Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3501/2025 19.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs: Lənkəran Şəhər İcra Hakimiyyəti) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi iddia ərizə ilə məhkəməyə müraciət edərək, 20 avqust 2007-ci il tarixdə Lənkəran rayon Liman şəhərində anadan olmuş və Lənkəran rayon Urgə kəndində yaşayan oğlu, yəni X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1989-cu il tarixdə Lənkəran rayon Marso kəndində anadan olmuşdur və hazırda da yuxarıda qeyd etdiyi ünvanda ailəsiylə birlikdə yaşamışdır. X1 xx.xx.2007-ci il tarixdə Lənkəran rayon Liman şəhərində anadan olmuşdur. X1 anadan gəlmə beyin iflici olaraq dünyaya gəlmişdir. Övladının bununla əlaqədar bütün müalicələrini etdirmişdir. Lakin olunan müalicələrin heç bir nəticəsi olmadığına görə ona birinci dərəcəli əllilik təyin olunmuşdur. Ona görə də X1 hazırda Lənkəran Şəhər Pisixiatriya Xəstəxanasının F72.1- Ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozğunluğu, İQ-23 diaqnozu ilə müalicəsini davam edirirlər, onun bütün təmizlik və əlavə işlərini o ailəsiylə birlikdə görür. Lakin oğlu hər hansı bir hüquqlarının həyata keçirilməsindən ötrü hüquqi sənədləşmənin aparılmasında, yəni sosial müavinət, müalicə aldığı xəstəxanalarda lazım olan sənədləşdirmə işlərinin görülməsində çətinliklər yaranır və çətinliklərin aradan qaldırılmasından ötrü ondan başqa heç kimi olmadığından onu, yəni Ərizəçi X1na qəyyum təyin edilməsində ona köməklik göstərmələrini xahiş etmişdir. Oradan məsləhət bildirmişdilər ki, o, bununla bağlı gərək məhkəməyə müraciət etsin. Onuda qeyd edir ki, uşağa verilən aldığı 670 (altı yüz yetmiş) manat məbləğində olan müavinətı Kapital Bankdan alırlar. 2025-ci ilin avqust ayında 670 manat məbləğində olan müavinətdən 627 manat məbləğində müavinət almışlar. 43 manat məbləğində olan pulu kəsmişdilər. O bu haqda bankdan məlumat almaq istəsə də heç bir məlumat verməmişlər. Ona Bank əməkdaşları tərəfindən bilidirildi ki, vətəndaşın özünə və ya xəstədirsə onun qəyyumuna məlumat verə bilərlər. O da ona görə istəyir ki, şəxsin fəaliyyət qabliyyəti olmayan hesab edilməsi və ona qəyyum təyin olunsun ki,onun kəsilmiş müavinəti və başqa hüquqlarını bərpa etsin və həyata keçirə bilsin. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizəsində göstərilənlərə uyğun izahat vermiş və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq maraqlı şəxs Lənkəran Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işdə iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəyə əlavə edilmiş və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş: «Nikah haqqında» şəhadətnamənin surətindən görünür ki, X7 və Ərizəçi xx.xx.2007ci il tarixdə Lənkəran rayon Göyşaban kənd ərazi vahidində 11 saylı nikah akt qeydi ilə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Yaqubov, arvada İbayeva soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 20 avqust 2007-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Anası Ərizəçi, atası X3r. Azərbaycan Respublikası səhiyyə nazirliyi eşitmənin, səsin və nitqin patologiyası üzrə Respublika mərkəzi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş tibbi nəticəyə görə X4 anadangəlmə lalkarlıq aşkar edilmişdir. Lənkəran Şəhər Pisixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X5 F72.1- Ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozğunluğu, İQ-23 diaqnozu qoyulmuşdur. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 3797 saylı rəyindən görünür ki, X4 “ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində), davranış pozuntuları ilə“ (f 72.1) aşkar olunur. Bunu anamnestik məlumatlar (doğuş travması ilə doğulması, erkən psixofiziki inkişafının həmyaşıdlarından geri qalması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Lənkəran şəhər Psixiatriya Xəstəxanasında “Ağır dərəcəli əqli gerilik. Qulluq və müalicə tələb edən ciddi davranış pozğunluğu İQ 23 F72.T” diaqnozu ilə həmin xəstəxanada qeydiyyatda olması) sübut edir. X4 ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində), davranış pozuntuları ilə müəyyən edilir. X8 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. X6 fəaliyyət qabilliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi X1nda ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində), davranış pozuntuları ilə müəyyən edimişdir. Bu səbəbdən onun fəaliyyət qabliyyəti olmayan hesab edilməlidir. İşin göstərilən halları ekspert rəyi və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, qardaşbacıların) ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2007-ci il tarixdə Lənkəran şəhərində doğulmuş və Lənkəran rayon Urgə kəndində yaşayan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-3501/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3501/2025
19.01.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver