Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3656/2023 06.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X4 caavbdeh Cavabdeh iştirakları ilə, İddiaçı X1 Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə. müəyyən etdi: İddiaçı X3 Cavabdeh 660 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı fiziki şəxs olaraq 6 saylı Ərazi Vergilər Baş İdarəsindən vergi ödəyicisi kimi qeydiyyatdan keçərək Lənkəran rayonunun Digah kəndində yerləşən Fuqran mebel mağazasını işləyir. O, fəaliyyət göstərdiyi Lənkəran rayonunun Digah kəndində yerləşən Fuqran mebel mağazasında Cavabdeh xx.xx.2022-ci il tarixində dəyəri 890 manat olan 1 ədəd TV Şivaki 43 EK Smart televizoru 150 manat ilkin ödəniş etməklə satmışdır. Belə ki, xx.xx.2022-ci il tarixində Cavabdeh mağazaya yaxınlaşaraq yuxarıda adı qeyd olunmuş malı almaq istədiyini bildirmiş, cavabdeh tərəfindən 150 manat ilkin ödəniş edilməklə qalan 740 manatı 12 ay müddətinə aylıq 61.67 manat olmaqla ödəməyi öhdəsinə götürmüş və onunla nisyə-alqı satqı müqaviləsi bağlanılaraq həmin malı ona satılmışdır. Razılaşmaya əsasən cavabdeh borcunu müəyyən edilən müddətdə, Lakin, cavabdeh aldığı məhsulun ümumi məbləğindən cəmi 230 manat ödəniş etmiş, qalan məbləği bu günə kimi tam ödəməmiş və ticarət mərkəzinə 660 manat borcu qalmışdır. Bundan sonra müxtəlif vaxtlarda borcun ödənilməsi barədə dəfələrlə mobil telefondan zənglər etməyinə baxmayaraq cavabdeh tərəfindən həmin borcun ödənilməsi yerinə yetirilməmişdir. Cavabdehə borcun ödənilməsi barədə 13 iyul 2023-cü il tarixində xəbərdarlıq məktubu göndərmişdir. Məktubda yaranmış borc məbləğinin qısa zaman ərzində qaytarılmasını tələb edilmişdir. Lakin ötən müddət ərzində cavabdeh qalan borcundan heç bir ödəniş etməmişdir. Cavabdehə dəfələrlə xəbər göndərməyinə baxmayaraq o, mağazaya olan borcunu ödəmir. Ona görə də mülki qaydada məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin yeri və vaxtı barədə cavabdehə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş lakin xx.xx.2023-cü il tarixdə mehkəmənin elektron portalına ərizə göndərərk üzürlü səbəbdən məhkəmədə iştirak edə bilmədiyinə görə onun iştirakı olmadan məhkəmə baxışının keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmşdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddianı tam olaraq qəbul edir. İddiaçıdan bir ədəd televizor almış, lakin maddi imkanı olmadığına görə qalan borcunu ödəyə bilməmişdir. İddianın təmin edilməsinə etirazı yoxduur. Məhkəmə iclasında elan edilərək tərəflərin iştirakı ilə tədqiq edilmiş müqavilədən görünür ki, Fuqran mebel mağazası Cavabdeh xx.xx.2022-ci il tarixində dəyəri 890 manat olan 1 ədəd TV Şivaki 43 EK Smart televizoru 150 manat ilkin ödəniş etməklə satmış, sonuncu qalan 740 manatı 12 ay müddətinə aylıq 61.67 manat olmaqla ödəməyi öhdəsinə götürmüş, həmin mal ona satılmışdır. Məhkəmə iclasında elan edilərək tərəflərin iştirakı ilə tədqiq edilmiş arayışdan görünür ki, Cavabdeh 890 manat borcdan, 230 manat ödəmiş, hazırda 660 manat borcu qalmışdır. Məhkəmə iclasında elan edilərək tərəflərin iştirakı ilə tədqiq edilmiş xx.xx.2023 xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi üç iş günü yerinə yetirməsə əks halda məhkəməyə müraciət oluncağı barədə məlumat verilmişdir. Məhkəmə iclasında elan edilərək tərəflərin iştirakı ilə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli qəbzindən görünür ki, iddiaçı məhkəmə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tərəfləri dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin məhkəmədə müəyyən olunan hallarından və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, cavabdeh iddiaçıdan müvafiq əşyanı - 1 ədəd TV Şivaki 43 EK Smart televizoru alıb həmin əşyaya görə müəyyən edidlmiş öhdəliyi icra etməyi öhdəsinə göstürsr də, qeyd olunan əşya iddiaçı tərəfindən cavabdehə verilsə də, cavabdeh öhdəliyin icrasından boyun qaçırmışdır. MM-nin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Məhkəmə, sübutlara qiymət verərkın ilk olaraq sübutun mötəbərliyini və işin həlli üçün əsaslılığını müəyyən etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli qərarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə, göstərilən normalara əsasən, habelə məhkəmə iclasında dindirilmiş tərəfləri, araşdırılmış sübutları, eləcə də cavabdehin iddianı etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddianın təmin edilməsi qanunvericilik baxımından da əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə və MPM-nin 216-220, 233 və 360-cı maddələrinə əsasən məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 660 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı X2 ödənilsin Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-3656/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3656/2023
06.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver