Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3521/2025 03.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «qaz borcunun silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Lənkəran X4 İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 noyabr 2023-cü il tarixli 04044986 saylı akt əsasında hesablanmış 172.80 (bir yüz yetmiş iki manat səksən qəpik) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən yaşayış evi onun mülkiyyətindədir. Lakin həmin evdə yaşayış yoxdur. 26 sentyabr 2023-cü il tarixdə evde olmadığı zaman Cavabdeh Lənkəran X2 İdarəsinin əməkdaşları mülkiyyətində olan təsərrüfatda quraşdırılmış Elster tipli, G-4 markalı, ******* nömrəli sayğacı Zenner tipli, G-2.5 markalı, **********6 nömrəli yeni sayğacla əvəz etmişlər. Həmin əməkdaşlar qaz xəttinə və qaz sayğaclarına baxış keçirtmişlər və bu barədə heç bir nöqsan aşkar etmədən və onun xəbəri olmadan sayğacı dəyişib bu barədə akt tərtib etmişlər. Həmin akt da onun tərəfindən imzalanmamışdır. Bundan bir müddət keçdikdən sonra məlum olmuşdur ki, ona 172.80 (bir yüz yetmiş iki manat səksən qəpik) manat əlavə qaz pulu hesablanmışdır. O, bundan sonra Lənkəran X2 İdarəsinə getmiş və səbəbini soruşduqda orada ona bildirmişlər ki, sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir və sayğac istismara yararsız olduğundan həmin məbləğdə ona borc hesablanmışdır. Bu barədə də 30 noyabr 2023-cü il tarixli akt tərtib edilmişdir. Bundan sonra həmin aktın surətini onlardan alıb və görüb ki, sayğac yoxlanmağa göndərilmiş və verilmiş rəyə əsasən guya onun istifadəsində olan sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir və sayğacın istismara yararsız olduğu aşkar edilmişdir. Bu səbəbdən itirilmiş 1440 kub.metr qaz sərfinə görə mənə 172.80 (bir yüz yetmiş iki manat səksən qəpik) manat borc hesablanmışdır. Bütün bunlar və öz sənədlərindəki ziddiyyətlər onu göstərir ki, Lənkəran X2 İdarəsinin əməkdaşlarının tərtib etdikləri akt qanunsuzdur. Çünki o, öz qaz sayğacına heç bir müdaxilə etməmiş, həmçinin dəyişdirildiyi vaxt onun hər hansı bir qüsuru olmamışdır (aktdan göründüyü kimi). Əgər deyildiyi kimi sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmirdisə və sayğac istismara yararsız olmağı aşkar edilsəydi bunu idarənin əməkdaşları yerində müəyyən edib tərtib etdikləri sözügedən aktda əks etdirərdilər və aktda həmin halı göstərərdilər. Həmin sayğac çıxarıldıqdan bir müddət sonra dövlət ekspertizasından keçirilmişdir. Bu müddət ərzində sayğacın harada saxlanması, ekspertizaya göndərilərkən necə qablaşdırılması və nə ilə daşınması məlum deyildir. Qazpaylayıcı orqan necə sübut edə bilər ki, sayğacın zədələnməsi məhz həmin sayğac dəyişdirilməmişdən əvvəl baş vermişdir. Bəlkə sayğacın hesablama mexanizmi keçən qazın həcminin qeyd etməməsi və sayğacın istismara yararsız olduğunun aşkar edilməsi həmin sayğac çıxarılıb ekspertizaya göndərildiyi müddətdə baş vermişdir. Bu səbəbdən həmin aktla heç cür razılaşa bilmir. Əlavə olaraq həyətində olmayan və kənardə yerləşən sayğacın tamlığına görə sayğaca istənilən kənar şəxs tərəfindən müdaxilə oluna bilər. Bundan başqa əgər sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etməməsi və sayğacın istismara yararsız olduğu aşkar edilmişdirsə, bəs nə üçün sayğac dəyişdirilən zamanı tərtib olunan aktda bu barədə heç bir qeyd aparılmamışdır. Eyni zamanda sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etməməsi və sayğacın istismara yararsız olması bəlkə yolda sayğac aparılarkən baş verdiyi və yaxud həmin halın başqa yerdə olması bəlli deyildir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş: xx.xx.2023-cü il tarixli, ******* №-li «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» aktın surətindən görünür ki, İddiaçı yaşadığı Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış Elster G4 markalı ******* nömrəli sayğac Zenner G2.5 markalı **********6 nömrəli qaz sayğacı ilə əvəz olunmuşdur. Azəriqaz İB-nin «təbii qazdan istifadə qaydalarının pozulması» haqqında xx.xx.2023cü il tarixli, 04049886 nömrəli aktdan görünür ki, sayğaca ümumi baxış keçirilmişdir. Sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini müəyyən etmir. Sayğac istismara yararsızdır. Abonentin saldosundan görünür ki, İddiaçı 2023-cü ilin noyabr ayı üçün 172.80 manat borc hesablanmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2023-cü il tarixli, ******* №-li «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» aktın surətindən görünür ki, İddiaçı yaşadığı Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış Elster G4 markalı ******* nömrəli sayğac Zenner G2.5 markalı **********6 nömrəli qaz sayğacı ilə əvəz olunmuşdur. Azəriqaz İB-nin «təbii qazdan istifadə qaydalarının pozulması» haqqında xx.xx.2023-cü il tarixli, 04049886 nömrəli aktdan görünür ki, sayğaca ümumi baxış keçirilmişdir. Sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini müəyyən etmir. Sayğac istismara yararsızdır. İtirilmiş qaz bərpa olunsun. Abonentə 2023-cü ilin noyabr ayı üçün 172.80 manat borc hesablanmışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunun 8 və 9-cü bəndlərində göstərilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. «Qazdan istifadə qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 4.9-cü bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin qərarın 4.2, 4.7, 4.8 və 6.7-ci bəndlərinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin normalarda imperativ qaydada müəyyən olunmuşdur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablamalıdır. Həmçinin qeyd edilməlidir ki, Cavabdeh İB-nin baş direktorunun təsdiq etdiyi xx.xx.2013-cü il tarixli, “Əhali abonentlərinin mənzillərində (evlərində) qaz sayğaclarının quraşdırılması və istismarı” qaydalarının 6.2-ci bəndinə əsasən sayğaclar xətdən açıldıqdan sonra 10 iş günü müddətində İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə (İTRİ) göndərilir. Həmin Qaydaların 6.6-cı bəndinə görə sayğacların İTRİ-yə daxil olan vaxtdan 10 iş günü müddətindən gec olmayaraq Dövlət yoxlamasından keçirilməsi, sənədləşdirilməsi və Cavabdeh İB-nin nümayəndəsinə (müvafiq X3) təhvil verilməsi təmin edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunduğundan iddia təmin edilməli, Cavabdeh Lənkəran X4 İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında xx.xx.2023-cü il tarixli, 04049886 nömrəli akt əsasında hesablanmış 172.80 manat məbləğində borc silinməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla hazırki iddia tələbi üzrə ödənilməli olan 30 manat dövlət rüsumu məbləği cavabdehdən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-nin 259, 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Lənkəran X2 İdarəsinin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» tərtib etdiyi xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 172.80 manat məbləğində borc silinsin. Hazırki iddia tələbi üzrə ödənilməli olan 30 manat dövlət rüsumunun məbləği Cavabdehndən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-3521/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3521/2025
03.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver