17-2. bəndinə görə İstehlakçı sayğacdan kənar xətt çəkdikdə enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. Göründüyü kimi onlar həmin qanunsuz aktı tərtib edərkən onun iştirakını və akta imza etməyini təmin etmədən elə idarə daxilində akt tərtib ediblər. Həmin aktın surəti də ona verilməyib. Yalnız idarədə tələb etdikdən sonra onun surətini ona vermişlər. İddiaçı məhkəmə baxışında iştirak edərək iddia tələbini müdafiə etmişdir və izahatında əlavə olaraq bildirmişdir ki, o, heç vaxt elektrik sayğacına müdaxilə etməmişdir, istifadə etdiyi elektrik enerjisinin pulunu hər zaman vaxtında ödəmişdir. Onun üçün hesablanmış 1038 manat borc tamamilə əsassızdır. Belə ki, həmin borc ona 40 günlük dövrə dair hesablanmışdır, lakin hər ay ərazi üzrə nəzarətçi sayğaca baxış keçirdiyindən əgər onun tərəfindən belə bir pozuntu, müdaxilə faktı qeydə alınsaydı həmin vaxt bu barədə tədbir görülərdi. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə baxışında iştirak edərək izahatlnda bildirmişdir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evində olan elektrik sayğacına baxış zamanı müəyyən edilmişdir ki, abonent sayğacdan kənar X1 edir. Sayğacdan kənar çəkilmiş naqilin en kəsiyinin ölçüsü 2,10 mm., bir damarlıdır. Bu barədə 16 avqust 2023-cü il tarixdə müvafiq akt tərtib edilmişdir və bunun əsasında müvafiq komissiya tərəfindən abonent üçün 1.038 manat 41 qəpik borc hesablanmışdır. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 16 avqust 2023-cü il tarixli, R 304578 saylı aktın surətindən görünür ki, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yaşayan abonent İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman müəyyən edilmişdir ki, abonent sayğacdan kənar X1 edir. Sayğacdan kənar çəkilmiş naqilin en kəsiyinin ölçüsü 2,10 mm., bir damarlıdır. İş materiallarında olan 16 avqust 2023-cü il tarixli qərardan (tələbnamədən) görünür ki, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yaşayan “**********00357” nömrəli abonent İddiaçı üçün “sayğacdankənar X1 etdiyi” səbəbindən elektrik enerjisindən 40 günlük, 24 saatlıq istifadəyə dair 1.038 manat 41 qəpik borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1 Qaydalarının 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Eyni qaydaların 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin qaydaların 8.17-ci bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məhkəmə qeyd edir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 16 avqust 2023-cü il tarixli, R 304578 saylı aktda “Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yaşayan abonent İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar X1 etdiyi və sayğacdan kənar çəkilmiş naqilin en kəsiyinin ölçüsünün 2,10 mm., bir damarlı olduğu”nun müəyyən edildiyi qeyd edilsə də bu fakta dair iş materiallarına heç bir mötəbər sübut əlavə edilməmiş və cavabdehin nümayəndəsi tərəfindən də məhkəməyə təqdim edilə bilməmişdir. Həmçinin cavabdeh tərəfindən iddiaçı üçün qeyd edilən akt əsasında “sayğacın dövrədən kənarlaşdırılması” səbəbindən elektrik enerjisindən 40 günlük, gündə 24 saatlıq istifadəyə dair borc hesablanmışdır ki, bu hal da «X1 Qaydalarının 8.2-ci bəndinin tələbinə uyğun deyil. Qeyd edilənlənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia təmin olunsun. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, R seriyalı, 304578 saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında hesablanmış (abunə kodu: **********00357) 1.038 (bir min otuz səkkiz) manat 41 (qırx bir) qəpik borc silinsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-3341/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3341/2023
28.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver