Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3385/2023 30.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «Azəriqaz» X2 X6 İdarəsinin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» tərtib etdiyi xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 1555.20 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yaşayır və **********20000 saylı kod üzrə qaz istehlakçısıdır. Yaşadığı ev mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin evin öz qaz xətti və öz sayğacı vardır. O, həmişə də qaz pulunu vaxtıvaxtında ödəmişdir. “Azəriqaz” X1 RQİİ-nin əməkdaşları da hər ay gəlib sayğacı yoxlamışdır. 19 aprel 2023-cü il tarixdə evdə olduğu zaman “Azəriqaz” X1 RQİİ-nin əməkdaşları yaşadığı ünvanda bir sıra evlərin sayğacını dəyişdirmişlər. O, sayğacların nə üçün dəyişdirildiyini soruşduqda “Azəriqaz” X1 RQİİ-nin əməkdaşları bildirmişlər ki, həmin sayğaclar köhnəlib və növbəti dövlət yoxlamasına göndərilməlidir. O, də buna etiraz etməmiş və həmin vaxt onun yanında “Azəriqaz” X1 RQİİ-nin əməkdaşları tərəfindən Elestr tipli G-4 markalı ******* nömrəli sayğac dəyişdirilərək Zenner tipli yeni sayğacla əvəz olunmuşdur. Köhnə sayğac dəyişdirilərkən sayğacın üzərində plomb olmuş və bunu “Azəriqaz” X1 RQİİ-nin əməkdaşları da görmüşlər. Elestr tipli G-4 markalı ******* nömrəli sayğac dəyişdirildikdən sonra sayğacın dəyişdirilməsi barədə “Azəriqaz” X1 RQİİ-nin əməkdaşları tərəfindən yerindəcə xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib olunmuş və o da həmin akta imza etmişdir. Son bir ay ərzində o, qaz borcunu ödəyərkən ona məlum olmuşdur ki, onun “Azəriqaz” İstehsalat Biriliyinə guya 1555.20 manat borcu vardır. O, borcun nədən yarandığını örənmək üçün “Azəriqaz” X1 RQİİ-nə getmiş və orda bildirmişlər ki, köhnə sayğaca baxış keçirilərkən guya sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri vardır, sayğac istismara yararsızdır. Bununla bağlı xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt tərtib edilmişdir. Halbuki, onun belə bir aktdan xəbəri olmamışdır. Belə ki, köhnə Elestr tipli G-4 markalı ******* nömrəli sayğac “Azəriqaz” X2 RQİİ-nin əməkdaşları tərəfindən açılaraq dəyişdirilmiş və həmin vaxt sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi deşilməmişdir. Sayğaca hər hansı bir xarici müdaxilə olsaydı bu barədə tərtib etdikləri xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın “sayğacın və plombların toxunulmazlığına cavabdeh şəxs” qrafasında qeyd edərdilər və bu barədə ona hər hansı bir məlumat verərdilər. Göründüyü kimi həmin aktda belə bir qeyd yazılmamışdır. Bundan başqa qaz sayğacı onların həyətindən kənarda, yəni küçədə quraşdırılmışdır və bu öz əksini “Azəriqaz” X1 RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın “digər qeydlər” bölməsində tapmışdır. Bundan başqa qaz sayğaclarının təhlükəsizliyinə və işlək vəziyyətdə saxlanmasına cavabdehliyi fiziki şəxs olaraq o, yəni istehlakçı yox, paylayıcı “Azəriqaz” İstehsalat Biriliyi daşıyır. Təqsirli şəxs müəyyən edilmədən, qanunsuz olaraq, Dövlət Laboratoriya rəyinə əsasən «Azəriqaz» X3 X4 İdarəsi tərəfindən ona “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixdə ******* nömrəli cərimə aktı tərtib edilmişdir. Aktın tərtib edilməsindən onun xəbəri olmamışdır. Cərimə aktına əsasən xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə sənədi tərtib edilmiş, Dövlət laboratoriya aktı “əsas səbəb” kimi götürülərək, təqsirli şəxs müəyyən edilmədən, 90 gün üçün ona 12960 m3 həcmində itirilmiş qaz, yəni 1555.20 manat məbləğində cərimə tətbiq edilmişdir. Bundan başqa qaz sayğacının üzərində plomb ola-ola o, qaz sayğacına necə müdaxilə edə bilər? Aydın məsələdir ki, bu mümkün deyil. Ona görə də hesab edir ki, Lənkəran X4 İdarəsinin əməkdaşları tərəfindən tərtib etdikləri xx.xx.2023-cü il tarixli ******* nömrəli akt qanunsuzdur və həmin akt ləğv edilməli, ona hesablanmış 1555.20 manat məbləğində cərimə məbləği silinməlidir. Odur ki, məcburiyyət qarşısında qalıb hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq MPM-nin 53-cü maddəsinə uyğun iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1555,20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş: xx.xx.2023-cü il tarixli «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı yaşadığı Lənkəran şəhəri, Səttərxan küçəsi dalan 2 ev 23 B-də yerləşən fərdi yaşayış evində quraşdırılmış Elestr tipli G-4 markalı ******* nömrəli qaz sayğacı, Zenner markalı **********0 nömrəli qaz sayğacı ilə əvəz olunmuşdur. Azəriqaz İB-nin «təbii qazdan istifadə qaydalarının pozulması» haqqında xx.xx.2023cü il tarixli ******* nömrəli aktdan görünür ki, sayğaca baxış keçirilməsi nəticəsində müəyyən edilmişdir ki, sayğacın qoruyucu qapağına vurulan sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri vardır. Sayğac istismara yararsızdır. Abonentin saldosundan görünür ki, İddiaçı 2023-cü ilin aprel ayı üçün 1555,20 manat borc hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2023-cü il tarixli «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı yaşadığı Lənkəran şəhəri, Səttərxan küçəsi dalan 2 ev 23 Bdə yerləşən fərdi yaşayış evində quraşdırılmış Elestr tipli G-4 markalı ******* nömrəli qaz sayğacı, Zenner markalı **********0 nömrəli qaz sayğacı ilə əvəz olunmuşdur. Azəriqaz İBnin «təbii qazdan istifadə qaydalarının pozulması» haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, sayğaca baxış keçirilməsi nəticəsində müəyyən edilmişdir ki, sayğacın qoruyucu qapağına vurulan vurulan sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri vardır. Sayğac istismara yararsızdır. Abonentə 2023-cü ilin aprel ayı üçün 1555,20 manat borc hesablanmışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunun 8 və 9-cü bəndlərində göstərilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. «Qazdan istifadə qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 4.9-cü bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin qərarın 4.2, 4.7, 4.8 və 6.7-ci bəndlərinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin normalarda imperativ qaydada müəyyən olunmuşdur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablamalıdır. Həmçinin qeyd edilməlidir ki, «Azəriqaz» İB-nin baş direktorunun təsdiq etdiyi xx.xx.2013-cü il tarixli, “Əhali abonentlərinin mənzillərində (evlərində) qaz sayğaclarının quraşdırılması və istismarı” qaydalarının 6.2-ci bəndinə əsasən sayğaclar xətdən açıldıqdan sonra 10 iş günü müddətində İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə (İTRİ) göndərilir. Həmin “Qaydaların 6.6-cı bəndinə görə sayğacların İTRİ-yə daxil olan vaxtdan 10 iş günü müddətindən gec olmayaraq Dövlət yoxlamasından keçirilməsi, sənədləşdirilməsi və «Azəriqaz» İB-nin nümayəndəsinə (müvafiq X5) təhvil verilməsi təmin edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunduğundan iddia təmin edilməli, cavabdeh «Azəriqaz» X2 X6 İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1555,20 manat məbləğində borc silinməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla hazırki iddia tələbi üzrə ödənilməli olan 35,55 manat dövlət rüsumu məbləği cavabdehdən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-nin 259, 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «Azəriqaz» X2 X4 İdarəsinin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» tərtib etdiyi xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1555,20 manat məbləğində borc silinsin. Hazırki iddia tələbi üzrə ödənilməli olan 35,55 manat dövlət rüsumunun məbləği cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-3385/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3385/2023
30.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver