Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3604/2025 10.03.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: Ərizəçi məhkəməyə müraciət edərək xx.xx.1972-ci il tarixdə Lənkəran rayonu Boladi kəndində anadan olmuş qardaşı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi öz tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1953-cü il tarixdə Lənkəran rayonu Boladi kəndində anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında yaşayır. X3 onun qardaşıdır. Şövqi Bağırov xx.xx.1972-ci il tarixdə anadan olmuşdur. Qardaşı 1980-ci ildən Lənkəran rayonlararası psixiatriya xəstəxanasında qeydiyyatdır, mütəmadi müalicə alır və dərman qəbul edir. Ona psixi pozuntu və nitqin inkişafından qalma diaqnozu qoyulmuşdur. Qardaşı xəstələndiyi gündən bəri ona o özü qulluq edir. Qardaşını müalicə etdirsə də, heç bir müsbət nəticəsi olmamışdır. Qardaşının təqaüdə çıxması üçün tibbi sosial ekspert komissiyasına müraciət edilmiş və müayinə olunduqdan sonra ona birinci qrup müddətsiz əlilik dərəcəsi təyin edilmişdir. Şövqi Həsənov öz hərəkətlərini idarə etmək iqtidarına malik deyildir. X4 psixi qüsuruna görə öz hərəkətlərinin mənasını anlaya bilmədiyinə görə ona hər hansı sənəd verilmir və onun müalicəsi üçün razılıq tələb olunur. Ona görə də Şövqi Həsənovun fəaliyyət qabliyyəti olmayan hesab edilməsi üçün hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd etdiklərinə əsasən ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi ərizəsini müdafiə etdiyini bildirdi və məhkəmə baxışı iclasında ərizənin məzmununda qeyd olunanlara uyğun izahat verərək tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Barəsində işə baxılan şəxs X3 məhkəmə iclasına gəlməmiş, məhkəmə-psixiatrik ekspertizasının rəyində onun sağlamlıq vəziyyətinin məhkəməyə gəlməsinə və məhkəmə iclasında iştirak etməsinə imkan vermədiyi qeyd edilmişdir. Məhkəmə həmin əsaslara görə məhkəmə iclasının barəsində işə baxılan şəxsin iştirakı olmadan keçirilməsini qərara almışdır. Maraqlı şəxs - Lənkəran şəhər İcra Hakimiyyətinin qəyyumluq və himayəçilik komissiyası məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və məhkəməyə hər hansı ərizə və ya məlumat göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iclaslarının maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. İş materiallarına əlavə edilmiş, ərizəçiyə məxsus AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, ərizəçi xx.xx.1953-cü il tarixdə Lənkəran rayonu Boladi kəndində doğulmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş, barəsində işə baxılan şəxs X2 məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən, Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Boladi kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 12-30/465 nömrəli arayışdan, doğum haqqında akt qeydlərinə dair xx.xx.2025-ci il tarixli 2166 nömrəli və 2167 arayışlardan müəyyən edilir ki, X3 xx.xx.1972-ci il tarixdə Lənkəran rayonu Boladi kəndində doğulmuşdur və hazırda Lənkəran rayonu Boladi kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş doğum haqqında akt qeydlərinə dair xx.xx.2025-ci il tarixli 2166 nömrəli və 2167 arayışlardan müəyyən edilir ki, X3 ərizəçinin qardaşıdır. İş materiallarına əlavə edilmiş xx.xx.1998-ci il tarixli 125626 nömrəli əlillik vəsiqəsindən və Lənkəran şəhər psixiatriya xəstəxanası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 298 nömrəli arayışdan müəyyən edilir ki, barəsində işə baxılan şəxs X3 birinci qrup müddətsiz əlildir. Şövqi Bağırov xx.xx.2025-ci il tarixdə müayinə olunarkən ona “F72.1-Ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozğunluğu. İQ-29” diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin xx.xx.2026-cı il tarixli 280 saylı rəyindən müəyyən edilir ki, barəsində işə baxılan şəxsdə “Ağır dərəcəli (imbesillik dərəcəsində) əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə” (F72.1) qeyd olunur. Bunu anamnestik məlumatlar (doğuş travması ilə doğulması, erkən psixofiziki inkişafdan geri qlması, ağıl zəifliyi ilə əlaqədar təhsil almaması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Lənkəran şəhər psixiatriya xəstəxanası”nda “Ağır dərəcəli əqli gerilik. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu İQ29” diaqnozu təyin olunması), hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat görünməsi, ətrafında baş verən hadisələrə maraq göstərməməsi, verilən sualları anlamaması, mnestik qabiliyyətinin və intellektual səviyyəsinin aşağı olması, emosional-iradi sferasının enməsi, maraq dairəsinin məhdud olması, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Onu psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə kifayət qədər əsaslar vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, ərizəçi hazırki tələblə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Ərizəçi hazırda barəsində işə baxılan şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir və öz tələbinin əsasları kimi barəsində işə baxılan şəxsə aid tibbi müayinələrin nəticələrinə dair sənədləriə istinad edir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin rəyini nəzərə alaraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, barəsində işə baxılan şəxs ərizəçinin qardaşı olmaqla, onun himayəsindədədir. Barəsində işə baxılan şəxs xx.xx.1972-ci il tarixdə Lənkəran rayonu Boladi kəndində anadan olmuşdur və həmin kənddə qeydiyyatdadır. O, xx.xx.2025-ci il tarixdə Lənkəran şəhər Psixiatriya Xəstəxanasında müayinə olunmuş, ona F-72.1- “Ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozğunluğu. İQ-29” diaqnozu təyin edilmişdir. Barəsində işə baxılan şəxs xəstəliyə görə birinci qrup müddətsiz əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin rəyinə əsasən barəsində işə baxılan şəxsdə “Ağır dərəcəli (imbesillik dərəcəsində) əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə” (F72.1) aşkar olunur. Barəsində işə baxılan şəxs öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün kifayət qədər əsas vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarına və iş materiallarına əsasən məhkəmə hesab edir ki, barəsində işə baxılan şəxs öz psixi qüsurlarına görə hərəkətlərinin mənasını anlamaq və onları idarə etmək iqtidarında deyildir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, ərizənin təmin edilməsi, barəsində işə baxılan şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqda qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, məhkəməyə müraciət etmək üçün ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi qardaşı - xx.xx.1972-ci il tarixdə Lənkəran rayonu Boladi kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olan X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəməyə müraciət etmək üçün Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(049)-3604/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3604/2025
10.03.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver