Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3526/2023 23.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ X4 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı X1 cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın əsasında hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİR HİSSƏ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması" haqqında xx.xx.2023cü il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 777,60 manat cərimə məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında müəyyənolundu ki, iddiaçının adı “Babulla” deyil, “Rabulla”dır. O, iddiasını onunla əsaslandırmışdır ki, Lənkəran rayonunun Ləj kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. ünvan 2 vardır və həmin evdə **********00000 saylı kod üzrə qaz istehlakçıdır. Lənkəran şəhəri, Mirmustafaxan küçəsi 36 ünvanındakı evin öz qaz xətti və öz sayğacı vardır. Özü həmişə də mütəmadi olaraq qaz pulunu vaxtı-vaxtında ödəmişdir. Qaz sayğacı evlərinə çoxdan qoyulmuş və heç bir problem də olmamışdır. Cavabdehin əməkdaşları da hər ay gəlib sayğacı yoxlamışlar. 22 iyun 2023-cü il tarixdə evdə olmadığı zaman zaman cavabdehin əməkdaşları yaşadığı ünvanda bir sıra evlərin sayğacını dəyişdirmişlər. Həmin vaxt onun xəbərim olmadan onlar evinin sayğacını növbəti dövlət yoxlamasına göndərmək üçün dəyişmişlər. Əməkdaşlar tərəfindən ******* nömrəli sayğac dəyişdirilərək “Zenner” tipli yeni sayğacla əvəz olunmuşdur. Köhnə sayğac dəyişdirilərkən sayğacın üzərində plomb olmuş və bunu “Azəriqaz”-n əməkdaşları da görmüşlər. ******* nömrəli sayğac dəyişdirildikdən sonra sayğacın dəyişdirilməsi barədə “Azəriqaz”-n əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib olunmuşdur. Həçmin aktda göstərilmişdir ki, guya qızı Könül Əhmədova (Baxşiyeva) da həmin akta imza etmişdir. Lakin, qızı həmin vaxt onların evlərində olmamış və heç bir akta imza etməmişdir. Onu da qeyd edir ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli aktda qızı Könülün soyadı səhvən Cəfərova kimi yazılmışdır. Son bir ay ərzində o, qaz borcunu ödəyərkən ona məlum olmuşdur ki, onun “Azəriqaz”a 777,60 manat borcu vardır. O, borcun nədən yarandığını örənmək üçün “Azəriqaz” X2 RQİİ-nə getmiş və orda ona bildirmişlər ki, köhnə sayğaca baxış keçirilərkən guya sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri vardır, sayğac istismara yararsızdır. Bununla bağlı da xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt tərtib edilmişdir. Halbu ki, onun belə bir aktdan xəbəri olmamışdır. Belə ki, köhnə ******* nömrəli sayğac “Azəriqaz” X2 RQİİ-nin əməkdaşları tərəfindən açılaraq dəyişdirilmişdir və həmin vaxtı sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi deşilməmişdir və sayğaca hər hansı bir xarici müdaxilə olsaydı bu barədə tərtib etdikləri xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın “sayğacın və plomblarm toxunulmazlığına cavabdeh şəxs” qrafasmda qeyd edərdilər və bu barədə ona hər hansı bir məlumat verərdilər. Göründükü kimi həmin aktda belə bir qeyd yazılmamışdır. Bundan başqa qaz sayğacı onların həyətlərindən kənarda, küçədə quraşdırılmışdın və bu öz əksini “Azəriqaz” X2 RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın “digər qeydlər” bölməsində tapmışdır. Bundan başqa qaz sayğaclarının təhlükəsizliyinə və işlək vəziyyətdə saxlanmasına istehlakçı deyil, paylayıcı daşıyır. Cərimə aktına əsasən xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə sənədi tərtib edilmiş, Dövlət laboratoriya aktı “əsas səbəb” kimi götürülərək, təqsirli şəxs müəyyən edilmədən, 90 gün üçün ona 6480 m3 həcmində itirilmiş qaz, yəni 777,60 manat məbləğində cərimə tətbiq edilmişdir. Hesab edir ki, X7 İstismarı İdarəsinin əməkdaşları tərəfindən tərtib etdikləri xx.xx.2023-cü il tarixli ******* nömrəli akt qanunsuzdur və həmin akt ləğv edilməli, ona hesablanmış 777,60 manat məbləğində cərimə məbləği silinməlidir. Məhkəmə iclasının vaxtı və yeri barəsində iddiaçı lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə hazırlıq iclasında onun nümayəndəsi X3 iddia tələbinin azaldılması barədə ərizə ilə müraciət edib, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış 777,60 manat məbləğində cərimənin silinməsini və məhkəmə iclasını iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə «Azəriqaz» İstehsalat Birliyi nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərədən keçirib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. ƏSASLANDİRİCİ HİSSƏ Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, “sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq işləri var, sayğac istismara yarasızdır” qeyd edilmiş və İtirilmiş qazın bərpası barədə hesablamalar aparılaraq istehlakçıya 6480 m3 qaz sərfiyyatı hesablanmışdır. Abonentin saldosundan görünür ki, istehlakçıya 2023-cü ilin iyul ayı üçün 777,60 manat cərimə hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında hazırkı mübahisə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı deyildir. Çünki, iddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan müəyyən olunur ki, abonentin evinə quraşdırılmış qaz sayğacının hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq işləri var və sayğacın istismara yararsız olduğu aşkar olunmuşdur. Buna görə də iddiaçı təqsirli hesab olunur və itirilmiş qaza görə hesablanmış ziyanın ödənilməsi tələb edilir. İddiaçı tərəf isə heç bir qanun pozuntusuna yol vermədiyi halda barəsində akt tərtib edilməsində Qaz idarəsinin təqsirli olduğunu bildirir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı mübahisə deliktdən yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iclasında iddiaçının sayğacındakı nasazlıqların onun təqsirli, hüquqa zidd əməlləri nəticəsində əmələ gəlməsi sübuta yetirtilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının qaz sayğacındakı nasazlıqlarında iddiaçının təqsirli olması sübuta yetirilmədiyi ücün onun barəsində hesablanmış cərimə ləğv edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını yoxlanması labaratoriyasında iddiaçıya məxsus qaz sayğacı Dövlət yoxlamasından keçmiş, yoxlama nəticəsində həmin sayğac yararsız hesab olunmuşdur. Buna görə də, sayğacın yararsız vəziyyətə düşməsi iddiaçının təqsiri üzündən baş vermədiyi üçün məhkəmə hesab edir ki, mübahisələndirilən akt əsassında hesablanmış 777,60 manat cərimə məbləği ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərtbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddırlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda dövlət rüsumu 30 manat miqdarında tutulur. İddianın qiyməti 777,60 manat olduğundan dövlət rüsumu 30 manat təşkil eləyir. İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və iddia tələbi 777,60 manat məbləğində borcun silinməsi hissəsində təmin edildiyindən həmin 30 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan tutularaq dövlət hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən «məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 77-ci maddəsinə əsasən «hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». NƏTİCƏ HİSSƏ Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X1 cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı aktın əsasında hesablanmış cərimənin silinməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh “Azəriqaz” İB-nin xx.xx.2023-cü il tarixli, ******* saylı aktı əsasında hesablanmış 777,60 manat məbləğində borc silinsin. 30 manat dövlət rüsumu cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə aid edilsin və ondan tutularaq dövlət hesabına köçürülsün. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X6
Məhkəmə qərarları › İş №2(049)-3526/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3526/2023
23.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver