Məhkəmə qərarları › İş №2(049)-3647/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3647/2023

08.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3647/2023 08.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X5 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə 08 dekabr 2023cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X4 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, Lənkəran rayonunun Digah kəndində yerləşən Fuqran mebel mağazasında işləyir. O, fəaliyyət göstərdiyi mağazasında cavabdehə xx.xx.2022-ci il tarixində dəyəri 610 manat olan 1 ədəd TV SHVAKİ 32EK Smart televizorunu 100 manat ilkin ödəniş etməklə satmışdır. Cavabdeh qalan 510 manatı 12 ay müddətinə aylıq 42,50 manat olmaqla ödəməyi öhdəsinə götürmüş, onunla nisyə-alqı satqı müqaviləsi bağlamışdır. Razılaşmaya əsasən cavabdeh borcunu xx.xx.2022-ci ildən başlayaraq 12 ay müddətində hər ay 42,50 manat olmaqla xx.xx.2023-cü il tarixə qədər ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa cavabdehə xx.xx.2022-ci il tarixində dəyəri 800 manat olan 1 ədəd EUROLUX markalı kondisioneri 150 manat ilkin ödəniş etməklə satmışdır. Cavabdeh qalan 650 manatı 12 ay müddətinə aylıq 54,17 manat olmaqla ödəməyi öhdəsinə götürmüş, onunla nisyə-alqı satqı müqaviləsi bağlanmışdır. Razılaşmaya əsasən cavabdeh borcunu xx.xx.2022-ci ildən başlayaraq 12 ay müddətində hər ay 54,17 manat olmaqla xx.xx.2023-cü il tarixə qədər ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh aldığı məhsulların ümumi məbləğindən, yəni 1410 manatdan, cəmi 374 manat ödəniş etmiş, qalan məbləği bu günə kimi ödəməmiş və ticarət mərkəzinə 1036 manat borcu qalmışdır. Bundan sonra müxtəlif vaxtlarda borcun ödənilməsi barədə dəfələrlə mobil telefondan zənglər etməyinə baxmayaraq cavabdeh tərəfindən həmin borcun ödənilməsi yerinə yetirilməmişdir. Cavabdehə borcun ödənilməsi barədə 13 iyul 2023-cü il tarixində xəbərdarlıq məktubu göndərmişdir. Məktubda yaranmış borc məbləğinin qısa zaman ərzində qaytarılmasını tələb edilmişdir. Lakin ötən müddət ərzində cavabdeh qalan borcundan heç bir ödəniş etməmişdir. Ona görə də mülki qaydada məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Sadalanları nəzərə alaraq cavabdehdən 1036 manat məbləğində pulun və 31 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətrnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı ərizə göndərərək məhkəmə iclasını oinun iştirakı olmadan keçirilməsini xahiş etmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını cavabdehin gəlməməsinin səbəbini isə üzürsüz sayaraq Azərbaycan Respublikası MPM-nin 185.5.-ci maddəsini rəhbər tutaraq onun və iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işə əlavə edilmiş materialları nəzərdən keçirib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan və tərəflərin imzaladıqları “İlkin sifariş sənədi”ndən görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixində dəyəri 610 manat olan 1 ədəd TV SHVAKİ 32EK Smart televizorunu 100 manat ilkin ödəniş etməklə qalan 510 manat məbləği 12 ay müddətinə ayda 42,50 manat olmaqla ödəməyi öhdəsinə götürməklə nisyə almışdır. İşdə olan və tərəflərin imzaladıqları “İlkin sifariş sənədi”ndən görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixində dəyəri 800 manat olan 1 ədəd EUROLUX markalı kondisioneri 150 manat ilkin ödəniş etməklə qalan 650 manat məbləği ayda 55 manat olmaqla ödəməyi öhdəsinə götürməklə nisyə almışdır. İşdə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixə 1036 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Qeyd olunan Məcəllənin 600.4 -cü maddəsində göstərilmişdir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 601.1-ci maddəsində göstərilmişdir ki, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı xx.xx.2022-ci il tarixində cavabehə dəyəri 610 manat olan 1 ədəd TV SHVAKİ 32EK Smart televizorunu 100 manat ilkin ödəniş etməklə satmışdır. Cavabdeh qalan 510 manatı 12 ay müddətinə aylıq 42,50 manat olmaqla ödəməyi öhdəsinə götürmüş, onunla nisyə-alqı satqı müqaviləsi bağlamışdır. Razılaşmaya əsasən cavabdeh borcunu xx.xx.2022-ci ildən başlayaraq 12 ay müddətində hər ay 42,50 manat olmaqla xx.xx.2023-cü il tarixə qədər ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa cavabdehə xx.xx.2022-ci il tarixində dəyəri 800 manat olan 1 ədəd EUROLUX markalı kondisioneri 150 manat ilkin ödəniş etməklə satmışdır. Cavabdeh qalan 650 manatı 12 ay müddətinə aylıq 54,17 manat olmaqla ödəməyi öhdəsinə götürmüş, onunla nisyə-alqı satqı müqaviləsi bağlanmışdır. Razılaşmaya əsasən cavabdeh borcunu xx.xx.2022-ci ildən başlayaraq 12 ay müddətində hər ay 54,17 manat olmaqla xx.xx.2023-cü il tarixə qədər ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh aldığı məhsulların ümumi məbləğindən, yəni 1410 manatdan, cəmi 374 manat ödəniş etmiş, qalan məbləği bu günə kimi ödəməmiş və ticarət mərkəzinə 1036 manat borcu qalmışdır. Göstərilənlərə əsasən, təqdim olunmuş və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 1036 manat alınaraq iddiaçı X3 verilməlidir. Азярбайъан Республикасы MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin məhkəmədə baxılması üçün 31 manat dövlət rüsumu ödəmişdir. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və sonuncudan alınaraq, iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı X2 Cavabdeh qarşı satılmış mala görə verilməli olan pul öhdəliyinin icrası tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 1036 manat pul tutularaq, X3 verilsin. İddiaçının ödədiyi 31 manat məbləğind dövlət rüsumu cavabdehə aid edilsin və ondan tutularaq X3 verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar