Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3646/2023 08.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ X5 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə 08 dekabr 2023cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: TƏSVİRİ HİSSƏ İddiaçı X4 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, Lənkəran rayonunun Digah kəndində yerləşən Fuqran mebel mağazasında işləyir. Fəaliyyət göstərdiyi mağazada Cavabdeh xx.xx.2022ci il tarixində dəyəri 1080 manat olan 1 ədəd LG paltaryuyan maşını və dəyəri 1100 manat olan 1 ədə Vestel markalı televizoru 300 manat ilkin ödənişlə satmışdır. Tərəflər arasında bağlanan xx.xx.2022-ci il tarixli nisyə-alqı satqı müqaviləsinə əsasən cavabdeh 300 manat ilkin ödəniş edərək qalan 1880 manatı aylıq 156.63 manat olmaqla 12 ay müddətində yəni xx.xx.2023-ci il tarixə qədər ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa Cavabdeh xx.xx.2022-ci il tarixində dəyəri 1750 manat olan 1 ədəd Samsung RT soyuducu, dəyəri 950 manat olan 1 ədəd Eurolux markalı paltaryuyan, dəyəri 275 manat olan 1 ədəd çarpayı Liana təkli, dəyəri 25 manat olan 1 ədəd dəmir 0.9x28 ayaq bazasız və dəyəri 80 manat olan 1 ədəd döşək ekoraf 90x200, cəmi 3080 manat məbləğində malı 219.91 manat ilkin ödənişlə satmışdır. Tərəflər arasında bağlanan xx.xx.2022-ci il tarixli nisyə-alqı satqı müqaviləsinə əsasən cavabdeh 219.91 manat ilkin ödəniş edərək qalan 2860.09 manatı aylıq 238.34 manat olmaqla 12 ay müddətində yəni xx.xx.2023-ci il tarixə qədər ödəməyi öhdəsinə götürmüşdür.Bundan başqa Cavabdeh xx.xx.2022-ci il tarixində dəyəri 4280 manat olan 1 ədəd yataq dəsti klassik türk, dəyəri 90 manat olan bir ədəd dəmir 1.80x200 bazasız, dəyəri 130 manat olan 1 əıdədöşək ekoraf 180x200 və dəyəri 205 manat olan 1 ədəd Eurolux tozsoranı cəmi 4705 manat məbləğində malı 500 manat ilkin ödənişlə satmışdır. Tərəflər arasında bağlanan xx.xx.2022-ci il tarixli nisyə-alqı satqı müqaviləsinə əsasən cavabdeh 500 manat ilkin ödəniş edərək qalan 4705 manatı, aylıq 262.81 manat olmaqla 16 ay müddətində yəni xx.xx.2024-cü il tarixə qədər ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh aldığı məhsulun ümumi məbləğindən yəni 9965 manatdan cəmi 1540 manat ödəniş etmiş və qalan 8425 manat məbləği bu günə kimi ödəməmişdir. Cavabdehə müxtəlif vaxtlarda borcun ödənilməsi ilə bağlı mobil telefon vasitəsi ilə zənglər edilməsinə və 13 iyul 2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, ötən müddət ərzində o, qalan borcdan heç bir ödəniş etməmişdir. Bu səbəbdən mülki qaydada məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və sadalanları nəzərə alaraq cavabdehdən 8425 manat məbləğində pulun və 105 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilib müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə işə əlavə edilmiş materialları nəzərdən keçirib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan və “İlkin sifariş sənəd”lərindən görünür ki, tərəflər imza edərək xx.xx.2022-ci il tarixində 300 manat ödəniş etmək şərti ilə ümumi dəyəri 2180 manat olan, xx.xx.2022-ci il tarixində 219.91 manat ilkin ödəniş etmək şərti ilə ümumi dəyəri 3080 manat olan və xx.xx.2022-ci il tarixdə 500 manat ilkin ödəniş etməklə ümumi dəyəri 4705 manat olan və ilkin sifariş sənədlərində adları qeyd edilən malların alınmasından ötrü razılaşmışlar. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 2180 manat dəyərində olan, 300 manat ilkin ödəniş edərək aldığı mallar üçün 12 ay müddətinə hər ay 156.67 manat, xx.xx.2022-ci tarixli müqaviləyə əsasən 3080 manat dəyərində olan ,219.91 manat ilkin ödəniş edərək aldığı mallar üçün 12 ay müddətinə hər ay 238.34 manat və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 4705 manat dəyərində olan 500 manat ilkin ödəniş edərək aldığı mallar üçün 16 ay müddətinə hər ay 262.81 manat ödəməli olduğu halda, ümumilikdə hər üç müqavilə üzrə cəmi 1540 manat ödəmiş və onun 8425 manat borcu yaranmışdır. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə göndərilən xəbərdarlıq məktubundan görünür ki, cavabdehə mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Qeyd olunan Məcəllənin 600.4 -cü maddəsində göstərilmişdir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsində göstərilmişdir ki, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Göstərilənlərə əsasən, təqdim olunmuş və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 8425 manat alınaraq iddiaçı X3 verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin məhkəmədə baxılması üçün 105 manat dövlət rüsumu ödəmişdir. İddiaçı tərəfindən ödənilmiş 105 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və sonuncudan alınaraq, iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı X2 Cavabdeh qarşı satılmış mala görə verilməli olan pul öhdəliyinin icrası tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 8425 manat pul tutularaq iddiaçı X3 verilsin. İddiaçının ödədiyi 30 manat məbləğind dövlət rüsumu cavabdehə aid edilsin və ondan tutularaq iddiaçı X3 verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X6
Məhkəmə qərarları › İş №2(049)-3646/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3646/2023
08.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver