Məhkəmə qərarları › İş №2(049)-335/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-335/2025

11.03.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-335/2025 11.03.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran rayon məhkəməsi hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi: X8 iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Lənkəran Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasına cəlb etdiyi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə» ərizəsinə dair işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il tarixdə doğulmuş X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1971-ci il təvəllüdlüdür. Lənkəran rayonu, Vilvan kəndində qeydiyyatda olmaqla, Lənkəran şəhəri, A.Mirzəyev küçəsi ev 17də ailə üzvləri ilə birlikdə yaşayır. X3 ilə birgə rəsmi nikahından 08 mart 2006-cı il tarixdə X4 adlı uşağı doğulmuşdur. Övladı Gülay anadangəlmə “serebral iflic” xəstəliyindən əziyyət çəkir. O, əmək qabiliyyətsizdir və müddətsiz olaraq birinci dərəcəli əlildir. Övladı Gülay psixi inkişafdan geri qalmışdır. Qızı Gülay hal-hazırda öz hərəkətlərini ölçüb-biçə bilmir, hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyil və tam olaraq fəaliyyət qabiliyyətsizdir. Onun daimi olaraq kənar qulluğa ehtiyacı vardır. Uzun illər boyu övladını müalicə etdirmiş və həkimlər bildirmişdirlər ki, bu xəstəliyin müalicəsi mümkün deyildir. Onun bütün ehtiyaclarını o, ödəyir. Qızı Gülaya qəyyum edilməyini istəyir. Bu səbəbdən də onun məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmənin hazırlıq iclasında iştirak edən iclasında iştirak edən Ərizəçi ərizənin təmin edilməsini və işə onun iştirakı olmadan baxılmasını xahiş etdi. Maraqlı şəxs Lənkəran rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasına məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə tərəflərin Lənkəran Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış AZ-İİ 354419 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2006-ci il tarixdə X4 doğulmuşdur. X1, anası X5r. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X11 Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli, 409 saylı ekspertin qiyabi rəyindən görünür ki, xx.xx.2006-ci il tarixdə X6 “Kvadroplegik spastik serebral iflici” nəticəsində yaranan pozuntuları, ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə formasından psixi xəstəlikdən əziyyət çəkir. Göstərilən diaqnozlu xəstəliklə əlaqədar ona müddətsiz 1-ci qrup əllilik təyin edilmişdir. xx.xx.2006-ci il tarixdə X4 psixi vəziyyəti onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas verir. Buna görə də X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Ərizəçi tərəfindən dövlət büdcəsinə 100 manat dövlət rüsumu köçürülmüşdür. MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, ekspert rəyi, toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq edildi ki, xx.xx.2006-ci il tarixdə doğulmuş X4 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Məhkəmə hesab edir ki, xx.xx.2006-ci il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 08 mart 2006-cı il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar