Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3499/2024 26.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Hüseynov Ruslan Şahvələd oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi, "doğum və ölüm faktlarının müəyyən edilməsi" tələbi barədə ərizəsinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) məhkəməyə müraciət edərək mərhum X4nun xx.xx.1933-cü il tarixdə Lənkəran şəhərində doğulması, 1908-ci ildə doğulmuş mərhum X9nun isə xx.xx.1953-cü il tarixdə Lənkəran şəhərində ölməsi faktlarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi öz tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1969-cu il tarixdə Lənkəran şəhərində doğulmuşdur və hazırda da Lənkəran şəhərində yaşayır. X4 xx.xx.1933-cü il tarixdə doğulmuş və xx.xx.1983-cü il tarixdə vəfat etmişdir. Atası xəstəxanada deyil, ev şəraitində doğulduğu üçün onun adına doğum haqqında şəhadətnamə tərtib edilməmişdir. Atasının valideynləri X22 və X8 olmuşlar. Nənəsi və babasının üç övladı, yəni onun atası və iki bibisi olmuş, hazırda onların hər üçü vəfat etmişlər. X9 1908-ci ildə doğulmuş və xx.xx.1953-cü il tarixdə Lənkəran şəhərində vəfat etmiş, Lənkəran şəhərində “Böyük bazar” qəbiristanlığında dəfn edilmişdir. Babası vəfat edərkən ailə üzvləri dəfn və yas mərasimlərinin təşkili ilə məşğul olduqlarından onun adına ölüm haqqında şəhadətnamə almağı yaddan çıxarmışlar. Hazırda o, atası və babası ilə bağlı vərəsəlik məsələlərinin həll edilməsi üçün atasının adına doğum haqqında şəhadətnamə, babasının adına isə ölüm haqqında şəhadətnamə almaq məqsədilə müvafiq qeydiyyat şöbəsinə müraciət etmiş, lakin müraciətinə cavab olaraq qeydiyyat şöbəsinin arxivində doğum haqqında akt qeydləri kitabında atası barəsində doğum akt qeydi, babası barəsində isə ölüm akt qeydi aşkar olunmadığı bildirilmiş və həmin məsələlərlə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Mərhum X4nun xx.xx.1933-cü il tarixdə Lənkəran şəhərində doğulması, 1908-ci ildə doğulmuş mərhum X9nun isə xx.xx.1953-cü il tarixdə Lənkəran şəhərində ölməsi faktlarını şahidlər də təsdiq edə bilərlər. Həmin faktların müəyyən edilməsi isə yalnız məhkəmə qətnaməsi əsasında mümkündür. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi öz tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, hazırda mərhum babasının birinci növbədə vərəsəsi qalmamışdır. O, X7 övladı olduğundan mərhum babasının ikinci növbədə vərəsəsidir. Atasının vəfatından sonra o, babasından miras qalan əmlaklardan istifadə etməyə başlamaqla mirası faktiki olaraq qəbul etmişdir. Lakin atasının doğum haqqında şəhadətnaməsi, babasının isə ölüm haqqında şəhadətnaməsi olmadığına görə ondan miras qalan əmlakları qanun üzrə vərəsələrinin adına rəsmiləşdirmək mümkün olmamışdır. O, həmin sənədləri əldə etmək üçün qeydiyyat şöbəsinə müraciət etsə də, bu barədə arxivdə akt qeydləri olmadığı, təqdim etdiyi sənədlərin isə doğum və ölüm haqda akt qeydlərinin tərtib edilməsinə əsas olmadığı bildirilmiş və həmin məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Həmin faktların müəyyən edilməsi ona mərhum babasından miras qalan əmlakların vərəsələrinin adına rəsmiləşdirilməsi üçün lazımdır. Hazırki vəziyyətdə mərhum atasının doğum faktını, mərhum babasının isə ölüm faktını təsdiq edən rəsmi sənəd olmadığından o, atasının qanun üzrə vərəsə olduğunu sübut edə bilmir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı tərəf Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə göndərilən müraciətdə iş yükünün çoxluğu nəzərə alınmaqla, işə həmin orqanın nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasının maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. İş üzrə şahid qismində dindirilmiş X11 ifadə verərək göstərdi ki, o, 1940-cı ildə Lənkəran şəhərində doğulmuşdur və hazırda da Lənkəran şəhərində yaşayır. Ərizəçi onun qızıdır. X2 onun əri, X22 isə ərinin atası olmuşdur. O, xx.xx.1961-ci il tarixdə X12 rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Əri xx.xx.1983-cü il tarixdə vəfat etmişdir. Ərinin doğum haqqında şəhadətnaməsi olmasa da, onun xx.xx.1933-cü il tarixdə Lənkəran şəhərində doğulması barədə məlumatı vardır. Ərinin atası X22 isə onunla X7 ailə qurmasından daha əvvəl vəfat etmişdir. X14 xx.xx.1953-cü il tarixdə Lənkəran şəhərində vəfat etməsi və “Böyük bazar” qəbiristanlığında dəfn edilməsi barədə o, öz ərindən və onun ailə üzvlərindən eşitmişdir. O, mərhum əri X7 xx.xx.1933-cü il tarixdə Lənkəran şəhərində doğulması, ərinin mərhum atası X14 isə xx.xx.1953-cü il tarixdə Lənkəran şəhərində ölməsi faktlarını təsdiq edir. X1 və X18 da şahid X6 ifadəsinin məzmununa uyğun ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etdiklərini bildirdilər. İş materiallarına əlavə edilmiş, ərizəçiyə məxsus olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin və xx.xx.1969-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətlərindən müəyyən edilir ki, o, xx.xx.1969-cu il tarixdə Lənkəran şəhərində doğulmuşdur və hazırda da Lənkəran şəhərində yaşayır. Mikayılov (Mikailov) Əlimirzə Dadaş oğlu onun atasıdır. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3080 nömrəli arayışdan görünür ki, Maraqlı şəxs arxivində nikah akt qeydləri kitabında X22 və X3 nikahı haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 523 nömrəli arayışdan görünür ki, Maraqlı şəxs arxivində ölüm akt qeydləri kitabında X14 ölümü haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 524 nömrəli arayışdan görünür ki, X12 və X13 xx.xx.1961-ci il tarixdə rəsmi nikah qeyd etdirmişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ərizəçinin X4 1933-cü il təvəllüdlü olmaqla 1952-ci ilin oktyabr ayından 1955-ci ilin oktyabr ayınadək Sovet Ordusu sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 523 nömrəli arayışdan görünür ki, ərizəçinin X4 xx.xx.1983-cü il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş qəbir daşının fotoşəkillərində də X7 xx.xx.1933-cü il tarixdə doğulduğu və xx.xx.1983-cü il tarixdə vəfat etdiyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran rayon Lənkəran bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ərizəçinin qohumu X22 xx.xx.1953-cü il tarixdə Lənkəran şəhərində “Böyük bazar” qəbiristanlığında dəfn edilmişdir. İş materiallarına əlavə edilmiş digər qəbir daşlarının fotoşəkillərində də X14 xx.xx.1953-cü il tarixdə, X3 isə xx.xx.1977-ci il tarixdə vəfat etdikləri qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Lənkəran filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan və həmin tarixli arxiv arayışdına görünür ki, həmin arxivdə saxlanılan, X10 Aktlarının qeydiyyat şöbəsinin Lənkəran şəhəri üzrə 1933-1934-cü illərə aid doğum akt qeydləri kitabında X7 doğumu haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 523 nömrəli arayışdan görünür ki, Maraqlı şəxs arxivində ölüm akt qeydləri kitabında X14 ölümü haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Lənkəran rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Lənkəran Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 122 nömrəli arayışdan görünür ki, X14 ölümü ilə bağlı həmin orqana müraciət edilməmiş və hər hansı qeyd aşkar olunmamışdır. Ölüm hadisəsinin baş verməsindən 10 gündən çox keçdiyinə görə Ailə Sağlamlıq Mərkəzi tərəfindən ölüm faktının qeyd edilməsi mümkün deyildir. İş materiallarına əlavə edilmiş 1964-cü ilə aid 1062 nömrəli Texniki pasportun surətindən müəyyən edilir ki, Lənkəran şəhərində X19 məxsus fərdi yaşayış evi olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X2 ərizəçinin atası, X22 isə onun babasıdır (atasının atası). X14 vəfatından sonra ondan miras olaraq daşınmaz əmlak qalmışdır. X19 məxsus olmuş və ondan miras qalan əmlakın hazırda qanun üzrə vərəsəlik hüququ əsasında qəbul edilməsi zərurəti yaranmışdır. Ərizəçinin X22 ilə qohumluq münasibətlərində olmaqla, onun qanun üzrə vərəsəsi olmasını təsdiq edən sənəd - X7 doğum haqqında şəhadətnaməsi, habelə, X14 özünün isə ölüm haqqında şəhadətnaməsi olmadığından sonuncudan miras qalan əmlakın onun qanun üzrə vərəsələrinin adına rəsmiləşdirmək mümkün olmamışdır. Qeydiyyat Şöbəsinə təqdim edilən sənədlər X2 barəsində doğum haqqında, X22 barəsində isə ölüm haqqında akt qeydinin tərtib edilməsinə əsas verməmişdir. X7 doğum faktının, onun atası X14 isə ölüm faktının başqa qaydada təsdiq edilməsi və ərizəçinin bununla bağlı zəruri sənədləri başqa qaydada ala bilməsi, yaxud həmin sənədlərin bərpası mümkün deyildir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən, doğumun qeyd edilmə faktını - maddə 307.2.3, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını - maddə 307.2.8) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli 03 nömrəli qərarında qeyd edilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Eyni zamanda, həmin qərarda qeyd edilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. X5 birinci növbədə vərəsələrinin, yəni ərizəçi ilə müqayisədə əvvəlki növbə vərəsələrinin olması, şahidlərin ifadələri iş materialları və işin məhkəmədə müəyyən edilmiş faktiki halları ilə istisna edilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarını rəhbər tutaraq hesab edir ki, X7 doğum haqqında şəhadətnaməsi olmasa da, onun doğulduğu vaxt, soyadı, adı və ata adı, milliyyəti, valideynləri, onların doğulduqları vaxt barədə müvafiq məlumatlar ərizəçinin izahatı və şahidlərin ifadələri ilə yanaşı iş materialları ilə də təsdiq olunduğundan X7 1933-cü ildə Lənkəran şəhərində doğulması faktı sübuta yetirilmiş hesab edilməlidir. X7 1933-cü ildə doğulduğu dəqiq tarix işdə olan rəsmi sənədlərdən bəlli olmasa da, qəbir daşının fotoşəklində onun xx.xx.1933cü il tarixdə doğulduğu qeyd edildiyindən, hazırki vəziyyətdə isə həmin tarixin mühüm bir əhəmiyyəti olmayıb ərizəçi üçün fərqli hüquqi nəticə yaratmaq ehtimalları da olmadığından məhkəmə X7 məhz xx.xx.1933-cü il tarixdə doğulması faktını qəbul edir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, hazırki vəziyyətdə ərizəçinin mərhum X4nun doğum faktını təsdiq edən sənədi, yəni doğum haqqında şəhadətnaməni başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün olmadığından X7 xx.xx.1933-cü il tarixdə Lənkəran şəhərində doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. X7 doğum haqqında şəhadətnaməsi olmasa da, onun doğulduğu vaxt, soyadı, adı və ata adı, valideynləri barədə müvafiq məlumatlar ərizəçinin izahatı və şahidlərin ifadələri ilə yanaşı, iş materialları ilə də təsdiq olunduğundan, onun valideynləri barədə digər məlumatlar isə müfəssəl və tam olmadığından, habelə, həmin məlumatları dəqiqliyi ilə təsdiq edə biləcək şəxslər də müəyyən olunmadığından, həm də hazırda həmin məlumatlar ərizəçi və ya digər maraqlı şəxslər üçün hər hansı hüquqi əhəmiyyət də kəsb etmədiyindən məhkəmə X7 doğum haqqında akt qeydində və şəhadətnaməsində onun valideynləri barədə yalnız iş materiallarında əksini tapan məlumatların (soyad, ad və ata adı) qeyd edilməsini qanunauyğun hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli 03 nömrəli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Eyni zamanda, həmin qərarda qeyd edilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, ərizəçinin mərhum X9nun xx.xx.1953-cü il tarixdə Lənkəran şəhərində vəfat etməsi faktı da ərizəçinin izahatı ilə yanaşı, şahidlərin ifadələri, iş materialları, qəbir daşının fotoşəkli və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla öz təsdiqini tapdığından, həmçinin, ərizəçinin babasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada əldə etməsi mümkün olmadığından, habelə, ərizəçi vəfat etmiş şəxsin nəvəsi olmaqla, mərhumun qanun üzrə ikinci növbədə vərəsəsi kimi həmin fakt onun üçün hüquqi əhəmiyyət kəsb etdiyindən, mərhumun birinci növbədə vərəsələrindən sağ qalan şəxs isə aşkar edilmədiyindən X14 xx.xx.1953-cü il tarixdə Lənkəran şəhərində vəfat etməsi faktı da məhkəmə qaydasında müəyyən edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-309, 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi mərhum X4nun xx.xx.1933-cü il tarixdə Lənkəran şəhərində doğulması faktı müəyyən edilsin. Ərizəçi mərhum X9nun xx.xx.1953-cü il tarixdə Lənkəran şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-3499/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3499/2024
26.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver