Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3495/2024 19.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X3 iştirakı ilə, İddiaçı cavabdeh «X2» qarşı X6 İstismar İdarəsi tərəfindən hesablanmış borcun silinməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli,0404943 saylı aktın əsasında ona hesablanmış 518.40 manat cərimənin silinməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Lənkəran rayonu, Şağlakücə kəndində yaşayır. X6 İstismarı İdarəsinin rəisi X4 ilə aramızda xx.xx.2020-ci il tarixli müqavilə bağlamış və həmin müqaviləyə əsasən mənim fərdi yaşayış evinə qaz xətti çəkilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə ******* saylı akta əsasən sayğacı onun iştirakı ilə „Növbəti Dövlət yoxlaması üçün“ səbəbi ilə çıxarılıb aparılmışdır. Bu akt tərtib olunmuşdur. Həmin aktda sayğacda olan hər hansı bir əzilmə, çızığın olması müəyyən olunmamış və bu barədə aktda heç bir qeydiyyat aparılmamışdır. Lakin sayğac işçilər tərəfindən sökülüb aparıldıqdan 2 aya yaxın vatdan sonra yəni xx.xx.2024-ci il tarixdə Təbii qazdan istifadə qaydalarının pozulması haqqında guya iştirakı ilə ******* saylı akt tərtib olunmuş və o, akta imza etməkdən imtina etmişdir. Həmin aktda ARDNŞ-nin AİB-nin Akt № 0232 saylı aktına əsasən sayğacın hesablanma mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarının əzik-cızıq izlərinin aşkarlanması qeyd olunmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixli aktdan görünür ki, sayğac heç bir qüsur olmadan sökülüb aparılmışdır, bundan sonra xx.xx.2021-ci il tarixdə akt tərtib oluna bilməzdi ona görə ki, o, həmin vaxt evində, işində olduğum vaxtı sayğac isə İdarədə idi ki, bu aktın tərtib olunması tamamilə absurd bir yanaşmadır. Əgər aktda İdarədə belə baxış keçrilmişsə və o, imza etməkdən imtina etməyi qeyd olunsa da, belə onu aktı tərtib edən zaman heç kəs dəvət etməmişdir və o, orada iştirak etməmişdir. Belə olduğu halda aktın iştirakı ilə tərtib olunmasını və onun imza etməkdən imtina etməyini geyd etmələri tamamilə əsassızdır. Bundan əlavə gaz sayğacı sökülən zaman müəyyən olunmayan əzilmə və cızıqlar daha sonra İdarədə müəyyən olunursa bunun ondan yox xx.xx.2024- cü il tarixli aktda göründüyü kimi heç bir əzilmə və cızığ olmadan onu İdarəyə aparan işçilərdən soruşmag lazım idi. Göstərilənlərdən aydın olur ki, fiziki şəxs olan istehlakçı qaz sayğacına cavabdeh deyildir. Əgər onun təqsiri üzündən qaz sayğacı zədələnirsə onda bu təqsirin hüquqi əsası göstərilməli və ona sübut edilməlidir. Lakin qeyd olunan sənədlərlə və qeyd etdiklərimlə də, aydın olur ki, sayğac bizim ünvandan sökülüb aparılan zaman onun üzrində heç bir zədələnmə olmayıb, bu qeydlər sonradan onun iştirakı olmadan qərəzli olaraq növbəti aktda qeyd olunub. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası qanunvericiliyinə, qazdan istifadə qaydalarına, digər normativ-hüquqi sənədlərə əsasən evimin qaz xətti üzərindən çıxarılmış qaz sayğacı ilə bağlı yazılmış aktlar və hesablanmış cərimə məbləği qanunsuz və əsassızdır. Ona görə də hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edirəm. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada elektron kabinetdə xx.xx.2024-cü il tarixdə bildiriş yerləşdirilməklə xəbərdar edilmiş, lakin cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış X6 İstismar İdarəsinin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın surətindən görünür ki, Lənkəran rayonu, Şağlaküçə kəndində yerləşən İddiaçı məxsus evin sayğacı dəyişdirilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış X6 İstismar İdarəsinin təsdiq etdiyi təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Lənkəran rayonu Şağlaküçə kəndində yerləşən İddiaçı məxsus evin sayğacın hesablanma mexanizminin qapağı yan tərəfdə əzilib və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində əzik cızıq izləri aşkar edilmişdir. Sayğac istismara yararsız hesab edilmişdir”. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt əsasında 4320 m3 itirilmiş qaza görə ziyan dəymişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış **********07590 nömrəli abonentin saldosundan görünür ki, İddiaçı 2024-cü ilin mart ayında 518.40 manat cərimə hesablanmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, qaz sayğacına müdaxilə edilməsi əsası ilə istehlakçıya borc hesablanmasına dair qərar qəbul etmiş Cavabdeh İB konkret olaraq məhz istehlakçı tərəfindən müdaxilə edilməsinə dair sübut təqdim etməmişdir. Halbuki, MPM-nin 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, bununla bağlı bildirir ki, qaz paylayıcısının nümayəndələrinin tərtib etdikləri xx.xx.2024-cü il tarixli, ******* saylı akta görə sözügedən qaz sayğacında istehlakçının istifadəsində olan dövrdə hər hansı bir müdaxilənin olmasının müəyyən edilməsi mümkünsüzdür. Belə ki, iddiaçının təsərrüfatına aid olan sözügedən qaz sayğacı onun təsərrüfatı, yəni həyəti daxilində yox, küçədə quraşdırılmışdır ki, belə olan halda da həmin sayğaca kənar şəxslərin müdaxiləsi də istisna deyildir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsin 8-ci bəndində göstərilmişdir ki, Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndində göstərilir ki, Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qazdan istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 4-cü bəndinə əsasən Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11ci maddəsinə uyğun olaraq həyata keçirilir. Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.Qaz sayğacları Xidmət tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. Qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sənaye qaz qurğusu olan istehlakçının qaza olan tələbatında dəyişiklik baş verdikdə və bu zaman qaz sayğacının dəyişdirilməsinə əsaslandırılmış zərurət yarandıqda, qaz paylayıcısının və EN-in birgə iştirakı ilə qaz sayğacı bu Qaydaların 4.2-ci bəndinin tələblərinə uyğun dəyişdirilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, qəbul edilməsi üçün əsas olmuş hallar cavabdeh tərəfindən sübut edilmədiyindən iddia təmin edilməli, Cavabdeh X6 İstismar İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış cərimə silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı iddiası təmin edilsin. Cavabdeh X6 İstismar İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında İddiaçı hesablanmış cərimə silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-3495/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3495/2024
19.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver