Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-358/2023 26.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2022-ci il tarixli ******* saylı aktın etibarsız hesab edilib ləğv edilməsi və 8640 m3 itirilmiş təbii qaza görə hesablanmış 1036,8 manat cərimənin silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması" haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktın ləğv edilməsi və həmin akt əsasında istehlakçı İddiaçı hesablanmış 1036.80 manat cərimə məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və **********00000 saylı kod üzrə qaz istehlakçısıdır. «Azəriqaz» İstehsalat Birliyi (İB) Lənkəran X5 idarəsi (RQİİ) ilə təbii qazın alqı-satqısı ilə əlaqədar müqavilə bağlayaraq təbii qazdan istifadə ilə bağlı kommunal borclarını ödəmişdir. Hazırki vaxtadək evinin enerji təminatı üçün quraşdırılmış sayğaclara müdaxilə etməmişdir. «Azəriqaz» İB Lənkəran RQİİ-nin əməkdaşları 12 oktyabr 2022-ci il tarixdə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı akt tərtib etdilər və evimin sayğacı smart sayğacla əvəz edilmişdir. «Azəriqaz» İB-nin Metrologiya Departamentinin Sayğacların Müayinəsi laboratoriyasının “Qaz sayğacının yoxlanılması barədə” xx.xx.2022-ci il tarixli 29/1710-03965-1 saylı aktına əsasən mənzili üçün quraşdırılmış G-4 markalı 12539038 saylı sayğaca baxış keçirilmiş, sonra barəsində «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Həmin akta əsasən sayğacın çıxış plastmas borusunun deşildiyi, xətaların normadan artıq olduğu, sayğacın minimal və nominal sərfiyyatda - 100 % nisbi xəta ilə işlədiyi, hesablama mexanizminin minimal və nominal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Bununla da «Azəriqaz» İB Lənkəran RQİİ-nin əməkdaşları qaz itkisinin olduğunu və sayğaca onun tərəfindən müdaxilə edildiyini qeyd etməklə itirilmiş qazın bərpası üçün yuxarıda qeyd edilən aktla cərimə edilmişdir. Daha sonra 31 oktyabr 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamə ilə «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən qaz sayğacının nominal qaz sərfi 4 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. Hesabat əsasında 8640 m3 itirilmiş qazın olduğu müəyyən edilmişdir. 15 noyabr 2022-ci il tarixli abonentin saldosu sənədinə əsasən akt əsasında mənə 1036,8 manat (min otuz altı manat səksən qəpik) məbləğində cərimə hesablanmışdır. «Azəriqaz» İB Lənkəran RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2022-ci il tarixli ******* saylı akt qanunsuz və əsassızdır. Akt tərtib edilərkən onun və iki hal şahidinin iştirakı təmin edilməmiş, qaz sayğacına onun tərəfindən müdaxilə edildiyi heç bir sübutla əsaslandırılmamış və qaz sayğacı mənzilindən kənarda quraşdırıldığından ona edilən müdaxilə və ya kənar təsirlərə cavabdeh olmadığı və müdaxiləni təsdiqləyən hər hansı bir dəlil olmadığı halda barəsində qanunsuz və əsassız olaraq akt tərtib edilmişdir. Sayğac 12 oktyabr 2022-ci il tarixdə çıxarılsa da, 28 oktyabr 2022-ci il tarixdə dövlət yoxlamasına göndərilmişdir. «Azəriqaz» İB-nin “Qaz sayğaclarına nəzarət” komissiyasından sayğaca müdaxilə ilə bağlı rəy də alınmamışdır. Qaz sayğaclarının göstəricilərinə əsasən təbii qazın dəyəri düzgün hesablanmadığından, təbii qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə məsuliyyət daşımadığından, qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin itirilmiş təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt etibarsız hesab edilməli və itirilmiş qaza görə ona hesablanmış cərimə silinməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş: Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında bağlanmış 1137-36961 saylı, qazın alqı-satqı müqaviləsindən görünür ki, qaz X1 İdarəsi müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı, İddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini ödəmək istehlakçının vəzifələrindən biridir. Həmin müqavilənin 2.2.2-ci bəndinə əsasən istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini tələb etmək paylayıcının hüququdur. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. xx.xx.2022-ci il tarixli «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» aktın surətindən görünür ki, İddiaçı yaşadığı ünvan 2 ünvanınnda yerləşən fərdi yaşayış evində quraşdırılmış Honeymell G-4MT, 12539038 nömrəli qaz sayğacı Zenner G- 4 markalı, STS**********839 nömrəli qaz sayğacı ilə əvəz olunmuşdur. Azəriqaz İB-nin «təbii qazdan istifadə qaydalarının pozulması» haqqında xx.xx.2022ci il tarixli, ******* saylı aktdan görünür ki, sayğacın çıxış plastmas borusu deşilib, xəta normadan artıqdır, sayğac nominal və minimal sərfiyyatda 100% nisbi xətayla işləyir. Hesablama mexanizimi nominal və minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdı. İtirilmiş qaz bərpa edilsin. Abonentin saldosundan görünür ki, İddiaçı 2022-ci ilin oktyabr ayı üçün 1036.80 manat borc hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında bağlanmış 1137-36961 saylı, qazın alqı-satqı müqaviləsin əsasən qaz paylayıcısı-X7 İdarəsi müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı, İddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəyir. xx.xx.2022-ci il tarixli «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» ******* saylı aktı ilə İddiaçı yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış Honeymell G-4MT, 12539038 nömrəli qaz sayğacı Zenner G- 4 markalı, STS**********839 saylı qaz sayğacı ilə əvəz olunmuşdur. Azəriqaz İB-nin «təbii qazdan istifadə qaydalarının pozulması» haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktına əsasən, sayğacın çıxış plastmas borusu deşilib, xəta+normadan artıqdır, sayğac nominal və minimal sərfiyyatda 100% nisbi xətayla işləyir. Hesablama mexanizimi nominal və minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdı. İtirilmiş qaz bərpası tələb edilir. İtirilmiş qazın bərpası barədə hesablamalar aparılmış və 8640 m3 qaz sərfiyyatı və 2022-ci ilin oktyabr ayı üçün 1036.80 manat borc hesablanmışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunun 8 və 9-cü bəndlərində göstərilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. «Qazdan istifadə qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin qərarın 4.2, 4.7, 4.8 və 6.7-ci bəndlərinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin normalarda imperativ qaydada müəyyən olunmuşdur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablamalıdır. Həmçinin qeyd edilməlidir ki, «Azəriqaz» İB-nin baş direktorunun təsdiq etdiyi xx.xx.2013-cü il tarixli, “Əhali abonentlərinin mənzillərində (evlərində) qaz sayğaclarının quraşdırılması və istismarı” qaydalarının 6.2-ci bəndinə əsasən sayğaclar xətdən açıldıqdan sonra 10 iş günü müddətində İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə (İTRİ) göndərilir. Həmin “Qaydaların 6.6-cı bəndinə görə sayğacların İTRİ-yə daxil olan vaxtdan 10 iş günü müddətindən gec olmayaraq Dövlət yoxlamasından keçirilməsi, sənədləşdirilməsi və «Azəriqaz» İB-nin nümayəndəsinə (müvafiq X4) təhvil verilməsi təmin edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunduğundan iddia təmin edilməli, cavabdeh «Azəriqaz» X2 regional Qaz İstismar İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt ləğv edilməli və 8640 m3 itirilmiş təbii qaza görə hesablanmış 1036,8 manat manat məbləğində cərimə silinməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-nin 259, 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «Azəriqaz» X2 X5 İdarəsinin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» tərtib etdiyi xx.xx.2022-ci il tarixli ******* saylı aktı ləğv edilsin və həmin akt əsasında hesablanmış 1036,8 manat məbləğində cərimə silinsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-358/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-358/2023
26.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver